
Cənab Makron öz xalqına müraciətində "müharibəyə hazırlıq" deyib. Mövqeyini əsaslandırmaq üçün də növbəti dəfə Putini iblisləşdirib, "Rusiya aqressiyası" ilə qorxudub...
Makronun müharibədə vuruşacaq, həlak olacaq övladı var? Müharibəni ancaq varlanmaq üçün istəyən burjualar və burjua siyasətçiləri heç vaxt müharibədə qurban verməyiblər. Ukraynada da belədir. Ukraynanın özündə yaşayan insanlar müharibə istəmirlər. Zelenski prezident seçkilərində sülh sözü verdiyi üçün 72% səs almışdı. Amma təlxək xalqını aldatdı, seçkiqabağı verdiyi sözlərindən heç birini tutmadı. HEÇ BİRİNİ! Unikal göstəricidir: verdiyin sözlərin tam tərsinə hərəkət etmək.
Müharibənin davamını Avropada, ABŞ-də, Kanadada yerləşmiş, sosial paketlə işləməyərək girlənən ukraynalılar tələb edirlər.
Putin 2006-dan bəri Qərbdəki bütün çıxışlarında, Qərb liderlərilə görüşlərində, sammitlərdə NATO-nun Şərqə genişləndirilməsinin dayandırılmasını tələb edib, Rusiya üçün təhlükəsizlik zəmanəti istəyib. Ukraynada müharibə başlamamışdan əvvəl də diplomatik cəhdlər edildi, Lavrov Blinkenlə görüşdü, Rusiya üçün təhlükəsizlik zəmanəti təkliflərini etdi. Bayden güldü, Putini ələ saldı.
SSRİ-nin dağıdılması, 1990-çı illərdə postsovet elitalarının vətənxainliyi Qərbi çaşdırdı, qudurtdu. Rusiyaya yuxarıdan aşağı baxdılar. Putin Rusiyanın narahatlıqlarını səsləndirdi - onlar güldülər.
İndi də Makton fransız xalqına yalanlar calayır ki, guya Putin 2014-cü ildə əldə edilmiş atəşkəs razılaşmasını pozub, Putinə etibar etmək olmaz.
Həqiqətdə atəşkləsi Ukraynanın banderaçı-faşist rejimi pozub. Çünki rəsmi Kiyev Minsk razılaşmasına əməl etmək niyyətində deyildi. 2019-cu ildə elə Makronun iştirakı ilə keçirilmiş görüşdə Zelenskinin meymunluq etməsi bunun sübutudur.
2014-22-ci illərdə Kiyevin banderaçı rejimi Donbasda minlərlə dinc insan öldürdü (onlar arasında yüzlərlə uşaq da vardı). Amma nə Qərb, nə də "dünya mediası" bu barədə danışmadı. Fransa xalqının da həqiqətdən xəbəri yoxdur, məhz bu cəhalət və qəflət Makrona öz xalqına miqdarsız yalan danışmağa cəsarət verir.
Avropanın sosial-iqtisadi problemləri dərinləşir, Avropa liderləri isə hərbi büdcəni artırmaq qərarında qətidir. Tramp Çinə və Rusiyaya hərbi xərcləri 2 dəfə azaltmağı təklif edir, Avropa isə militaristlik edir. Guya Putin Ukrayna ilə kifayətlənməyəcək, sonra Avropaya hücum edəcək. Buna hansı debil inanar? Təəssüf ki, müasir dünyada debillərinn sayı-hesabı yoxdur. İnanırlar.
2014-də ikinci maydanda nə qışqırıdı ukrayna millətçiləri? "Rusları və kommunistləri asmaq!" Onda nə müharibə vardı, nə müharibəyə hazırlaşan. Krım da, Donbas da Ukraynanın tərkibində idi. Amma Qərb imperializminə ənənəvi itlik edən ukraynalı millətçi-faşist güruhçular "rusları və kommunistləri asmaq" şüarları ilə ayaqlandılar, sonra Ukraynadakı rusları həqiqətən linç etməyə başladılar, Krım və Donbasın rus əhalisi üsyan bayrağını qaldırdı...
Makronun yalanlarını ciddi qəbul edən avropalılar Rusiyanı, rus xalqını və onun liderini tez-tez alçaltmağa davam edə-edə istəklərinə - müharibə yaradacaqlar.
Tarixdə heç vaxt Rusiya Avropaya hücum etməyib. Tam tərsi olub: Avropa Rusiyaya hücum edib. Makron nahaq yerə napoleonluq edir. Fərqli dövrdür. Hamının əlində nüvə var və bir gün o mütləq partlayacaq. Bəşəriyyət cəhənnəm, planeti, planetdəki canlı həyatı məhv edəcəklər...
P.S Rusiya illərdir Qərbdən öz təhlükəsizliyinə zəmanət istədi - vermədilər. İndi onların kuklası Zelenski Ukrayna üçün təhlükəsizlik zəmanəti dilənir, verən yoxdur.
A.Sultanov
Globkom.info