
Mətbuatın başlıca mahiyyəti insanların mediaya güvənsizliyini öyrətməkdir
Samuel Batler
İngilis yazıçısı və tərcüməçisinin aforizmi sanki, Azərbaycan mediası üçün deyilib. 11 illik publisist, 7 illik jurnalist təcrübəm nəticəsində anladım ki, media camiyamızın bərbad olması heç də çoxlarının qınadığı, təhqirlər yağdırdığı mövcud iqtidarıa görə deyil. Ölkə mətbuatındakı ən böyük problemlərin və iyrəncliklərin baş alıb getməsi jurnalist vəsiqəsinin manqurtların, qanmazların, şərəfsizlərin, əxlaqsızların, gədələr üçün əlçatanlığına görədir. Eləcə də özünə dürüst jurnalist deyənlərin bu cür naqisləri qınamaq, tənqid etmək əvəzinə olduqca “tolerant” münasibətin bəslənilməsindədir. Kimlərsə də “jurnalist” adı altında gizlənənlərin maskasını cıranda kənardakı “dözümlü”lər “jurnalist öz həmkarı haqqında pis fikirləşməməli, onları tənqid və qınaqdan qaçmalıdır” kimi yanaşmalarla çıxış edirlər. Qəribə “həmrəylik”dir. Daha çox mavilərin, fahişələrin və güc strukturundakı rüşvətxor qruplaşmaların bir-birinə arxa durmasını xatırladır.
Beş ilə yaxın ictimai, siyasi, o cümlədən müxalif mətbu orqanlarda çalışdıqdan sonra gördüyüm nadüristlikləri, qanunsuzluqları, özbaşınalıqlardan bezib, idman jurnalistikasına keçid etdim. Bu yerdəyişmə zamanı çoxları (əsasən zurnalistlər də ulayırdı) hayqırırdı ki, “Azərbaycanın media sahəsində ən sağlam, təmiz, mənəvi dəyərlərin gözlənildiyi məhz idman jurnalistikasıdır”. Altı ay bu sahədə çalışıb gördüklərimdən sonra simasızlıq, məddahlıq, nadanlıq, mənəviyyatsızlıq, pozğunluğun digər media sahələrini ofsaytda saxladığından agah oldum. Hərçənd, idman jurnalistikasında zəhmətkeş, dürüst, intelektual yoldaşlar var. Amma belələr azlıqdadır və iyrənc çoxluğa təsir etməkdə acizdir.
Azərbaycan Respublikasının 57-ci maddəsində II bəndində qeyd olunur: “Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların, fəaliyyətini və ya işini tənqid etmək hüququ vardır. Tənqidə görə təqib qadağandır. Təhqir və böhtan tənqid sayıla bilməz”
Sağlam, obyektiv tənqid hamının haqqıdır. Çox təəssüflər olsun ki, ölkəmizdə tənqidə baş vuranlar qeyd etdiyim qanunun “tənqidə görə təqib qadağandır”a qədər oxuyur, sonrakı ifadəni isə görməzlikdən gəlirlər. Bu sahədə özünə “jurnalist”, “blogger” deyən canfəşanlıq edir. Uzunçuluq edib Media haqqında, Məlumat azadlığı haqqında, KİV haqqında və digər bu kimi qanunvericiliklərin müvafiq müddəaları barədə sitatlar gətirib uzunçuluq etmək istəmirəm. Bir də Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydalarının Prinsip 1.1 də yazılanı vurğulamaqla kifayətlənirəm: “Jurnalistikanın ali məqsədi həqiqəti yaymaqdır, obyektivlik isə əsas peşəkarlıq meyarıdır”.
Nə yazıq ki, idman mediamızda da həqiqətə tüpürənlər, obyektivliyə isə menustrasiya axıntısını tökən qədər dozanqurdular var. Belə murdarların “ali məqsədi” kimlərisə hədəf almaqla ləkələmək, ara qarışdırmaq əvəzində də reklam tərəfdaşlığına nail olmaqdan ibarətdir (pul dilənməkdir).
İki həftədir bəzi jurnalist vəsiqəsi daşıyan zurnalistlər “Neftçi”nin baş məşqçisi Samir Abasova qarşı təxribatçı suallar verməklə mütəxəssisi özündən çıxarmaq, ağzından nalayiq ifadələr səsləndirmək, hansısa harınlamış “jurnalist”ə kobudluq etməsinə nail olmaq istəyirlər. İllərdir Azərbaycanın futbol çempionatlarında vaxt keçirən və “mən hər şeyi, hər istədiyimi çəkə bilərəm (yanılaraq böyük qələt elədiyi halda)” ifadəsindən savayı baqajında media savadlılığı olmayan konslagerdən qaçmış məhbusu xatırladan durub Samir Abasova “Neftçi”ni “Kəpəz”ə qəsdən uduzmaqda ittiham edirlər” deyə sual edir. Sualı alan da çox gözəl cavab verir və zalı tərk edir. Bir həftə sonra özünün idman mediasının “Aristotel”i, “Pifaqor”u, “Konfutsi”si hesab edən “Homo habilis” durub “ağ-qaralar”ın baş məşqçisinə “Neftçi” avrokuboklara vəsiqə qazana bilməsə sizin getməyiniz yerinə düşər” deyə çağırış edir. Yuxarıda qeyd etdiyim mumiyaya oxşar ikiayaqlının verdiyi sualı yola vermək olardısa (haqq qazandırmıram), özünə 28 ilin (az müddət deyil və əsrin 1/4-dən çoxdur) “jurnalisti” deyən və badə dostlarının “idman mediasının müəllim”i kimi ifadələrlə “ucaldıq”ları birinin qələtini heç bir halda nə göz yummaq, nə də eşitməməzliyə vurmaq olar. Onu da xüsusi vurğulayım ki, jurnalistlər (zurnalistləri və vəsiqə daşıyan manqurtlara aid deyil) dövlət başçısından tutmuş, dilənçiyə qədər hər bir kəsi faktlara əsasən tənqid edə, qələmiylə yıxıb sürüyə bilər. O cümlədən istənilən futbol məşqçisini (Samir Abasovu da) də tənqid “artileriya”sına məruz qoymaq olar. Jurnalistlərin haqlı tənqidlərinə, medianın təzyiqinə immunitet olmalıdır. Amma zurnalistlərin və mediaya soxulan manqurtların iyrənc, murdar əməllərinə dözümlü olmaq məcburiyyəti yoxdur. Yaşından, başından, təcrübəsindən, hara olmağından, kimə sığınmasından, güvənməsindən (kimlərin qucağında oturmasından və hansı cibi doluların gündəyməzini minnet etməsindən) asılı olmayaraq mətbuat konfransında heç bir jurnalistin “siz istefaya getməlisiz” deməyə haqqı yoxdur. Xatırladım ki, mən mətbuat konfranslarının birində və müsahibəmdə çılğın xarakterinə və qələbəyə hərisliyinə görə Samir Abasovu Adolf Hitlerə bənzətdiyimi də vurğulamışam. Görünür Samir Abasovu istefaya səsləyən “baş redaktor” tələbəlik vaxtlarındakı AXC “fəal”lığıyla bağlı xatirələri dombalıb ki, özünü mitinqdə zənn edib və dərk eləməyib ki, mətbuat konfransı keçirilən otaqdadır. Təbii ki, bu zavallıya ən gözəl və layiqli cavabı “Neftçi”nin baş məşqçisi verərək dəymişi dura-dura kalını da yerə tökdü. Samir müəllimin həddini aşana yerini bildirən ifadəsinin lazımlı yerini qeyd edirəm:
“...Siz verlişlərdəki danışıqlarınızda komandada (“Neftçi”ni nəzərdə tutur – red. A.İ) bu məqədr məşqçimi dəyişmək olar? Bir klubda məşqçi uzun müddət işləməlidir və s. bu kimi ifadələriniz hara, indi dedikləriniz har?! Görünən odur ki, sizin kimilərinin dediklərinin arxasında çox şeylər (yəni məkirli niyyətlər – red. A.İ) gizlənir. Yüzə-yüz deyirəm və əmin edirəm ki, sizin kimilərin dediklərin arxasında çox şey gizlənir. Bir sual verəndə, qorx ki, o sualın arxasında şərhlərdə nələr yazılacaq...”
Ardınca da gənc mütəxəssis yenə təmkinlə (başqası, o cümlədən mən olsaydım, verdiləri suallarla həddi aşan(lar)a zürnalist(lər)ə daha “layiq” sözlərlə iynələrini vurardım): “Doğurdan da bura çıxıb belə “sual”lara (yəni, gönüqalınların heç bir etika-estetikaya sığmayan dediklərinə) cavab verməyə səbr lazımdır...”
Samir Abasovun mətbuat konfrasında çıxışını burdan izləyə bilərsiz (https://www.facebook.com/100064832346961/videos/1025349669449063/)
Bir xatırlatmanı da oxucular üçün xüsusi qeyd etməyi özümə borc bilirəm. Samir Abasovu “istefaya” səsləyən “baş redaktor”un qəzetində çalışdığım zamanlarda “Neftçi”ni ən kəskin şəkildə tənqid edən, qınayan mən idim. Əsas hədəfim də Füzuli Məmmədov, Laurentsiu Regekampf, Adrian Mutu yox, başda Media və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Emin Əfəndi olmaqla klub rəhbərliyi idi. Yazımın ikinci hissəsini haqqında bəhs etdiyim “qəhraman”a təqdim edərkən məni kabinetinə çağıraraq bunları dedi: “Yaxşı yazmısan, tarixi hadisələrlə paralelliklərin də yerindədir. Amma tənqidinin II hissəsini verə bilməyəcəm. “Neftçi” ilə reklam müqaviləm var”. Bu sözlərdən sonra “Futbol+” qəzetinin “başqan”ına qəti şəkildə dedim ki, “əgər bu yazımı verməyəcəksinizsə, o zaman sabah, biri gün bu mətbu orqanda “Neftçi” ilə bağlı tənqid tələb edəndə yazmayacam”. Yardımlıdan olan “şef redaktor”un mənfəəti naminə jurnalist qanunlarına tüpürərək, dərc elətdirmədiyi yazımı da vaxtilə əməkdaşlıq etdiyim ölkənin ən müxalif qəzetlərindən olan və Əli Həsənov, Ramiz Mehdiyevlə çarpışan Gündəm Xəbər”in saytında yayımlandı (oxumaq istəyənlər üçün https://gundemxeber.az/sport/83967-uqandanin-qara-tarixi-ve-ya-neftcideki-islahatlar.html).
Neçə illərdir Azərbaycan Premyer Liqasında “Qarabağ”a qarşı dişsizliyi ilə seçilən və stabilliyi olmayan “Neftçi”nin tənqid etmək mütləqdir. Amma hədəf gəlib-gedən məşqçilər və hazırda da komandanın sükanı arxasından olan ləzbi balası yox, klub rəhbərliyi olmalıdır. Sual edən, sorğulayan yoxdur ki, “Xalq komandası”, “flaqman” ləqəbli ölkənin ən köklü klubu niyə zəlil günə qoyulub? Niyə komandanın idarə heyətində veteran futbolçular, futbol funksionerləri və futbola bələd olan şəxslər yer almır?!Ölkə təhsilinin zorlayaraq sıradan çıxardan Emin Əmrullayev və onun kimilər niyə “ağ-qaralar” rəhbərliyində təmsil olunmalıdır?! Jurnalist şərəfini itirməyən, cəsarəti tükənməyən və sadaladığım suallarla cavab tapmaq üçün tənqidlər yazıb, səsləndirən həmkarlarım var. Təəssüflər olsun ki, çoxluq reklam əməkdaşlığı (it kimi qabaqlarına sümük atılması üçün ) üçün heç vaxt klubda gedən “eksperiment”lərdən, “islahat”lardan, havaya sovrulmuş, sovrulan və sovrulacaq milyonlardan danışmazlar...
Böyük Britaniyanın erotika elementləri ilə zəngin kişi jurnalı olan “Maxim” 2022-ci ilə kimi Rusiyada da popular idi və mətbu orqanın rus dilindəki nəşri 20 ildən çox işıq üzü görmüşdür. Akaki Şveyk imzalı müəllif jurnal haqqında vurğulamışdır:
“Hər bir qızın ən əziz arzusu “Maxim” jurnalının dalında yer almaqdır”.
Azərbaycanın idman camiyasında da bir çoxları klublarla reklam müqaviləsi almaq üçün hər cür əskikliyə, mənəviyatsızlığa getməyə, o cümlədən sümsük köpəklər qapağına sümük atılması üçün hürdüyü kimi bu ikiayaqlılar da it payı almaq üçün “tənqid”lər anqırarlar. İstəklərinə nail olanda “tənqid”lər əlvida deyib, təriflər, məddahlı yazılarla saytlarını “bəzəyir”lər. Hətta, klublarda qanunsuzluq, özbaşınalıq, harınlıq pik həddə çatanda belə reklam əməkdaşlığına görə ya mumlayır, ya da tənqid edən kəsləri hədəf alırlar. Dünənə kimi AFFA-da yüksək post sahiblərinin ünvanına palaz-palaz “tənqid”lər (işgüzar nüfuzu zədələyən təhqirlər yağıdırırdılar) döşəyən “baş redaktor”lar vardı. Elə ki, federasiya yığmanın səfər oyunlarına həmin “şef redaktor”ları aparanda, xarici ölkələrdə gecələmək, qidalanmaq xərclərini qarşılayanda dünənə qədər söydükləri vəzifəlilərin qarşısında iki qatlandılar. Belələrini üzünə tüpürmək də əbəsdir. Çünki tüpürcək belə murdar simasızlara təmas etsə utanc keçirər.
30 ilə yaxındır idman mediasında mətbu orqan “kapitan”ı kimi fəaliyyət göstərən ölkənin və mətbuatın qanunlarına tüpürən, jurnalist prinsiplərini tapdalayan, işçiləri istismar edən, qanunsuz (qaçaq) işçilər işlədən, ətrafa “tənqid”lər yağdırıb, özünü tənqid edəndə quduzlaşan, “arağı başına çəkmək” frazeoloji ifadəsi ilə “əyyaş” sözünün fərqini qanmayan, “luzer” kəlməsini tərcüməsindən bixəbər, müxbirinə qarşı mənəvi, psixoloji repressiyaya əl atan, çay daşıyan qadıncığı (mənəviyyatsızın birini) jurnalistinin üzünə durğuzan, kollektivçilik adı altında torpatikənlik edən, əxlaqsızcasına adama böhtanlar yağdıran birinin əlbəttə ki, mətbuat konfransında “Neftçi”nin baş məşqçisinə təxribatçı “sual”lar vermək və “istefa”ya səsləməsi onun necə zurnalist olduğunu bir daha göstərir. Odur ki, Samir Abasovun, “sizin kimilərinin dediklərinin arxasında çox şeylər (yəni məkirli niyyətlər – red. A.İ) gizlənir” cavabıyla jurnalistikanın bütün dəyərlərini yerə vuran(lar)a çox gözəl şillə çəkdi.
Yaxşı ki, məmləkətimizdə “Hustler”, “Penthouse”, “Treats! Magazine”, “Playboy”, “Adult Magazine”, “Leste Magazine” və digər adlarını çəkmədiyim məşhur erotik jurnalların dilimizdəki şöbəsi fəaliyyət göstərmir. Əminliklə deyirəm ki, 18+ mətbu orqanlar bizdə nəşr olunsaydı, ora müraciətdə porno ulduz olmaq, fahişəliyi peşə bilənlər, LGBT nümayəndələri say nisbətində reklam almaq üçün növbəyə duran zurnalistlərdən, o cümlədən bir qrup idman mediasının “baş redaktor”larla müqayisədə azlıqda qalacaqdılar. Ölkəmizdə fahişəliyi peşə kimi mənimsəyənlər və ya dolanmaq üçün bədənini satmağa məcbur olanlarla müqayisədə ruhu pozğunlar daha çoxdur.
Bu bir daha onu sübut edir ki, Azərbaycanda mətbuat heç vaxt IV hakimiyyət rolunu onaya bilməyəcək. Çünki, medianın bütün sahələrində, o cümlədən idman jurnalistikasında reklam qapağına sümük atılması “eşqi”ylə dombalanlar ruhlarını sataraq jiqololuğa, hastlerliyə, kagemliyə və eskortluqla məşğuldurlar. Belələri olduqca da ölkədə baş alıb gedən rüşvətxorluğa, korrupsiyaya, hər cür özbaşnalığa, harınlığa səsini qaldıranlar həmişə azlıqda və zərbə altında qalacaq.
ABDULLA İSMAYILOĞLU
Globkom.info