Görməmişəm, bilmirəm, yalandırsa, faşist populistlərin boynuna. Cənab Rəcəb Tayib Ərdoğan   "Zelenski, dalında nətəri lazımdır dayanmışıq" fleşmobuna qoşulub və sosial şəbəkələrdə Türkiyə liderinin luzer Zelenskiylə birgə şəkilləri tirajlanır. Əslində Ukraynanın “lider”inin Böyük Britaniyaya səfəri ərəfəsində və ondan sonra rəsmi Ankaranın bu cür dəstək təəccüblü deyil.

Çünki Türkiyə və özünə oxşatdığı “qaqa”sı Azərbaycan da Britaniyanın təsir orbitindədir. Dünən oranın baş naziri cənab Zelenskini qarşılayanda qucaqladı, sonra da həmin - "qonağı belə qarşılayarlar" - təbliğata start verildi.

Yalan və təhrif davam edir… Yəni, Tramp Zelenskiyə nə etdi ki?!

Zelenski özünü apara bilmir, Tramp mallıq etməli idi?! Ukraynaın prezidenti Zelenski “Ağ Ev”in sahibinə  ağıl vermək istədi, Trampın ağzını əydi ("sizi Rusiyadan gözəl okean ayırır"), cənab Trampın administrasiyasının xarici siyasətinə müdaxilə etdi, bütün diplomatik qaydaları pozaraq, ABŞ rəhbərinin ünsiyyətdə olduğu Putinə "qatil" dedi.

Zelenski bu günə qədər bir sürü qüsur, günah və cinayət işlədib, amma gürültulu alqışlanıb... Ukraynada da qorxudan kimsə onu tənqid edə bilmir. Adam qudurub, qudurmaqda da sərhəd bilmir.

Erdoğan və onun  rəisçi fanatları nəyi nəylə müqayisə edirlər?

İllər əvvəl Türkiyədə belə bir hadisə baş vermişdi: kəndli Erdoğana yanacağın qiymətinin artmağından şikayət edərək, "anamız ağladı" dedi; Erdoğanın ona cavabı "ananı da al, git" oldu. Öz vətəndaşını it yerinə qoymayan Erdoğan yaman qonaqpərvər imiş…

Ərəb krallarını, kapitalistləri, varlıları, Zelenski kimi siyasi fahişələri, gədələri təmtəraqla qəbul etmək qonaqpərvərlik əlaməti deyil ki. Ərdoğanın hazırkı durumda şəxsi marağı olmasa, yəhudi Zelenskiyə salam da verməz. Hazırda ukraynalıların “lider”i Türkiyənin ağazısına lazımdır. Bəli, Rusiyaya təzyiq etmək üçün. Banderaçı-faşist Ukrayna Rusiyaya problemlər yaradır, Rusiya da məcburən qazını Türkiyə üzərindən sataraq  rəsmi Ankaraya maksimum ucuz satır və Ərdoğanın bütün kaprizlərinə dözür. Dolayısı ilə Ukraynanın banderaçı-faşist rejimi Ərdoğana 1 dollar əvəzinə 100 dollar qazandırır.

Erdoğan Ukraynaya yüz milyardlarla dollar verib?

ABŞ-ın hesabına Zelenski bu günə kimi hakimiyyətdədir. Qərbin verdiyi o yüz milyardların hesabına Zelenski şellənə-şellənə gəzir.

Ərdoğan birinə 100 lirə versə, qabağında kölə edər. Qaltuklu “padşah” Türkiyə insanları, xüsusilə Türkiyə aydınlarıyla təkəbbürlə danışır. O, da Zelenski kimi hamını neprav çıxardır...

Tramp Zelenskini daha şərafətli qarşıladı, nəinki Makronu. Zelenski həddi aşana qədər də normal qaydada söhbət gedirdi. Zelenski elə bilir ki, Tramp sosial şəbəkədəki auditoriyasıdır, məddah ətrafıdır, Azərbaycanın rusofob faşist sürüsüdür və o, "Putin qatildir" dedikdə,  hamı əl çalacaq, "halaldır igid Zelenskiyə" qışqıracaq.

ABŞ-ın xozeyni o boyda eşşək gədəyə başa sala bilmədi ki, sən sülh istəyirsənsə, Putinlə danışmalısan, Kremlin hökmdarı ilə ümumi dil tapmalısan. Bunun əvəzində isə dəqiqəbaşı Putini təhqir edirsən...

Hələ Tramp çox səbrli, güzəşt edən qonaqpərvər çıxdı. Zelenskinin yadına başqa qeyri-diplomatik davranışlarını da xatırlada bilərdi. Məsələn, Putinə dəfələrlə "heyvan" deməsini.

Hazırda NATO ilə təkbaşına savaşan Rusiya qüdrətində dövlətin rəhbəri bircə dəfə də olsa, Zelenskiyə "heyvan" deməyib, onu təhqir etməyib diplomatik ritorikanın çərçivəsindən kənar çıxmayıb.

Azərbaycanın faşistləri Zelenskinin danışığında, əməllərində qüsur görmürlər. Ukraynanın nokdaundakı “rəhbər”i müsahibələrində Putinə heyvan deməklə azərbaycanlı manqurtların, rusafobların, milliyətçilərin qəlbində taxt qurub.

Bir tərbiyyəsiz küçə gədəsini veriblər qabağa, Putinə özlərinin deyə bilmədiklərini dedizdirirlər. Buna görə Zelenski onların qəhrəmanıdır. Türkiyənin ağası da bu gedişatları yaxşı müşahidə edərək, Ukraynanın başıboş rəhbərinə mənəvi dəstək verir. Bununla qalstuklu “padşah” irəlidəki gedişatlarının planlarını cızır.

P.S Ərdoğan bir ləyaqətli insanın, fəhlənin, kəndlinin, sadə vətəndaşın başına çətir tutsun - onda mən də onu tərifləyəcəm.

A.Sultanov

Globkom.info