
Cənab Ərdoğanın şəbəkə profilindən müraciət edibmiş ki, solçular boş yerə küçə terroru ilə məhkəməyə təzyiq eləməsinlər, o dövr keçdi, məhkəmə müstəqildir və ədalətli qərarlar verir.
Ərdoğan kimi “təmiz”, “alicənab”, “alın təri”lə yaşayan, “ədalətli”, "yufka yürekli, kedi hayranı" bir insanın solçuların "küçə terroruna" məruz qalması qəbul ediləməz...
Ərdoğanın bütün siyasi karyerası hamını həqiqətdə "mağdur" edərək, özünü "mağdur" göstərməklə keçib.Bu planetdə yaradımış, davam edən bütün pisliklər sağçıların və liberalların fikir, əməllərinin nəticəsi olduğu halda həmişə sol-kommunist düşərgə ittiham olunub.
Ərdoğan Türkiyədə məhkəmə, hüquq-mühafizə sistemini əzə-əzə, özünüə tabe etdi. Qalstuklu “islamçı” hakimiyyətə gələndən, dövlətin gücünü əlinə alandan repressiayar başlayıb, daima mənəvi terror gedir, arada da dalğalanıb, kütləvi hal alır.
İllər əvvəl repressiyalar kütləvi oldu, "Ergenekon" adı verdikləri iş çərçivəsində nə qədər atatürkçü, solçu, Ərdoğan zülmünə qarşı çıxa biləcək ziyalı, məmur, hərbçi, siyasətçi varsa, hamısını bir bəhanə və min cür şərlə içəri soxdular. Bir neçə il o şəxslərin, onların ailələrinin, yaxınlarının, tərəfdarlarının bütün vaxtı, gücü, enerjisi, əsəbi məhkəmələrdə üstlərinə atımış böhtanları təkzib etməyə sərf edildi.
Sonra Ərdoğan dedi ki, onun həmin pinoçetvari repressiyalardan xəbəri olmayıb, demə hamısını Fethullah hoca əfəndinin adamları törədib. Bu səfər "Fetö terror təşkilatı" işi başladı, günahlı-günahsız kim varsa, on minlərlə insanın həbsi və istindaqı başladı...
Laz əsilli xozeynin "müstəqil və ədalətli məhkəmə sistemi"ndən minlərlə, on minlərlə günahsız insan keçib. Həqiqətən bir cinayət törədib-törətməməsini isbatlamaq üçün bu qədər texnoloji imkanlar var insanın. Minlərlə insan aylarla, illərlə türmədə və məhkəmə salonlarında çürüdülüb, , həyatları sonlandırılıb.
Ərdoğanın küçədəki etiraz nümayişlərinin məhkəmə ədalətinə təsir etməsi haqda danışdıqları ağ yalandır. Türkiyə məhkəmə sisteminin ədaləti də, ədalətsizliyi də çoxdan Ərdoğan tərəfindən idarə edilir. Bu gün Türkiyənin sol-kommunist düşərgəsi küçədədir, meydandadır. Çünki onlar qalstuklu “padşah”ın zülmünə qarşıdılar. Onlar İmamoğlunun da son nəticədə sərmayəyə xidmət etdiyini çox yaxşı bilirlər, onlar İmamoğlunun müdafiəsindən çox Türkiyə xalqının, işçi sinfinin haqqlarını müdafiə edirlər. İstambul merinin həbsi Türkiyənin sol-kommunist düşərgəsi üçün bir bəhanədir. Əsl səbəb - Ərdoğanın hakimiyyəti illərində Türkiyədə kapitalizm zülmünün, sosial ədalətsizliyinin artması və dərinləşməsidir. Hadisələrə münasibətindən inanların, təşkilatların, ideoloji cərəyanların içini, məzmununu anlamaq olur - bu haqda da həmişə deyirəm.
Misal, Azərbaycan hakimiyyətinə xidmət edən məhşur təbliiğatçı faşistlər Türkiyədə İmamoğlunun həbsinə etirazlar başlayan kimi "Rusiya barmağı" fərziyyəsini ortaya atdılar. İllərdir "tərbiyyə" etdikləri kütləni manipulyasiya etməyin ən asan yolu budur: bu etirazları Rusiya təşkil edib, Rusiya edibsə, pisdir, deməli Ərdoğan yaxşıdır..."... Bu ikiayaqlıların ideologiyaları, özləri, manqurtlaşdırdıqları adamlar və yanaşmaları primitivdir. Hələ o faşist arvat var - Aygün Muradxanlıdır nədir - İstanbuldan "reportajlar" təbliğ edir. Elçibəyçi faşizmdən gəlir, ona görə də təkcə Rusiya ilə kifayətlənmir, elə söhbətlər fırladır ki, İranı da qatır...
Türkiyədəki etirazları nə İran, nə Turan, nə Rusiya, nə ABŞ və Avropa İttifaqı təşkil edib. Bu, məhz xalq "yaradıcılığıdır", xalqın narazı hissəsinin Erdoğan zülmündən bezməsidir. Başqa heç nə! Ərdoğanın kapitalizmin "təbii" sosial-iqtisadi problemlərinə əlavə olaraq yaratdığı padhaşlıq idarəçiliyi, qorxu rejimi, irticanın sərvət sahibi olması fonunda milyonlarla insanın işsiz, ac, yarıac qalmasına qarşı yığılmış narazılıqdır.
Hə, mən də Qərb imperializminin təşkil etdiyi narıncı çevrilişlərdə olduğu kimi, hansısa nümayişdə gənclərin atılıb-düşdükləri o kadrları görmüşəm. Gəncdilər, xəbərləri yoxdur. Bu, sadəcə zahiri bənzərlikdir.
Narıncı çevriliş xalqsız baş verir və bu prossesdə işçi sinfi, sol-kommunist düşərgə iştirak etmir. Narıncı çevrilişə USAİD-in və Soros fondunun maliyyəsilə yaradılmış "vətəndaş sektoru" şəbəkəsi rəhbərlik edir. “Narıncı”lar dövlət orqanını hədəf alar - parlament binasını ya da prezident ofisini. O binaların qarşısında aksiya keçirərlər, sonra da binanı zəbt edərərək hakimiyyətin devrilməsini elan edərlər.
Türkiyədəki etiraz aksiyaların bağışlanmaz qüsuru da elə budur - bu soyuqda güclərini tamamilə mənasız yerlərdə sərf etmələridir. Kaş ki, narıncı aksiyalardan təcrübələnərdilər...
Bələdiyyə binasının qarşısında, keçələrdə, Taksimdə, digər meydanlarda lap aylarla nümayiş keçirsinlər - heç bir faydası olan deyil. Ərdoğan şərq-müsəlman despotudur, zərrə qədər sevgisi, mərhəməti yoxdur. O, hakimiyyətdən heç seçki ilə gedən deyil, milyonların etirazı da onun vecinə deyil. Mədəni ölkələrdə milyonların etiraz mitinqləri nəticəsində mədəni və məsuliyyətli liderlər, hökumətlər istefa verərlər.
Ərdoğanı padşah sarayından ya ölüm ayırar, ya da öfkəli kütlədən qorxusu. Öfkəli kütlə də saray qapısına dayanmadan o, heç bir qorxu hiss edən deyil.
Türkiyədə az-maz şüuru və vicdanı olan hər kəs Ərdoğanın padşahlığına və zülmünə qarşıdır.
A.Sultanov
Globkom.info