I Liqanın XX turunda “Cəbrayıl” doğma divarlar arasında “Qaradağ Lökbatan”ı qəbul etdi. Qolsuz başa çatan qarşıdurma ilə Qarabağ təmsilçisinin futbolçusu Bilal İsmayılov Globkom.info – a müsahibə verdi.

- Son turda “Qaradağ Lökbatan”dan xal qoparmağı bacardız. Matçla bağlı fikirlərin maraqlıdır...

- Baş məşqçimizin göstərişi əsasında əks hücüm futbolu oynamalıydıq. Düşünürəm ki, qarşımıza qoyulan planı həyata keçirdik və çempionatda qalmaq uğrunda mübarizədə əsas rəqimizdən vacib bir xal qoparda bildik.

- Hazırda təhlükəli zonadasız, bu sizi qorxutmur?

- Təbii ki,turnir cədvəlindəki hazırkı mövqeyimizdən razı deyilik. Odur ki, qarşıdakı oyunlarda da mübarizlik sərgiləyib xallar qazanmaq yuxarı pillələrə qalxmaq istəyirik.

- Son oyununuzda “Cəbrayıl”ın təsisçisi və sabiq prezidenti Cavid Hüseynov da oyunu izləyənlər arasında idi. Bu sizə ayrıca motivasiya verirdimi?

- Cavid müəlliminin matçımızı izləməyə gəlməsi çox sevindirici haldır. Bu o deməkdir ki, millimizin sabiq üzvünün ürəyi komandamızla döyünür və bu  özgüvənimizi artırı

ABDULLA İSMAYILOĞLU

Globkom.info