
I Liqanın başa çatan XXII turunda baş tutan “Baku Sportinq” - “Qaradağ Lökbatan” qarşıdurmasında sevinən tərəf qonaqlar oldu. Meydan sahiblərinin futbolçusu İlham Allahverdiyev Globkom.info – a fikir bildirdi.
“Hər iki tərəf üçün çətin oyun olacağını bilirdik. 4-cü pilləyə yüksəlmək üçün bizə, çempionatda qalmaq üçün isə “Qaradağ Lökbatan”a qələbə hava–su kimi lazım idi. 90 dəqiqədə qol vurmaq üçün fürsətlərimiz olsa da, son nöqtəni qoya bilmədik. Rəqib isə əlinə düşən qol imkanlarınıdan birini dəqiq tamamlaya bildi. Məğlub olmaq istəmirdik, amma bu baş verdi. Lökbatan təmsilçisini təbrik edirəm. Çempionat hələ davam edir, qarşıdakı oyunlara baxacağıq. İlk “4-lüy”ə düşmək üçün əsas rəqibimiz “Zaqatala” da məğlub oldu. Odur ki, I Liqanın 4-cüsü olmaq şansımız hələ də var və bundan maksimum istifadə edəcəyik”.
ABDULLA İSMAYILOĞLU
Globkom.info