Azərbaycan Premyer Liqasının XXIV turunda “Neftçi” doğma divarlar arasında “Sumqayıt” üzərində çətin qələbə qazandı. “Ağ-qaralar”ın futbolçusu Elvin Camalov qələbəylə bağlı Globkom.info – a danışdı.

- Qalib gəldiyini oyunla bağlı fikirlərin maraqlıdır...

- Ağır hava şəraitini nəzərə alsaq, hər iki komanda üçün meydanda mübarizə aparmaq çətin idi. Buna rəğmən ruhdan düşmədik, qələbəyə inandıq və son dəqiqədə bizə lazım olan qələbə qolunu vurduq. Qarşıdurmadan 3 xal ilə ayrılmağımıza sevinirəm.

- Havanın qəfil dəyişməsini heç kim gözləmirdim. Mövzud vəziyyəti görəndən sonra motivasiyanız necə idi?

- Düzdüz, hava kəskin dəyişdi. Buna baxmayaraq belə hava şəraitində keçən oyunlarda təcrübəmiz var. Ümumi götürəndə soyuq, çovqun, qar, don və digər bu kimi havada keçən matçların taleyini adətən bir qol təyin edir.

- Son 4 oyununuza nəzər yetirsək, ardıcıl iki qələbə qazandız, sonra “Qarabağ”a uduzduz, XXIV turda isə çətinliklə “Sumqayıt”ı üstələdiz. Səncə, stabil nəticələriniz nə vaxt gələcək?

- Biz optimizmə köklənmişik. Düşünürəm ki, əvvəlki “Neftçi”ni əzəmətini qaytarmaq üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik.

- Qarşıdan kubok oyunu gəlir, “Kəpəz”lə ilk dueldə qalib gəldiz, səncə, böyük ölçüdə işinizin öhtəsindən gəlmisizmi?

- Kubok oyunları çempionatda matçlarından fərqlidir və daha çətindir. Düzdüz, “Kəpəz”lə ilk qarşılaşmada 2 top fərqiylə qalib gəlmişik. Amma bu bizi qətiyyən arxayınlaşdırmır. Qarşıda cavab matçı var və bizi çox çətin qarşıdurma gözləyir.

ABDULLA İSMAYILOĞLU

Globkom.info