Yığmamız dünən Sumqayıtda  Haitini millisini qonaq etdi. Görüş Şimali Amerika təmsilçisinin 3:0 hesablı qələbəsiylə başa çatdı. Oyunla bağlı komandamızın kapitanı Bədavi Hüseynov Globkom.info – a müsahibə verdi.

- 90 dəqiqə sonra məğlub olduz. Uğursuzluğa səbəb nə oldu?

- Yaxşı rəqibə qarşı mübarizə apardıq. Məğlub olsaq da, pis oynamadıq. Keçidlərimiz, hücumlarımız oldu, sadəcə sonluğu gətirə bilmədik. Yaxşı fürsətlərimizi növbəti oyuna köçürüb vəziyyətimi yaxşılaşdırmalıyıq. Psixoloji gərginliyimiz var, onu aradan qaldırmalıyıq. Bu hal bütün millilərdə olur. Amma mövcüd vəziyyəti düzəltmək üçün əlimizdən gələni edəcəyik. Başımızı aşağı salmamalıyıq. Belarus seçməsiylə görüşdə yaxşıya köklənməliyik.

- Heyətinizdə yeni oyunçular var. Bir kapitan kimi onlar haqqında fikirlərin maraqlıdır...

- Çempionatımız yaxşı çıxış edən gənclərdir. Potensialları var. Bizim işimiz də onlara kömək etmək, dəstək olmaqdır. Əlbəttə ki, bu gün yaxşı nəticə qazansaydıq həmin gənclərin adaptasiyasını sürətləndirə bilərdik. Onlar da üzərlərində çalışmalı, meydanda bütün bacarıqlarını ortaya qoymalıdırlar. Yığmamız yenidən qurulur, inşaallah həm gənclərimizin oyunlarında, həm də nəticələrimizdə inkişaf olacağına inanıram.

- Vaxtilə Belarus millisinin qapısına yol tapmısan. Onları yenidən məyus etmək motivasiyan varmı?

- Əlbəttə ki, hər oyunda qol vurmaq istəyirsən. Amma ampluama görə çox qol vuran deyiləm. Komandamın qol vurmasında köməklik edənlərdən olmaq da xoşdur.

Müdafiəçi az qol vursa da, vacib qollar vurur...

- Düzdüz (gülür). Ümid edirəm ki, yenidən belaruslarını qapısına yol tapacam.

ABDULLA İSMAYILOĞLU

Globkom.info