
Azərbaycan Premyer Liqasının XX turunda “Turan Tovuz” səfərdə “Qarabağ”a diş göstərərək əzmkar qələbə qazandı. Zəfərlə bağlı Tovuz təmsilçisinin futbolçusu Ayxan Quseynov Forvard.az – a danışdı.
- Son oyunuzla “Qarabağ”ı məğlub etdiniz. Belə qələbə gözləyirdizmi?
- “Kəpəz”lə oyundan sonra reabilitasiyaya ehtiyacımız vardı. “Qarabağ”la oyunlarımız həmişə gərgin keçib. Məşqlərdə son dərəcə məsuliyyətli çalışmışıdıq. Fiziki hazırlığımı artımışdıq. Bizə bu dəfə də asan olmayacağını bilirdik. Meydan hamı yumrub kimi bir olub, əzmkarlıq sərgilədi və bunun bəhrəsini gördük. Super oyun alındı deyərdim.
- “Turan Tovuz” artıq relsə düşübmü?
- Biz relsdən heç çıxmamışıq (gülür). Sadəcə bəzi oyunlarımızda istəyimiz nəticələri əldə edə bilmədik. Buna rəğmən oyun planında həmişə əzmkarlıq sərgiləmişik. Qarşıdakı matçlarda daha da artırmalıyıq.
- Komandanızda yeni transferlər var. Onların adaptasiya olunmasına kömək edirsizmi?
- “Turan Tovuz” da hamımız bir ailə kimiyik. Hər yeni gələn futbolçuya hərtərəfli dəstək olmağa çalışırıq. Kauan Martins debütü uğurlu alındı. O, ilk matçında artıq qol ilə yadda qaldı. Düşünürəm ki, yeni qoşulanlar oyundan-oyuna daha yaxşı formaya düşəcəklər.
ABDULLA İSMAYILOĞLU
Globkom.info