18 fevralda Ər-Riyadda Rusiya-ABŞ danışıqları 5 saat çəkdi. Görüşlə bağlı brifinqdə Tramp onu çox yaxşı adlandırdı və Ukraynadakı vəziyyətin nizamlanacağına inamının daha da möhkəmləndiyini bildirdi.

Brifinqdə Trampın başqa bəyanatları:

- Ukraynada müharibəni bir neçə il əvvəl ərazi itkiləri olmadan orta səviyyəli danışıqçılar vasitəsilə də dayandırmaq olardı.

- Rusiya ilə müharibə kontekstində Ukraynanın tutduğu mövqe məni məyus edir. Danışıqlar stolu arxasına oturmaq üçün onların 3 ili var idi.

- Ukraynaya Avropa qoşunlarının yerləşdirilməsinin əleyhinə deyiləm, amma Amerika qoşunları orada olmayacaq.

- Ukraynada çoxdandır seçkilər olmayıb. Bunu demək mənim üçün nə qədər kədərli olsa da indi Zelenskinin 4% reytinqi var.

- Ukrayna danışıqlar stolu arxasında yer istəyirsə, seçkilər keçirməlidir.

- Rusiyalılar Kiyevi dağıtmaq istəmirlər. İstəsəydilər, onlar bunu edərdilər.

- Ukrayna verilən pulları ya qaytarmalı, ya da onların hara yoxa çıxdığını aydınlaşdırmalıdır. Gərək ki, Zelenski özü demişdi ki, ABŞ-ın verdiyi pulların yarısının harada olduğunu bilmir.

- Zelenski tamamilə səriştəsiz prezidentdir, gülünc bəyanatlar verir və onun rəhbərliyi müharibənin davam etməsinə şərait yaradır.

Məncə, şərhə ehtiyac yoxdur.

Asif Şəfəqqətov