Dünən Azərbaycan yığması Masazırdakı “Bank Respublika Arena”da Belarus millisini qəbul etdi. Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsiylə başa çatdı. 90 dəqiqə sonra yığmamızın üzvü Elvin Camalov Globkom.info – a müsahibə verdi

“Qalibiyyətlə bağlı müsahibə vermək istəyərdim. Haitiylə oyuna baxanda daha yaxşı oynasaq da, təəssüf ki, yenə məğlub olduq. Qol vura bilməyib, qollar buraxmaq məyus edicidir. Yoldaşlıq oyunları olsa da, bu bizim üçün təcrübədir. Buna baxmayaraq, belə qarşılaşmalarda bizim üçün vacibdir. Sınaq matçlarından da üzüağ çıxmaq lazımdır.Əlbəttə ki, iki oyunda məğlub olmaq xoş deyil. Odur ki, səhvlərimizdən maksimum nəticə çıxarıb irəli baxacağıq”

ABDULLA İSMAYILOĞLU

Globkom.info