Ya gəlib, ifadə verməli, özünüzü təmizə çıxarmalı, yaxud cəzanızı çəkib, sözünüzü burda deməlisiniz, ya da sadəcə dilinizi dinməz yerinizə qoyub, sakit oturmalı, yaşadığınız, maaş aldığınız ölkələrin problemlərindən danışmalısınız.

"Amerikanın Səsi" və "Azadliq Radiosu"nun bağlanmasına üzülənlər!

Bu radiolar heç biri bizim səsimiz olmayıb, olmayacaq da. Onlar hansısa problemləri işıqlandırsalar da, məqsədləri həmin problemlərin həlli yox, o problemlərin quyruğundan tutaraq yerli hakimiyyətə müxtəlif təzyiqlər göstərmək, hökumətin işinə qarışmaq və ölkədə təxribat yaymaqdır.Mən heç bunların normal insanların problemlərini düz-əməlli işıqlandırdığını da görməmişəm. Məsələn, heç vaxt mənim problemimə diqqət göstərməyiblər. Axtarırlar və harada özlərinə oxşayan, Azərbaycan xalqına yad ünsürlər, həlləm-qəlləm adamlar varsa, onları tapıb danışdırırlar. Bunlardan dəfələrlə soruşmuşam da ki, niyə bu qədər problemli halal-hümmət insanları qoyub, əsasən üzr-istəyirəm, qəhbə-qühbənləri, geyləri, avaranı, əxlaqsız həyat tərzi keçirənləri, qeyri-ənənəvi pozğun adamları gündəmə gətirirsiniz? Cavab olmayıb. Deməli, bu ruporlar həqiqətən bizim bir xalq, millət olaraq maraqlarımızı əks etdirmir. Odur ki, istər blogerlər, istərsə də Amerika ruporlarında çalışan “jurnalist”lər müstəqil fəaliyyətə keçməli, mövqelərini hansısa xarici qüvvələrə, donorlara arxalanmadan ortaya qoymalıdırlar.

Məhz onda kimin kim olduğu bəlli olacaq. Həm də bir xalq, toplum olaraq müstəqil şəkildə nəyə qadir olduğumuz da ortaya çıxacaq. Nə istəyib-istəmədiyimiz də bilinəcək.

Radikallıq etmək vacib deyil, xüsusilə də bu, müsbət nəticələrə gətirmədiyi üçün. Nə qədər bacarırıqsa, nəyə cürətimiz çatırsa, o qədərini deyək və yazaq. Əminəm ki, insanlar bunu başa düşəcəklər. Bəlkə, bu xalq heç sizin dediyiniz anlamda demokratiya istəmir? Bəlkə, həqiqətən avtoritarizm, ədalətli şah, dəmir yumruq istəyir?

Vallah, mənim müşahidələrimə görə, tənqidi fikirdən o qədər də xoşlanmır. Xilaskar axtarılır. Onu bu “xilaskar”(lar)ı bir müddət sakit buraxasız. Bəlkə, hərə öz xilaskarını tapacaq?...

Yaxud da elə artıq tapıb, sadəcə dərk eləmir...

Məncə, o xilaskar elə indiki Prezident İlham Əliyevdir. Sadəcə, bəziləri bunu anlamır və zamana ehtiyacı var...

Problemlər var və çoxdur. Prezident də onları həll etmək üçün çalışır. Ancaq bu asan və sadə məsələ deyil. Odur ki, bizim borcumuz bunu anlamaq və ona kömək etməkdir. Şəxsən mənim özümə də hazırkı vəziyyətdə yaşamaq çox çətindir. Ancaq bunun obyektiv, özümdən qaynaqlanan səbəbləri olduğunu da anlayıram. Dövləti, xalqı idarə etmək çox çətindir. Mən indi İlham Əliyevi heç vaxt olmadığı qədər yaxşı başa düşürəm.

Təsəvvür edin ki, o, hakimiyyətdə deyil və bu qabillər, qurbanlar, turallar, mirzəlilər, qənimətlər, osmanqızılar ortalıqda at oynadır, ağızlarına gələni danışırlar...

Bunun kiməsə faydası olarmı? Hətta dəhşətli nəticələri olar və ilk növbədə onlar özləri bundan ciddi ziyan görərlər. Odur ki, düşünün...

Nadir Qocabəyli

Globkom.info