
Azərbaycan Premyer Liqasının yola salınan XX turunda “Sumqayıt” – “Sabah” qarşıdurması qolsun bərabərliklə başa çatdı. Görüşlə bağlı qonaqların futbolçusu Kahim Parris Globkom.info – a açıqlaması belə oldu:
“Çətin oyun alındı. Buna baxmayaraq deməliyəm ki, oyun bizim üstünlüyümüz şəraitində keçdi. Amma təəssüf ki, əldə etdiyimiz fürsətlərimizi qola çevirə bilmədik. Rəqib yaxşı və sıx müdafiə olundu və qapısının toxunulmazlığını matçın sonuna kimi qoruyub saxlaya bildi. Qalib gəlmək istəyirdik, heyif ki, alınmadı. İndi yalnız, yol verdiyimiz səhvləri aradan qaldıraraq qarşıdakı oyunlara köklənməli bütün turlarda maksimum nəticə qazanmalıyıq”.
ABDULLA İSMAYILOĞLU
Globkom.info