Azərbaycanın faşist mediası Rusiya Dövlət Dumasının deputatı Nikolay Valuyevi alçaldır, təhqir edir. Sanki Azərbaycanın parlamentində dahilər oturub...

Valuyev boksçudur, idmançı üçün küt sayılmaz, amma Azərbaycanın intellektualları, ziyalıları kütdülər. Mənim üçün nə Rusiyanın, nə Valuyevin, nə də Bakıdakı "Rus evi"nin heç bir şəxsi əhəmiyyəti yoxdur. Nə Rusiyadan, nə Valuyevdən, nə də "Rus evi"ndən hansısa şəxsi mənfəətim, marağım yoxdur, olası da deyil. Ədalət naminə və xalqımın maraqları üçün danışıram və hamını ədalətli olmağa çağırıram.

 

Bu mövzuda adekvat ədalət ölçüsü nə olmalıdır?

 

Azərbaycan millət vəkillərinin Rusiya haqda, Rusiyanın ünvanına danışdıqları.

Azərbaycan televiziya kanallarında millət vəkillərinin siyasi-analitik tok-şoularda söhbətlərinə rast gəlmisiniz? Mən rast gəlmişəm. İllərdir Azərbaycan parlamentinin üzvləri Rusiyanın ünvanına döşəyirlər. Bir müddət əvvəl rastıma İTV-dən bir veriliş çıxdı. Rasim Musabəyov, digər adlarını bilmədiyim, bilmək də istəmədiyim "millət vəkillər”I danışırdılar. Natiq Cəfərov (fb-da Cəfərli) da vardı. Rusiya haqda ağızlarına gələni, dişlərinin dibindən çıxanları hayqırdılar, Rusiyaya qarşı açıq və qebbelsvari qara təbliğat aparırdılar. Natiq bəyi bilirsiniz, Qərbin muzdlu təsir agentidir. Rasim Musabəyovla müqayisədə ədalət simvolu idi. İndi Rasim bəyin rusofobluğunun, yalançılığının miqyasını təsəvvür edin.Ukrayna mövzusunda isə banfraçı-faşist medianın yaydıqları çirkli söhbətləri tutuquşu kimi təkrar edirlər. Amma Rusiya parlamentinin hansısa üzvünün adi bir fikrini həzm edə bilmirlər. Azərbaycan hakimiyyəti, siyasi “xadim”ləri,  “ziyalı”ları adekvatlığını çoxdan itiriblər. Ədalətləri isə anadan gəlmə olmayıb - görünən budur.

Belədəkin, təmkinli olmaq lazımdır. İlk növbədə hazırkı iqtidar təmkinli olmalıdır. Azərbaycandakı rusofob faşizm çox təhlükəli miqyasdadır. Onun altında hamı qala bilər - hakimiyyətinin özü, xalq və Azərbaycan dövləti.

A.Sultanov

Globkom.info