Dayaz liberal və ABŞ imperializminin maraqlarını tərənnüm edən Frensis Fukuyama 2022-ci ildə Ukrayna-Rusiya müharibəsi başlayandan bir neçə həftə sonra məqalə yazdı. Müəllif Rusiyanın məğlub olacağını deyirdi. Elə-belə də demir, artıq bitmiş hadisənin konstotasiyasını vurğulayırdı. O, ABŞ xüsusi xidmət orqanlarından məlumatlar alır, ola bilər ki, əlində konkret məlumatlar var. Mənə görə isə yalan deyir, Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarını məhz onlar müharibəyə çevirdilər, onların hər cür və çox güclü dəstəyi olmasaydı, iki dövlət arasındakı ziddiyyətlər həllini çoxdan tapmışdı. Üstəlik, həmin ziddiyyətləri də elə ABŞ və onların Ukraynadakı marionetkaları yaradıb. Rusiyanın nə Çinlə, nə Qazaxstanla, nə Belorusla elə bir ciddi problemi yoxdur. Azərbaycan, misal üçün, "mən NATO-ya girəcəm" deməklə problem yaranacaq. Nə isə…

Ukraynanın qələbə çalacağını təkcə Fukuyama yox, Üzeyir Cəfərov da 2022-ci ilin martında bəyan edirdi. İndi Fukuyama Üzeyir bəy ağıldadırsa, deyəcək bir sözüm yoxdur. Kimin qalib gələcəyini zaman göstərəcək demişdim. Mənə görə, Rusiya məğlub olmayacaq. Hə, qarşısına qoyduğu məqsədlərə çata, yaxud tam çatmaya biər. Məsələn, rəsmi Kreml Kiyevin banderaçı rejimi dəyişə bilməsə, heç bir denasifikasiya prosesinə start verilə bilməz. Rusiya ordan çıxan kimi də ABŞ Ukraynanın hərbi infrastrukturunu bərpa edəcək. Amma Krımı və Donbası Rusiya saxlayacaq. Bu mənim iki il əvvəlki qənaətim idi. Amma qənaətim də doğrular da, çıxdı, gözlənilməzliklər də oldu və olmaqdadır…

 

Fukuyamanın qebbelsvari söz oynatmasına diqqətinizi çəkmək istəyirəm. Amerikalı filosof deyirdi ki, Rusiyanın məğlubiyyəti "dünya demokratiyasını bərpa edəcək" və buna görə "cəsur ukraynalılara təşəkkür etməyə dəyər".

Qərb intellektualın liberal bambılılığı və qebbelsvari söz oynatması məhz bu cür olur.

Nəymiş, "dünya demokratiyası" deyilən bir şey varmış, Rusiya onu korlayırmış, banderaçılar xilas edəcəkmiş. Nasist banderaçıların xilas edəcəyi "dünya demokratiyası" nədir?

Gözünüzü yumun, təsəvvür edin ki, dünyada Rusiya adında dövlət yoxdur. Hə, təsəvvür etdiniz? Bu "dünya demokratiyası" nədir? ABŞ prezidentlərinin əllərini sıxdığı, dostluq etdikləri ərəb kralları da "dünya demokratiyasıdır"? Bəs ABŞ dövlət katibi dünən zəng edib, rəhbərinə təşəkkür bildirdiyi Azərbaycan? Bəs strateji partnyoru Türkiyə? ABŞ və İsrailin yaratdığı İŞİD? Heç İŞİD də "dünya demokratiyasına" təhlükə olmayıb, amma Rusiyanın Ukraynada apardığı nasist ovu təhlükədir... "Dünya demokratiyası" ifadəsilə Frensis bəy nəyi soxuşdururdu?

O "sülhə çağırışı" ilə ORT kanalında işləyən beyinsiz arvat nəyi soxuşdururdu? Təxminən elə bir şey. ABŞ təkqütblü, imperializminin tək başına ağalıq etdiyi "dünya"nı istəyir. Okeanın o tayındak  “liberal intellektual”lar da bunun üçün çalışır.

"Dünya demokratiyası" deyilən bir şey ümumiyyətlə yoxdur, ola da bilməz. Burjua demokratiyası var, proletar demokratiyası var. Hər ölkənin öz yerli şərtlərinə, şəraitinə görə burjua və proletar demokratiyası olur. SSRİ öz proletar demokratiyasını qloballaşdıra bilmədi. ABŞ-da öz burjua demokratiyasını qloballaşdıra bilmədi. Əslində heç istəmədi də.. Elə "demokratiya ixracı" şüarı ilə ölkələri bombaladı, öz kuklalarını hakimiyyətə təyin etdilər, komprador elitaların köməyilə həmin ölkələri taladılar. Vəssalam!

Ukrayna postsovet dövründə ən pis, qəddar, antidemokratik, avtoritar siyasi rejim məhz 2014-dən başlayan banderaçı diktaturasıdır. "Dünya düzəni" var. Beynəlxalq hüquq və prinsiplər var. ABŞ istədiyi vaxt müxtəlif bəhanələrlə və manipulyasiyalarla onları pozub, pozur, pozacaq da. Yankilər bununla monopoliyasını saxlamağa can atın və mövcud "dünya düzəninin" pozulmasını istəmirlər. Fukuyama isə həmin düzənin birdəfəlik, stabil, monolit qalmasına "dünya demokratiyası" deyir. O, zənn edirdi ki, SSRİ dağıdılandan sonra həmin düzən əbədi olaraq qalacaq. Ona görə də "tarixin sonu" deyirdi. Onun üçün tarix də , sonu da ABŞ imperializminin davamlılığından ibarətdir

Artıq 3 ildən çoxdur müharibə davam edir, rəsmi Kiyevin təlxək “rəhbər”i gün ərzində minlərlə ukraynalını qırdırır, Rusiya Ukraynanın başını əzir, Qərb isə öz iqtisadi marağına görə “sülh”dən dəm vursa da, qırğınların qarşısını almağa tələsmir...

A.Sultanov

Globkom.info