Bizim düşündüklərimiz heç də həmişə bizim öz məhsulumuz deyil. Həyatımız başqalarının fikirlərindən toxunub. Ehtiraslarımız oxuduğumuz kitablardan, şahidi olduğumuz həyat hadisələrindən, baxdığımız filmlərdən sitatlar toplusudur. Yaşadığımız sistem insanları maşınlara çevirib və biz maşın kimi eyni hərəkətləri təkrarlamaqla məşğuluq. Bizə daim yol göstərirlər, hara getməli, nə danışmalı, nə ilə məşğbul olmalı. Əgər siz əksəriyyəti kimi yaşayırsızsa bu qərarları siz vermirsiz. Bütün bunlar sistem tərəfindən təlqin edilib və nəzarət toru ilə idarə olunur.

«Həyatımız bir zibil deyil!»

Əlbəttə, səhər biz müəyyən vaxt oyanmalı oluruq, çünki işə, məktəbə, instituta getməliyik. Siz burada başbilənləriniz əmr və tapşırıqlarını yerinə yetirirsiz. Etiraz eləsəz qovulacaqsız. Siz işləyib məvacib almasaz evinizi və ailənizi təmin edə bilməyəksiz. Ona görə də boyunduruğunuzu çıxarmaq barədə düşünə də bilməzsiz. Müdirlər də onları nəzarətdə saxlayanların əmrlərinə tabedir. Müdirlərin də müdirləri olur. Dünyanın quruluşu belədir. Azad cəmiyyət adlandırdığımız quruluşda hər kəs dəhşətli bir nəzarət altında hərəkət edir. Sistem bizə qulluq etmir, əksinə biz sistemin qulluğunda dayanmışıq. Biz özümüzü «azadam» deyib aldadan  bir qrup adamıq. Bu da kütləvi havalanmaq faktı deyilmi?

Bəyəm həyat hər gün eyni saatda oyanıb, eyni yolla, eyni nəqliyyat vasitəsilə işə gedib axşam həmin marşrutla evə qayıdıb eyni marketdən həmişəki kimi qablaşdırılmış yemək alıb onu hər axşam sizə axmaqlarçün hazırlanmış verilişə baxa-baxa yeməkdən ibarətdi? Amma biz etiraz etmək əvəzinə düşünürük ki, yaxşı yaşayırıq, yaxşı işimiz var və uşaqlarımıza yaxşı təhsil verə bilirik. «Həyatımız bir zibil deyil!» etirafını eləməyə həyatın özü boyda qüvvə gərəkdi. Paradoksdur! Biz xoşbəxtlik dərəcəmizi bədbəxtlik meyarlarıyla ölçürük. Uğurlarımızı lazımsız kağız parçalarına, ya da sistemin qiymətli elan etdiyi əşyalara dyişdiririk.

Mən bacarmıram, siz də bacarmırsız…

Məlum statistika var. Son 20 ildə gənclər arasında psixi sağlamlıq məsələsində mənfi tərəfə dəyişiklik 70 faiz artıb. 15 yaşlı uşağın uğur qazana bilməməsi faktı onda emosional travma yaradıb fiziki mənadı sıradan çıxarır. Qərb dünyasında ali məktəbi bitirmə ərəfəsində tələbənin təhsil üçün aldığı çox böyük məbləğdə krediti əmələ gəlir. Bizdə də pullu təhsil artdıqca heç vaxt pul borc almayan adamlar belə xirtdəyəcən borc içində olur. Ona görə də tələbə tezliklə təhsilini bitirib xərclədiyi pulu geri qaytarmaq fikriylə işləmək istəyir. Borc artıq sistemin nəzarəti altında olmaq deməkdir. Sistem verdiyi biliklərin əvəzində bizim individuallığımızı alır. Aldığımız təhsil bilik vermir, yalnız artıq qurulmuş mexinizmdə öz yerini axtaran vintə lazım olduğuna inam hissi yaradır. Mən bacarmıram, siz də bacarmırsız… Sistemin bizə aşılamaq istədiyi fikir budur.

Enşteyn deyirdi: «Mənim bilik öyrənməyimə mane olan bir şey varsa o da mənim təhsilimdir». Onun fikrinə görə bilik təhsildəndə aldıqlarını  unutduqlarından sonra yerdə qalanlara deyilir. İndi cəmiyyətdə üzdə görünən hər kəs, hakimlər, jurnalstlər, sifasi xadimlər, dövlət qulluqçuları - hamı ideoloji təhsil məncənəsindən çıxanlardır. Bu bir növ hörümçək toruna düşüb və istədiyi zaman ordan çıxacağına inanan milçəklərin özündə əminliyinə bənzəyir. Milçək ağır yerini tərpədib ordan çıxmaq istəməyənədək tora düşdüyünü anlamır. Həyatda da insan normadan kənar nəsə bir addımını atmayanadək tamamilə azad olduğunu düşünür.

Dünyaya sui-qəsd

Dünyanın idarəedilmə mexanizmində məşhur ailələr, hakim dairələr və gizli sektalarla bərabər masonların və ilüminatların adı çəkilir. Onlar hökümətlərə, bank sistemi, farmoseptik şirkətlərə, neftə, transbeynəlmiləl korporasiyalara, KİV-nə, polisə, kəşfiyyata və təhsilə nəzarət etməklə bütün dünyanı əsarətdə saxlaya bilirlər. Onların məqsədi ümumdünya tiraniyası yaradıb bütün millətlərə irqindən və dilindən asılı olmayaraq nəzarət etməkdir. Mərkəzi Bankı, ümumi pul vahidi və ordusu olacaq bu qurum artıq planlarının böyük hissəsini həyata keçirməkdədir. Növbəti addım dəriyə yeridilmiş çiplərdir ki, bunlar insanı qlobal kompüter şəbəkəsinə qoşaraq tamamilə idarə edilən edir. 20 il əvvəl də mətbuat bu barədə ara-sıra yazırdı, amma o vaxtlar bütün bunlar təbəssüm doğururdu. Biz indi müdaxilə etmək imkanı olmadan kənardan durub həyatımızn kompüterə qoşulması prosesini izləyirik. Bunun adı da var, qloballaşma. Siyasi tiraniya piramidasının ən yüksək zirvəsində dünya höküməti oturacaq. Ölkələr əgər öz taleyini özü həll etmək qərarına gəlsə vahid ordu tərəfindən tənzimlənəcək. Bü əməliyyatın adı nə olacaq, bunun artıq fərqi yoxdur. Sülhsevərlik, ya da terrorizmlə mübarizə də ola bilər.

«O inanır…», bəs siz?

Bank sistemi və biznes artıq bir ovuc adam tərəfindən idarə edilir. Bankir sülaləsinin əsasını qoymuş ilüminat Rotşild demişdi ki, «Mənə milli valyuta üzərində nəzarəti verin, onda qanunlar çıxaranlara heç tüpürmək də istəmərəm». Bu fikir dünya diktaturası modelini çox anlaşıqlı edir. Dünya iç-içə piramidalardan ibarət bir quruluşa bənzəyir. Ən uca nöqtələrdə ilüminatlar ailəsinə aid olan şəxslər dayanır. Kəllədə duran şəxslər vacib nöqtələrdə adamlarını yerləşdirməklə bütün dünyanın yüyənini əllərində saxlayırlar. Başda duran şəxslərin arzusuna zidd olan bir dərman, ərzaq məhsulu, neft məmulatı istehsal oluna bilməz. Banklar biznes qurumlarını, dövlətləri və hətta adi adamları da kreditə otuzdurmaqla asılı vəziyyətə salır. Banklar olmayan pulları əhaliyə verib əvəzində real gəlirlər alırlar. Adına pul dediyimiz nominal başqa cür borc adlanır və çek şəklində yayılır. Hətta nəğd pulu əlimizdə tutan zaman da bilməliyik ki, o, real deyil. Çünki pul kredit açmaq yoluyla yaradılır. Kredit sözü latıncadan «o inanır» kimi tərcümə edilir və aldadılmış milyonlarla insan üçün sözün həqiqi mənasını açır. Bank səlim ayırarkən sizə heç nə vermir. Sizin hesabınıza pulu köçürürlərsə deməli əvəzində ev, maşın, ya da qiymətli nəyisə girov qoymusuz. Bank sizin real malınızın əvəzində klaviaturada bir neçə düymə basmaqla pul deyil, sizinçün borc yaradır. Bu andan etibarən siz işləyib banka mövcud olmayan pulları faizlə qaytarmalısız. Şərtə əməl etməsəz bank sizin malınızı əlinizdən ala bilər. Həmin bu yolla dünya bankı dövlətlərə mövcud olmayan pullardan xalqın adından kredit verir və təsiretmə mexanizmini işə salır.

1863-cü ildə Rotşildlər Nyu-Yorkdakı tərəf müqabilinə məktubunda belə yazırdı: «Çek və kreditlərin məğzini anlayan bir qrup adam bu təklifdən o qədər ruhlanacaq və gələcək xeyirlərini hesablamaqla o qədər ilhama gələcək ki, bu qrupdan hər hansı müqavimət gözləmək lazım deyil. O biri, ağıllarının məhdud imkanına görə bu işi anlamayan çoxsaylı insanlar qrupu isə səssizcə öz taleyini yaşayacaq və sələmçilərin onların hesabına varlanmasını anlaya bilməyəcək. Bank sisteminin nəhəng miqyasda yalan olduğundan duyuq da düşməyəcəklər». Xaricdə kredit tarixcəsi olmayan adama çox pis baxırlar, hətta ona etibar etmirlər.

Bayağılıq kanalları

Kütləvi informasiya vasitələri də bank sistemi kimi bir ovuc adamın əlində təmərküzləşib. Təzə qəzet, jurnal və teleiziya kanallarının sayı artsa da onları nəzarətdə saxlayan adamların miqdarı dəyişmir. Bu o deməkdir ki, efirdə yalnız onlar istədiyi fikirlər səslənəcək və yalnız süzgəcdən keçmiş xəbərlər işıqlandırılacaq. Bunlar ölüm, zorlanma, özünə qəsd, qarət barədə kriminal xəbərlər və fəlakətlər barədə reportajlardan ibarət olacaq. Elə həmin səbəbdən «Efirdə niyə ağıllı verilişlər yoxdur?», «Bayağılıq baş alıb gedir!» fikirlərini səsləndirmək artıq gülünc görünür və olayların böyük bir planın, kütlənin zehnini ələ almaq məqsədinin artıq reallaşmaqda olduğunu sübut edir. Qloballaşmaya xidmət edən televiziya kanalı heç vaxt kütləvi etiraz aksiyasından, cari problemləri işıqlandıran xəbərdən, həqiqəti çatdıran çağırışdan reportaj yaymayacaq. Onlar nəyi dinləmək olar, nəyə baxmaq olar, nəylə maraqlanmaq olar məsələlərinda artıq sizin yerinizə seçim ediblər.

Çip = təhlükəsizlik!?

Özünü aldatmaq üzrə gərək akademik rütbən olsun ki, əhalinin izlənməsi üzrə aparılan dəyişiklikləri görməyəsən. Hər yer kameralardır və bunun adını təhtükəsizlik tədbirləri qoyurlar. Nəsə qorxunc bir əhvalat baş veribsə əhali bunun bəzənmiş və dəyişdirilmiş variantından xəbər tutur. Əhalidə bilərəkdən qorxu hissi yaradılır ki, kritik anlarda xalq siyasi liderlərinə müraciət etsin. Psixoloq Uilyam Sarcant 1957-ci ildə buraxdığı «Şüur uğrunda çarpışma» adlı kitabında yazırdı: «İnsanın əvvəlcədən beyni qorxu, nifrət və hiddət  induksiyası ilə bilərəkdən, ya da təsadüfən pozulmuşdursa ora müxtəlif əqidə və etiqadlar rahatlıqla  yerləşdirilə bilər. Çünki bu tip təsir qısa müddətə insanı təlqid və təlqinə daha rahat edir. Buna bəzən sürü instinkti deyilir və bu instink müharibələr və təhlükələr zamanı avtomatik işə düşür».

Şəhərdə hətta sakitcə gəzişərkən də sizi kamerilar durmadan izləyir. Mağazaya, ya da bir əyləncə mərkəzinə girsəz mənzərə dəyişməyəcək.  Cibinizdə mobil telefon varsa yerinizi santimetrə qədər dəqiqliklə müəyyən etmək mümkündü. Sosial şəbəkədə qoyduğunuz izlər bütün həyat tarixcənizi sadalayacaq. Kredit kartları hər bankamata toxunuşda yerinizdən xəbər verir. Hazırda gözün minası və səsin identifikasına əsaslanmış sistemlər işlədilməyə başlayıb. Bundan sonra insana çip yeridilməsi gözlənilən final sonluqdur. Bu çip uşağa doğulan kimi yeridiləcək və o, ömrünün sonuna kimi tam və total nəzarət altında olacaq. Dərimizin altında çip olarsa biz aeroportda növbədə durmadan keçə və mağazada cibimizə girmədən alış veriş edib haqqını çip vasitəsilə ödəyə bilərik. Bu insanı qısa boyunduruqda gəzdirilən heyvana bənzətmirmi? Artıq küçədə gecələyən evsiz-eşiksizlər üzərində dərialtı çipləşdirmə üzrə ilk real təcrübələr aparılıb. Çipi yerləşdirənlər onları izləməklə cinaətdən çəkinməyə məcbur edə biləcəklərini iddia edir. Əslində isə bu o deməkdir ki, prosesi idarə edənlər cəmiyyətə mesaj göndərir: «Biz cəmiyyətin etinasız olduğu adamları artıq «işarələyə» bilmişik. Çip məsələsi kütləviləşən kimi biz sizin də işinizə baxacağıq». Elektron hibrid olmaq istəməyənlər geridə qalmış elan edilib. Barselonada bir gecə klubu var. Onun reklamında deyilir ki, diskotekaya növbəsiz düşmək istəyən hər kəs dərisi altına çip yeritməyə razılıq verə bilər və diskotekanın  qapıları onun üzünə həmişə açıqdır.

Biz hələ çiplərin qanunsuz yeridilməsinə dair nə qədər faktlardan xəbərsizik. İdentifikasiya kartlarının verilməsini də total çipləşdirmə əməliatının bir parçası saymaq olar. Yalnız xüsusi orqanların xüsusi işçiləri bilir ki, çiplər sadəcə sahibi barədə məlumat daşıyan qurğu deyil. Çiplərin ötürdüyü məlumatların toplandığı kompüter həmin adamı, yaxud bir qrup arzuolunmaz insanı təcrid edib, ona emosional siqnallar göndərməklə xəstələndirə,  fiziki və psixi mənada sıradan çıxara bilər. İndi kompüter təyin edəcək ki, insanlar sakit yoxsa həyəcanlı olmalıdı, seksual həyəcan, yoxsa maddi sıxıntı çəkəcək. Bu da bizi sabahısı günün qorxusu ilə yaşamağa vadar edəcək. Biz bu günümüzü yaşamamış sağ qalmaq barədə düşünməli olacağıq. Bitlz qrupunun solisti Con Lenon demiş «Biz gələcəyə planlar cızarkən başımıza gələn əhvalatlara həyat deyilir».

Səssiz silah

1985-ci ildə bir sənəd ortalığa çıxdı. Onun adı «Gizli müharibə üçün səssiz silah» idi. Bu sənəddə deyilirdi ki, səssiz müharibə artıq keçən əsrin 50-ci illərindən artmaqdadır və görünməz elita tərəfindən elan edilib. İlüminatların Bilderberq qrupu 1954-cü ildə müşavirə keçirdi. Onun tərkibinə kəşfiyyat, bank işi, siyasətçilər və sair vacib sahələrin nümayəndələri daxil idi. İnsanları məlumatsızlıqda saxlamaq və bununla da asan idarə edilən aparata çevirmək planı o vaxtdan bəri irəliləməkdədir. Çaşqınlıq içində olan insanlar xırda vacib olmayan detallar üzərində dayanmaqla əsas məsələləri gözdən qaçırırlar. Bununçün insan kəllələrindəki boşluğu sabit saxlamaq, əqli imkanları məhdudlaşdırmaq, onların riyaziyyat, iqtisadiyyat və başqa vacib fənnlərdə alacaqları biliklərin keyfiyyətini aşağı salmaq və texniki yaradıcılıq qabliyyətini öldürmək lazım idi. Bununçün durmadan KİV-də seks, zorakılıq və müharibə kadrlarını göstərməklə emosional təhqir və hücumlar etmək vacibdi.

Plan belədir: İnsanlara istədiyini vermək və zehnə işləmək əvəzinə saqqız çeynəməyi öyrətmək, tarixi və faktları, eləcə də qanunları  daima yenidən yazmaqla insanları normadan çıxmağa vadar etmək, problemləri süni şəkildə yaradıb sonra onların hazır həllini təklif etmək. KİV ağlı başı üstündə olan insanların başını ikinci dərəcəli məsələlərə qatmaqla məşğul etmək məqsədi güdür. Məktəblər uşaqlara real riyaziyyat, real tarix, real iqtisadiyyat barədə biliklər vermir. İnsanların əyləncəsi primitiv səviyyədə saxlanır. İnsanların başını işlə o qədər qatmaq lazımdır ki, onların düşünməyə nə vaxtı, nə də halı qalsın. Yuxarıda adı çəkilən sənəd görünməyən müharibənin qaydalarını belə təsvir edir. Müasir müharibədə real tüfəngdən deyil kompüter ekranından atəş açılır və qurbanları gözlə görmək çətin olur. Bu silah bioloji silah növünə aiddir. Bu cəmiyyət sizə də tanış gəlir? Yalanın miqyası fantastik dərəcədədir.

Ola bilər həqiqəti bilmək də sizi azad etməyəcək. Ola bilər özünüzü lap bədbəxt hiss etdiniz və əlacsızlıqdan çıxış yolunu görmədiniz. İndi siz oyunun qaydalarını və düşmənin planlarını da bilirsiz. Dünya diktaturası qismən artıq qurulmuşdur. Onlar sizin bank əməliyyatlarını, ərzağınızı, dərmanınızı, enerji daşıyıcıları və maşınınıza tökdüyünüz yanacağa nəzarət edir. Onlar sizi sağalda bilməyən həkimləri, məktəbdə uşağınızı şikəst edən müəllimləri də, elmdə aparılan hər bir təcrübəni və tapıntını təsir altnda saxlayır. Onlar bütün prosesləri nəzarət edən qanunları da istədiyi kimi silib yaza bilir. Ona görə də həkimlər sağlamlığı, hüquqşünaslar qanunvericiliyi, universitetlər biliyi, hökumətlər azadlığı, KİV isə informasiyanı, mənəviyyatı şikəst edir.

Gülnarə Rəfiq

Yazıda Devid Aykın «Sonsuz məhəbbət» kitabından istifadə edilib.