Cənab Tramp Rusiya və Çin liderlərinə nüvə silahının istehsalının dayandırılmasını, nüvə silahların azaldılmasını təklif edəcəyini dedi. Bu 3 dövlətdə olan hazırki nüvə arsenalı ilə planeti 50 dəfə məhv etmək olar, bu qədər nüvə başlığına ehtiyac yoxdur. “Ağ Ev”in xozeyni bəyan etdiyi məqsədinə -  nüvə silahlarının azaldılmasına nail ola bilsə, həqiqətən gələcək nəsillər üçün böyük iş görmüş olacaq.

Tramp bir də dövlətlərin hərbi büdcələrinin ikiqat azaldılmasını təklif edir. Yaxşı söhbətdir, amma reallıqda nəyi və necə edəcəyini yaxın aylarda görəcəyik.

Onun Vitse-prezidenti Cey Di Vens də Münhendə yaxşı çıxış edib. Avropa üçün Rusiyanın və Çinin əsas təhlükə mənbəyi olmadığını, Avropanın öz daxilindəki problemlərin daha təhlükəli olduğunu bildirib.

P.S Doğrudan da təlxək-kokainşik cənab Zelenski Avropanı da, dünyanı da Rusiya təhlükəsilə qorxuda-qorxuda öz hakimiyyətini möhkəmləndirməklə, sərvət toplamaqla məşğul idi. Avropa liderləri də öz seçicilərini qorxudaraq eynisini edirdilər. Rusiyanın burjua-komprador elitası Avropa ilə problemsiz əməkdaşlıq edirdi, təbii sərvətləri ucuza satırdı, gəlirindən oğurlayıb Avropada özlərinə bahalı daşınmaz alırdı, Avropa ilə hansısa konfliktə girməyi heç düşünmürdü.

A.Sultanov

Globkom.info