Müxalifətçiliyi mutilalıqla dəyişik salan, xalqa illərdir hakimiyyətlə birlikdə "həqiqətləri" danışan Əli bəy illərdin hazırlı iqtidarı rəsmi Moskva ilə hərtərəfli əməkdaşlıqda, “qardaşlıq”da olduğunu hayqırır. İnsanların gözündə, təsəvvüründə Rusiyanı iblisləşdirmək, Rusiya ilə qorxutmaq, sonra da opponentini, rəqibini Rusiyanın adamı olmaqla ittiham etmək - bu, yayılmış psixoloji terrordur.

Elə bilirdim ki 1988-1990-cı illərdəki hadisələr, I Qarabağ müharibəsi, Xocalı soyqrımı və digər xoşagəlməz olayları əlində bayraq edərək öz iyrənc məqsədləri naminə istifadə rusabob faşistlər ancaq Azərbaycandadır. İllər keçdi, məlum oldu ki, elə keçmiş sovet respublikaların hamısında, ABŞ-da, Avropa ölkələrində də eyni üsuldan istifadə edirlər.

Azərbaycan bütün enerji layihələrini, karbohidrogen infrastrukturu Rusiyanın dövlət maraqlarına zidd tərtib edib, quraşdırıb. Rusiyanın Qəbələdəki hərbi obyekti çoxdan ləğv edilib. Artıq mədəniyyət işlərilə məşğul olan “Rus evi” də bağlandı. Ölkəmizdəki, Əli Kərimli başda olmaqla AXC-lər, musavatçılar və digər qərbçi qaraguruh hələ də YAP hakimiyyətini bütünlüklə Rusiya ilə əməkdaşlıqda ittiham edir. Bu “narıncı”lar qan istəyir. Azərbaycan ilə Rusiya arasında müharibəyə baş verməyincə bunlar rahat durmayacaqlar. Əli bəy və onun “ardıcıl”larının başlıca məqsədi budur. 1905-06-cı illərdəki Erməni-müsəlman davalarını qızışdıran, ortaya salan da hər iki tərəfin bu zehniyyətindən (Əli Kərimli kimilərinin səfələri) doğub.

İndi iqtidar  bu qaragüruhun araqızışdırıcı təbliğatını təkzib etmək üçün Rusiyanın Bakıdakı səfirliyini də bağlasa, təəccüblənməyə dəyməz...

A.Sultanov

Globkom.info