
Futbol ənənələri zəngin olan Qazaxın “Göyəzən” klubu Region Liqasının yeni mövsümünə qələbəylə başladı. “Dağlılar” doğma divarlar arasında “Goranboy”u 2:0 hesabıyla məğlub etdilər. Qazaxlıların baş məşqçisini Elxan Muradov həm turnirin yeni formatı, həm də qələbəylə bağlı globkom.info – a danışdı.
“Region Liqasının bu mövsüm yeni reqlamentdə keçirilir. Biz yeniliklərin tərəfdarıyıq, amma bu ilki dəyişiklik oyunların sayının azlığıyla müşahidə olunacaq. Komandaların sayı artıb, bu xoş haldır, ancaq qarşılaşmaların sayı azaldılıb. Bu bir qədər işimizi çətinə salır. Mən istərdim ki, Şimal-Qərb regionu üzrə komandalar bir qrupda yer alaraq mübarizə aparsınlar. Mövsümə qələbəylə başlamağımıza gəlincə, çətin qrupda yer almışıq. Hər bir rəqiblərimiz güclü və təcrübəlidirlər. “Goranboy” isə qrupun favoritidir. Onların “Naftalan” ilə oyunlarını da izləmişdim. Qazaxda oynasaq da, çətin matç oldu. 90 dəqiqədə ilk qolu vuran komanda oyunu aparacaqdı. İlk yarıda Goranboy təmsilçisi medanda dominantlıq etdi. Buna rəğmən bizə lazım olan qolu vurub hesabı açan tərəf olduq. Fasilədən sonra meydanda canlandıq və daha bir qol vurmaqla son nöqtəni qoyduq. Qələbə qazandığımıza sevinirəm, çempionata müsbət notlarla başladı. Amma unutmayaq ki, çox çətin qrupdayıq “Naftalan” ilə “Goranboy” qrupumuzun dominantlarıdır. Həmişəki kimi bu mövsümdə də maksimum irəli getmək istəyirik. Minimum hədəfimiz qrupdan çıxmaq və pley-off da oynamaqdır”.
ABDULLA İSMAYILOĞLU
Globkom.info