
I Liqanın XXI turunda “Qaradağ Lökbatan” doğma divarlar arasında “Mingəçevir”i qonaq etdi. Qarşılaşma qolsuz bərabərliklə başa çatdı. Meydan sahibləri oyunda baş hakim Alik Yunusovu qərəzliliyini qabartdı. İstər komandanın baş məşqçisi, istərsə də futbolçular referinin sayəsində 2 xal itirdiklərini bildirdilər. Qəsəbə təmsilçisinin futbolçusu Xəyyam Hüseynov “qara paltarlılar”ın idarəçili ilə bağlı Globkom.info – a danışdı.
“Hazırda sonuncu pillədəyik, amma mövqeyimizlə razılaşmırıq. Komanda olaraq sonuncu pillədə getməyə layiq deyilik. Odur ki, hər oyuna maksimum nəticə qazanmaq üçün çıxır və meydanda bütün gücümüzü ortaya qoyaraq döyüşürük. 5 oyundu qələbə qazana bilməsək də, məğlub da olmuruq. “Mingəçevir”lə görüşə də qələbə əzmi ilə çıxmışdıq. Düzdüz, hava şəraiti də əlverişli deyildi, daha çox uzun toplara üstünlük verərək rəqibin müdafiəsini yarmaq istəyirdik. 3 xal qazanmaq üçün çox çalışdıq, amma bizi rəqib yox, hakimlər qələbəmizdən etdi. Təmiz penaltimizi vermədi, yersiz müdaxilələr etdi. Bu azmış kimi oyun bitəndən sonra baş hakim Alik Yunusov deyir ki. “II Liqada görüşərik”, nəbilim özü Qusarlıdı ona görəmi deyir yoxsa nə məqsədi var, “Qusarda qarşılaşarıq” vurğulayır. Biz hələ I Liqada mübarizə aparırıq, amma hakim bizi aşağı liqaya yola salır. Onun bu dediklərindən nə başa düşək?! Tək “Mingəçevir”lə yox, əvvəlki oyunlarımızda da hakimlərin qərəzli idarəçiliyinə görə vacib qələbələrimizdən olmuşuq. Artıq referilərin bizə qarşı haqsızlıqlarından bezmişik...”
ABDULLA İSMAYILOĞLU
Globkom.info