
Ukrayna ordusunun "Şimal" Operativ Komandanlığının komandanı general-mayor Dmitri Krasilnikov Rusiyanın Kursk vilayətinə hücumu bilavasitə idarə edirdi. Ukrayna xalqına ali baş komandanlıq edən təlxək Zelenski dünən ali rütbəli zabiti işdən çıxardı.
Həmçinin dünən rusiyalı hərbi ekspertlər Sucanın ukraynalı hərbçilərdən təmizlənməsinə 7-10 gün sərf ediləcəyini demişdilər. Faktiki olaraq isə Rusiya ordusu Sucanın demək olar ki, hamısına nəzarət edir. Çünki Ukrayna ordusu geri çəkildi, çəkilməyə məcbur oldu.
Kokainçi napoleon-çerçil (Zelenski nəzərdə tuturam) günahkar axtarır, günah keçisi kimi də adını yuxarda çəkdiyim generalı qurban etdi.
Kursk vilayətiə soxulanda Zelenski bütün uğuru özünə yozmuşdu. Halbuki elə onda da Ukraynanın ağıllı intellektualları və istefada olan köhnə zabitləri deyirdilər ki, bu, avantüradır. Ordu Kursk vilayətinə nahaq soxuldu, Rusiyaya məxsus əraziləri onsuz da əlində saxlaya bilməyəcək, ondansa o hərbçiləri şərq cəbhəsindəki ağır vəziyyəti düzəltmək üçün göndərmək lazım idi.
Son, dəqiqləşdirilmiş məlumata görə, Ukrayna ordusu Kursk vilayətində 67 min hərbçisini itirdi.
Zelenski Qərbdəki parabaş müttəfiqlərinin, manqurtlaşdırılmış tərəfdarlarının, zavallı saf ukraynalıların alqışını eşitmək, 5-10 dəqqə şellənmək, bir sözlə ucuz populistlik naminə 67 min ukraynalı kişisinin canını, həyatını, taleyini qurban verdi. Bu fərsiz “ali baş komandan”a Ukrayanın vicdanlı zabitləri başa sala bilmirlər ki, onun siyasi qərarları qeyri-rasionaldır, onları cəbhədə yerinə yetirmək olmur. Zelenskinin isə ukraynalı hərbçilərdən tək tələbi var: ölün, amma geri çəkilməyin. Hər axşam tik-tok xalqa etdiyi müraciətində isə deyir ki, hər bir əsgərinin həyatı onun üçün hər şeydən vacibdir.
Bu burjua (sağçı-mühafizəkar, sağçı-liberal) siyasətçilərin hamısı yalançıdır, amma Zelenskiyə yalançılıqda heç Erdoğan da çatmaz. Çox unikal, nəfəsi də yalan olan əclafdır. Ukrayna xalqı başını elə bir bəlaya salıb ki...
Ukraynada o qədər ağıllı, savadlı adam, siyasətçi var, amma Zelenski Qərb siyasi texnoloqlarının köməyilə xalqının başını elə yuyub ki, siyasi arenanı elə təmizləyib ona rəqib qalmayıb... Dəhşətdir! 43 milyon əhalisi və istedadlı övladları olan ukrayna xalqı seçim edə bilmir, qarşısına, beyninə Zelenskini elə soxublar ki, rəqibi ancaq Zalujnıdır, Britaniyanın adamıdır, indi də Britaniyada səfirdir, Sırskiyə qədər ordunun başında idi. Zelenskinin kaprizlərinə görə ordunu güdaza vermirdi, ordunu ilk növbədə Zelenskinin siyasi qərarlarından qoruyurdu, ona görə də orduda hörməti vardı. Zelenski qorxurdu ki, Zalujnı arxasına ordunu alıb, onu devirəcək. Ona görə də Zalujnını istefaya məcbur etdi və Britaniyaya səfir yolladı. Bu gün də Zalujnının reytinqi daha yüksəkdir. Amma o da diplomat deyil, peşəkar hərbçidir, ondan da siyasi lider olmaz. Ukraynanı millətçi-faşist ideologiya məhv etdi. Saysız istedadlı adamı olan ölkədə siyasi arenada cəmi iki adam rəqabətdədir, biri peşəkar təlxəkdir, o biri brutal hərbçi.
Krasilnikova gəlincə, bu boyunu yoğunların hamısını ABŞ-NATO hazırlayıb. Müharibə başlayanda da Rusiya ordusunu lağa qoyurudlar ki, rusiyalı zabitlər sovet hərbi məktəbin yetirməsidir, Ukraynanın NATO məktəbindən çıxmış zabitlərin qabağında heç nədirlər. Zaman və müharibə isə əksini sübut etdi.
P.S Hazırda Ukrayna ordusunun başında dayanan Sırski özü də sovet hərbi məktəbinin yetirməsidir. Onu o vəzifəyə Zelenski təyin edəndə gərək yadına salardılar "NATO məktəbi üstündür" təbliğatlarını.
A.Sultanov
Globkom.info