Bu gün internet televiziyaların birində sifətinə ciddi görkəm vemiş "ekspert" "azad bazar" adı altında Azərbaycanda kapitalizimin mövcud mərhələsindən danışdı.

Qısaca desək, Azərbaycanda hələ də (35 ildir) vəhşi, inkişaf etməmiş, formalaşmamış kapitalizm var. Amma bu problem deyil - sadəcə gözləmək lazımdır, inhisarlar parçalanmağa başlayacaq, orta təbəqə formalaşacaq, orta və kiçik biznes və kiçik özəl pərakəndə ticarət ayağa qalxacaq.

Bildiyiniz kimi kapitalist ictimai-siyasi formasiyasının necə və hansı qanunlarla mövcud olması və inkişaf etməsi haqqında siyasi iqtisad elmi var. Əgər siz bu vacib elmi öyrənmirsinizsə, zahirən deyilənlərin hamısı məntiqli görünər.

Həmçinin Leninin bu barədə “İmperializm kapitalizmin ən yüksək mərhələsi kimi” əsərində yazdıqlarına nəzər salmağı təklif edirəm: “...burjua sofistləri və opportunistlər həmçinin “sosial-demokratlar” “kapitalın demokratikləşməsini”, kiçik istehsalın rolunun və əhəmiyyətinin gücləndirilməsini və s.” gözləyirlər (və ya gözlədiklərini iddia edirlər), əslində bu “...maliyyə oliqarxiyasının hakimiyyətini gücləndirməyin yollarından biridir”.

Bundan əlavə, “kapitalizm öz imperialist mərhələsində” (məhz burada bizim Azərbaycan kapitalizmi zəifdir, lakin son dərəcə aqressivdir, imkanları zəifdir, lakin böyük ambisiyaları var) "...kapitalistləri, belə demək mümkünsə, öz iradəsinə və şüuruna zidd olaraq, tam rəqabət azadlığından tam ictimailəşməyə keçid edən hansısa yeni ictimai quruluşa sürükləyir. İstehsal ictimailəşir, lakin mənimsəmə özəl olaraq qalır. İctimai istehsal vasitələri az sayda şəxslərin xüsusi mülkiyyəti olaraq qalır. Rəsmi olaraq tanınan azad rəqabətin ümumi çərçivəsi qalır və bir neçə inhisarçının əhalinin qalan hissəsi üzərində zülmü yüz dəfə ağırlaşır, daha hiss olunur və dözülməz olur”.

Bu, əslində son 10-15 ildə müşahidə etdiklərimizdir.

90-cı illərə münasibətimiz fərqli ola bilər, bu, dəhşətli çaşqınlıq, baş verənləri anlamamaq və cinayətin tüğyan etdiyi illər idi. Yenə də həmin bədnam “azad bazar” mövcud idi. Uzun sürmədi, amma var idi. Bütün dəhşətli sosial darvinizmi ilə bazar təfəkkürlü insanların həyatları qədər asanlıqla itirə biləcəkləri müəyyən miqdarda şəxsi mülkiyyətə sahib olmaq üçün hər cür imkan var idi. Onların başa düşmədikləri o idi ki, böyük dayılar artıq səpələnmiş aktivlərə əl atmağa başlamışdılar.

Onların monopoliyaya götürdükləri vasitələri də Lenin sadalayır:

1) xammaldan məhrumetmə (“kartelə məcbur etmək üçün ən vacib üsullardan biri);

2) "ittifaqlar" vasitəsilə əmək əllərinin məhrum edilməsi (yəni kapitalistlərlə həmkarlar ittifaqları arasında müqavilələr, belə ki, sonuncular yalnız kartelləşdirilmiş müəssisələrdə işə qəbul etsinlər);

3) nəqliyyatdan məhrumetmə;

4) satışdan məhrumetmə;

5) alıcı ilə yalnız kartellərlə ticarət əlaqələrinin aparılmasına dair müqavilə;

6) qiymətlərin sistematik şəkildə aşağı salınması ("kənarları", yəni inhisarçılara tabe olmayan müəssisələri məhv etmək üçün müəyyən müddət ərzində maya dəyərindən aşağı satmaq üçün milyonlar xərclənir;

7) kreditdən məhrumetmə (boykot elan edilməsi)".

Bu alətlərin əksəriyyəti 2000-ci illərdə Azərbaycan kapitalı tərəfindən sınaqdan keçirilmişdir. Ən böyük pərakəndə satıcılar tərəfindən kiçik rəqiblərin birləşmələri və satınalmaları timsalında çox şeyi görmək olur.

Və yekun nəticə olaraq: "Biz artıq kiçik və iri, texniki cəhətdən geridə qalmış və texniki cəhətdən inkişaf etmiş müəssisələr arasında rəqabət mübarizəsi ilə üz-üzə deyilik. Biz monopoliyaya, onun zülmünə, zülmünə tabe olmayanların inhisarçılar tərəfindən boğulması ilə üz-üzəyik".

 

"Eksprti"in kapitalist cəmiyyətinin inkişaf qanunları haqqında heç nə bilmədiyini, Leninin yaradıcılığı, Marksın, Engelsin, Adam Smitin və müxtəlif dövrlərdə kapitalizmdəki proseslərin mahiyyətini öyrənən digər məşhur nəzəriyyəçilərin yaradıcılığı haqqında heç vaxt eşitmədiyini düşünmək qəribə olardı. Ona görə də “ekspert” bilərəkdən boş-boş danışır, televiziya tamaşaçılarını çaşdırır. Nə üçün? Ona görə ki, adi insanların əksəriyyəti "imkanların bərabərliyi, xərclənən əməyin miqdarı ilə alınan mənfəətin miqdarı arasında birbaşa əlaqə, azad bazar və sağlam rəqabət haqqında" xoşbəxt bir aldanma içində yaşamağa davam etsin.

Ədalət Abdinov

Globkom.info