
Hazırda dünyadakı Liberal-faşist qüvvələr tarixi təhrif etmək və KİV vasitəsiylə vətəndaşlara SSRİ-nin şanlı və gözəl tarixini dərk etmək, əcdadlarımızın şücaətlərini qiymətləndirmək üçün getdikcə daha çox məhdudiyyətlər yaradırlar.
SSRİ-də əhalinin böyük əksəriyyəti istehsalat sektorunda 41, daha sonra isə həftədə 40 saat işləyird, iki gün - şənbə və bazar isə istirahət edirdi. Yaxşı yaşadıq, gözəl yaşadıq. Pulu oğurlamaq üçün keyfiyyətsiz tikilən indiki süni parklardan fərqli olaraq, o vaxt hər şəhərdə bir təbii park var idi və həftə sonları oradan orkestrin canlı musiqi sədaları yayılırdı. Gənclər şənbə və bazar axşamları parklarda rəqsə gedirdilər. Qışda fabrik və zavodların mədəniyyət saraylarında (həqiqətən saraylar) rəqslər keçirilirdi.
Kinoteatrlar, dram, musiqili komediya, opera və balet teatrları açıq idi. Zəngin kitab seçimi olan kitabxanalar var idi. Parklarda qüllələr, stadionlar və attraksionlar olan gölməçələr göz oxşayırdı. Hər şey qəpiyə başa gəlir və hər kəs üçün əlçatan idi. Kafe və restoranlarda fəhlələr, kəndlilər və qulluqçular otururdular.
Milyonlarla uşaq və gənc məktəblərdəki dərnəklərdə, Pionerlər evlərində və universitetlərdə, idman seksiyalarında, musiqi məktəblərində pulsuz təhsil alırdılar. Kommunal xidmətlərin 80%-i dövlət tərəfindən ödənilir, bütün sertifikatlar pulsuz alınır, mənzillər vətəndaşlara pulsuz verilirdi (Brejnev dövründə 1966-1980-ci illərdə üç beşillik planda 161 milyon insan yeni mənzil aldı). Təhsilin bütün növləri pulsuz idi. Tibbi xidmət, o cümlədən ən bahalı əməliyyatlar dövlət hesabına həyata keçirilir, sanatoriya və istirahət evlərinə göndərilmək demək olar ki, pulsuz idi.
Mağazalarda qara çörək 14 qəpik, ağ çörək 20 qəpik, süd şüşəsi (0,5 litr) 14 qəpiyə idi. Zavod yeməkxanasında üç çeşiddə nahar yeməyi 50 qəpiyə başa gəlirdi. Hər bir emalatxanada növbədən sonra işçilərin yuyunması üçün duşlar var idi.
1600 km məsafə üçün təyyarənin uçuş qiyməti 26 rubl idi. İndi AZAL camaatın anasını ağaldır. İxtisaslı fəhlə və qulluqçuya ayda 132 rubl pensiya təyin edilirdi. Bu pulla o, Moskvadan 5 dəfə Şimali Qafqazın sanatoriyalarına uça bilirdi. Ümumiyyətlə, hər bir vətəndaşın aldığı məvacibi müqabilində təyyarəyə bilet almaq imkanı var idi.
Uşaq bağçaları və körpələr evi qəpik-quruşa başa gəlir, uşaq paltarları maya dəyərindən xeyli aşağı satılır, uşaq mətbəxlərində isə körpələr üçün çox keyfiyyətli qida qarışıqları pulsuz verilirdi.
Bacarıqlı bir işçi ayda 200-dən 300 rubla qədər əmək haqqı alırdı və bir qayda olaraq, bir ailədə iki nəfərin, yəni ər-arvadın işlədiyini nəzərə alsaq, uşaqları olsa belə, iki il ərzində yeni bir "Jiquli" avtomobili üçün pul yığmaq mümkün olurdu. SSRİ-də evsiz və pulsuz insan yox idi. Ölkənin şəhərləri, kəndləri xoşbəxtlik, səadət və firavanlıq məskənləri idi.
SSRİ-də heç bir pula, vara-dövlətə ala bilməyəcəyiniz şeylər var idi: yaradıcı, zəmanətli iş, öz taleyiniz və övladlarınızın taleyi üçün arxayınçılıq. Hər bir SSRİ vətəndaşı öz ölkəsinə qarşı duyduğu qüruru qəlbində daşıyırdı.
SSRİ çiçəklənən bir bağ idi ki, orada fiziki cəhətdən sağlam, mənəvi cəhətdən inkişaf etmiş, yüksək, savadlı, xeyirxah, zəhmətkeş insanlar yaşayırdı.
Onilliklər boyu medianı zəbt edən liberallar SSRİ-də insanların pis yaşamasını uydururlar, yalanlar söyləyirlər, böhtanlar atırlar, bununla da bütöv nəsilləri aldadırlar. Əcdadlarımızın zəhmətini qiymətləndirmək üçün mövcud imkanlarımızı məhdudlaşdırırlar. Ona görə də sosialist həqiqətlərinə bələd olan hər kəs üçün yalan məlumatların araşdırılması məsələsi aktual olaraq qalır.
Xalqımızın şüuruna vurulan, onun gələcək davranışını, sosialist vətəninə münasibətini müəyyən edən üç ağrılı, mən deyərdim ölümcül zərbəni unutmaq olmaz. Uydurulan ilk mif Stalinin kütləvi repressiyaları idi. Bu mif Qərb agentləri və Stalini tənqid etməklə öz əhəmiyyətsiz şəxsiyyətini tərənnüm etməyə çalışan Xruşov vasitəsilə xalqımızın şüuruna yeridilib. Bu mif onilliklər ərzində liberal-faşist, azğın milliyətçilərin, şovinistlərin medianın görünməz, lakin açıq şəkildə mövcud olan senzurası ilə diqqətlə qorunur. Bu azğınlaşmışların əlindəki media Stalin repressiyalarının mövcudluğunu inkar edənləri arzuolunmaz şəxslər hesab edir.
Hitlerin Almaniyasının Təbliğat Naziri Yozef Gebbels min dəfə təkrarlanan yalanın həqiqətə çevrildiyini söylədi. Stalinin kütləvi repressiyaları ilə bağlı yalan yüz min dəfə təkrarlandı və insanların şüurunda bu, aksioma, yəni sübut tələb etməyən öz-özünə həqiqətə çevrildi. Dəlil əvəzinə sizə satqın Aleksandr Soljenitsının “sənət əsəri” - “Qulaq arxipelaqı” təklif olunur.
Hətta Asif Ata kimi Stalin dövrünün müdafiəçilərindən uzaq olan şəxslər də Soljenitsını SSRİ-yə qarşı mübarizədə Qərbin himayədarı hesab edirlər. Soljenitsınin Nobel mükafatı haqqında Asif Ata deyirdi: “Onlar Soljenitsınə Nobel mükafatını verdilər ki, onu təbliğ etsin. Ədəbi istedada görə həqiqətən Nobel mükafatı alan yeganə rus yazıçısı Şoloxov idi. İosif Brodski mühacirət üçün, Boris Pasternak Stalinin qəddarlığı haqqında hekayələr uydurduğuna görə adı çəkilən mükafatı aldı... Bu mükafatları belə verirlər. Yeri gəlmişkən, həmin “ənənə” bu gün də davam etməkdədir”.
Qərb heç bir sübut olmadan SSRİ xalqlarını və bütün dünyanı 1930-1940-cı illərdə Sovet İttifaqında kütləvi repressiyaların həyata keçirildiyinə inandıra bildi. Amma bu o demək deyil ki, repressiyalar onların təbliğ etdiyi kimi olub. Qərb özünün yazdığı SSRİ tarixini təbliğ etməkdə “həqiqət”ə çatıb.
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin aylıq nəzəri və siyasi jurnalı olan “Azərbaycan kommunisti”nin baş redaktoru Kamran Rəhimov çox məşhur tarixçilərin diqqət etmədiyi bir şeyi qeyd edib:
“Stalinin cinayətləri” termininin fenomeni anlayışların elementar əvəzlənməsidir. Qanunlar qəddar və dəhşətli ola bilər, lakin cinayət ola bilməz, çünki onlar qanunlardır və nəyin cinayət hesab olunduğunu, nəyin olmadığını müəyyən edir, amma əksinə deyil. Məncə, 1930-cu illərdə sərt dövrlər üçün sadəcə sərt qanunlar var idi, lakin qanunsuzluq minimuma endirilmişdi".
Yeri gəlmişkən, bu gün bizim cəmiyyətdə bunun tam əksini müşahidə etmək olar. Qanun dartma, hətta formallıq kimidir. Ancaq yenə də əsas mətləbə qayıdaq. Stalinin tənqidi ölkənin ideoloji dayaqlarının sarsıdılmasında, məhv edilməsində böyük rol oynadı. Qərbin “repressiyalar” planı Sovet hakimiyyətinin mövcudluq hüququna qarşı əsas qınaq idi.
XX qurultayda Xruşşovun Stalin dövründə qoyduğu bomba ikinci dəfə partladı və böyük dövləti uçuruma apardı. İslah Əmək Düşərgələri Baş İdarəsinin (QULAQ) fəaliyyəti ilə bağlı sonsuz uydurmalar üfürüldü. Ancaq qanunun aliliyi Stalinin dövründə mövcud idi, Qorbaçov və Yeltsin dövründə yox.
SSRİ-ni dağıtmağa yönəlmiş ikinci xüsusilə təhlükəli mif 1941-1945-ci illər Böyük Vətən Müharibəsi zamanı itkilərimiz və sovet hərbi əsirlərinin sayı haqqında həqiqəti əks etdirməmək idi. Liberallar itkilərimizi hədsiz şişirtməklə, qalib xalqı alçaldır və dünyanın ən güclü ordusu, Almaniya və onun birləşdiyi digər Avropa ölkələri üzərində qələbə ilə qürur hissini əlindən almağa çalışırlar. İtkilərimiz və Qırmızı Orduda silahların olmaması ilə bağlı yalanlar, Stalin repressiyaları ilə bağlı həqiqət kimi insanların şüurunda aksioma çevrilib.
SSRİ-ni parçalayan üçüncü amil millətçilik idi. Bu, Qorbaçovun vaxtında, insanların bir növ qeyri-ciddiliyə qalib gəldiyi və Sovet İttifaqını pisləyən istənilən, hətta ən ağlasığmaz bəyanata inanmağa hazır olduqları zaman yaranıb. Əksəriyyəti dünya vətəndaşları olan liberallar rusları inandırırdılar ki, bütün respublikalar RSFSR-in hesabına yaşayan Rusiya üçün bir yükdür, asılı vəziyyətdədir, eyni zamanda, həqiqətən də Qafqaz və Orta Asiyadan gələn ticarət nümayəndələri ilə dolu olan ərzaq bazarlarına işarə edirdilər. Sanki bu, Qafqaz və Orta Asiya respublikalarının SSRİ-nin tərkibində olması ilə bağlı idi.
Bu gün bazarlarda daha çox azərbaycanlı var, məsələn, onlar ayrıca dövlətdirlər və Rusiyanın tərkibində deyillər. Liberal-faşistlərin SSRİ respublikalarını RSFSR-in təbii sərvətlərinə və əhalisinin əməyinə parazitlik edən subyektlər kimi təqdim etmələri Rusiya Federasiyasının bir çox vətəndaşlarının ürəyində əks-səda tapdı və onlar hər hansı respublikanın SSRİ-dən ayrılmasının mümkünlüyünü faciə kimi deyil, ədalətin təntənəsi kimi qəbul etməyə başladılar.
Eyni zamanda, respublikaların xalqlarına deyilirdi ki, onlar Rusiya Respublikası üçün müstəmləkədirlər və Sovet İttifaqından çıxsalar, daha zəngin yaşaya bilərlər. Bu cür ajiotajın təsiri ilə sanki keçmişə çevrilmiş millətçi təşkilatlar başlarını qaldırdılar. Bu təşkilatlar, məsələn, Qərbi Ukraynada olduğu kimi, respublikaların vətəndaşlarını “lənətə gəlmiş moskvalılara” qarşı təşviqat aparmağa başladılar. Qərb onlara təşkilatlarını inkişaf etdirmək üçün külli miqdarda pul verdi. Yenidənqurma dövründə ölkədə millətçilərə qarşı mübarizə aparmağa qadir qüvvələr yox idi, çünki Sovet dövlətinin hüquq-mühafizə orqanları, bütün güc strukturları hakimiyyətin və mətbuatın fəaliyyəti ilə ruhdan düşmüş, ən ixtisaslı kadrlardan məhrum edilmişdir. Millətçilik SSRİ-in düşmənlərinin əlində kifayət qədər təsirli silaha çevrildi. O, təkcə bizim ölkə daxilində deyil, Varşava Müqaviləsi ölkələri daxilində də geniş istifadə olunurdu.
Xruşşov islahatlara mərkəzin zəiflədilməsi, yəni səlahiyyətlərin ümumittifaq hökumətindən yerlilərə verilməsi ilə başladı. Qorbaçov da islahatlara eyni ssenari ilə start verdi. Əgər Xruşşov vaxtında dayandırılıbsa, Qorbaçov onun işini sona çatdırıb.
Liberal-faşistlər və onların tulaları SSRİ-də millətçilik və separatizmin yaranması üçün obyektiv səbəblərin tam olmadığı şəraitdə cəmiyyətdə millətçilik meyilləriylə formalaşdıra bildilər. Nəhəng qüdrətli dövlətə ehtiyacı olan Rusiyanın dünyada yeni xalqları öz dövlətinə qəbul edən, onları hüquq baxımından titullu millətlə eyniləşdirən yeganə ölkə olması və bütün xalqların Rusiya imperiyasını öz dövləti hesab etməsi üçün heç bir səbəb yox idi. SSRİ kimi bir dövlətin yaradılması prosesi əsrlər boyu davam etdi və ölkədə heç bir xalqın hüquq və azadlıqlarını pozmadı. Qərb ilə Şərqdəki bir çox dövlətləri imperiya yaratmağa can atırdılar, lakin onlarda rus mehribanlığı, tolerantlığı yox idi və o dövrdə silah gücü ilə, o keyfiyyətdə silahla imperiya yaratmaq uzun müddət mümkün deyildi.
Rusiya dövlətinin süqutunun heç bir obyektiv səbəbləri yox idi. Ruslara bu, Qərb ölkələri timsalında çoxsaylı, yaxşı silahlanmış və çox aqressiv düşmən qarşısında öz təhlükəsizliyini təmin etmək üçün lazım idi. Bu, ətrafdakı düşmənlər qarşısında ona qoşulan xalqlara, həmçinin həyat səviyyəsini və keyfiyyətini yaxşılaşdırmaq üçün lazım idi. Məsələn, Ukrayna və Moldova Osmanlı İmperiyasının əsgərləri tərəfindən amansızcasına dağıdıldığı üçün milləti qorumaq üçün Rusiya İmperiyasının tərkibinə daxil oldular. Eyni səbəbdən Şimali Qafqaz xalqları Rusiyanın tərkibinə himayəsi altına alındı. Gürcü milləti farsların hücumu altında sözün əsl mənasında yer üzündən silinə bilərdi. Baltikyanı xalqların sahilyanı torpaqlarını öz dövlətlərinə birləşdirmək istəyən daha güclü qonşuları tərəfindən Baltik xalqları tamamilə məhv olmaq təhlükəsi ilə üzləşdi və bu gün nə qədər ruslara qarşı çıxsalar da, millət olaraq yaşamaq üçün Rusiyaya borcludurlar.
Qırmızı Ordu xüsusilə Qərbin ağ muzdlularını ona görə məğlub etdi ki, respublikaların xalqları onu öz dövlətlərinin ordusu kimi qəbul etdilər. Separatizmi əhalinin varlı təbəqələrinin kiçik bir hissəsi dəstəklədi və bu hissənin müqavimətini dəf edərək bolşeviklər Rusiya imperiyasını bərpa etdi və bununla da yaranmış SSRİ-nin bütün xalqlarının həyatını qorudu və firavanlığı təmin etdi.
1941-1945-ci illər Böyük Vətən Müharibəsi illərində respublikaların sakinləri birləşmiş Sovet Qırmızı Ordusunun tərkibində düşmən üzərində qələbə uğrunda vuruşdular. Böyük ölkənin hər bir millətinin sakini özünü Qələbənin iştirakçısı hesab edir və bununla fəxr edirdi. Məhz Qorbaçovun dövründə kimin kimin hesabına yaşadığını saymağa başladılar. Bundan əvvəl hamı vahid dövlətdə bütün xalqların rifahı üçün çalışırdı və hər kəs əlində olanı ümumi dövlət xəzinəsinə verirdi. Sovet dövləti isə bütün respublikaların inkişafına pul qoydu. Azərbaycanda Mingəçevir Su Elektrik Stansiyası tikildi, Sumqayıt şəhəri salındı, zavodlar, fabriklər, kolxoz və sovxozlar, ali məktəblər və s. istifadəyə verildi.
Biz müharibədə ilk növbədə ona görə qalib gəldik ki, nəhəng SSRİ-ni təmsil edirdik. SSRİ-ni süquta sürükləyən siyasətçilər bunu başa düşməyə bilməzdilər. RSFSR-i SSRİ-dən çıxaran Yeltsin bunu qanmadı. Nəticədə öz taleyini və təhlükəsizliyini Rusiya ilə bağlamış başqa respublikaların xalqlarına xəyanət edildi. Heç kim başıpozuq, əyyaş Leninə və RSFSR-in bütün hakimiyyət orqanlarında post tutanlara demədi: “Nə edirsən?" Axı, respublikaların Rusiyaya ehtiyacı olduğu kimi, Rusiyanın da respublikalara ehtiyacı var”. Qərar qəbul edərkən respublikaların liberal və millətçilərinin sərt çıxışlarının əhəmiyyəti yox idi, çünki onlar xalq adına deyil, öz adlarından danışırdılar.
SSRİ xalqları 1991-ci ilin martında keçirilən referendumda öz fikirlərini bildirdilər. Sovet xalqı ittifaqın qalmasını dəstəklədi. Amma Qorbaçov-Yeltsin hökuməti xalqın fikrini nəzərə almadı. Belovejskaya sui-qəsdi sovet xalqının hakim elitasının xəyanətidir.
1985-ci ildə SSRİ-də başlayan və 1991-ci ildə 140 milyon vətəndaşın bu böyük ölkədən qovulması ilə davam edən qarışıqlıq hamımıza gələcək üçün dərs olmalıdır. Amma görünən odur ki, hələ də oyanmamışıq...
Ədalət Abdinov
Globkom.info