Bu gün Azərbaycan yığması Haiti seçməsiylə yoldaşlıq oyunu keçirəcək. 3 gün sonra Belarus millisiylə sınaq matçı baş tutacaq. Ölkənin əsas komandasının iki qarşılaşmasıyla bağlı futbol mütəxəssisi Azər Həşimov Globkom.info – a bunları dedi.

“Fernandu Santuş iki yoldaşlıq oyunu ilə bağlı dəvət göndərdiyi futbolçular arasında gənclər də yer alır. Bu təqdirə layiq haldır. Düşünürəm ki, milliyə cəlb olunan yeni oyunçulara şans verilsə, bu fürsətdən maksimum istifadə edib, özlərini yaxşı tərəfdən göstərməlidirlər. Bu futbolçular gələcəkdə yığmanın aparıcı futbolçuları olacağına inanıram. Millimizdən hər iki yoldaşlıq görüşündən yaxşı nəticələr gözləyirəm”.

ABDULLA İSMAYILOĞLU

Globkom.info