I Liqanın yola saldığımız XVI turunda çempionluğa iddialı “İmişli” səfərdə “Qaradağ Lökbatan”ı məğlub etdi. Bölgə təmsilçisinin braziliyalı üzvü Dioqo Vaskes Rollo Globkom.info – a danışdı.

- Son turda “Qaradağ Lökbatan” la oyunda qələbə qazandız. Təəssüratların maraqlıdır...

- Yaxşı və çətin matç oldu. Meydan sahibləri bizə qarşı əzmkarlıq sərgilədilər. Müdafiəyə daha çox diqqət yetirməklə əks-hücumlara bel bağladıq və bizə lazım olan qolu vuraraq hesabı qoruyub saxlaya bildik.

- Çempionatın II yarısında nəticələriniz stabil deyil, bu nə ilə bağlıdır?

-Əslində Lökbatan təmsilçisiylə oyunu çıxsaq və son 5 matçımıza nəzər yetirsəz, görərsiniz ki, heç də zəif çıxış etməmişik, sona qədər meydanda döyüşmüş, sadəcə nəticədə uduzmuşuq. Bunu bəxtsizlik adlandırardım.

- Komandada psixoloji cəhətdən vəziyyət necədir?

-Psixoloji olaraq əla vəziyyətdəyik və bu yöndə tənəzzül yaşayacağımızı düşünmürəm.

-Qarşıdakı turlarda əsas fokusunuz nə olacaq?

-Hər oyunda maksimum nəticə qazanmaq və zirvələrdə qərarlaşmaq.

ABDULLA İSMAYILOĞLU

Globkom.info