
Arktikanın sərvətlərinin bölüşdürülməsi uğrunda hələ ki Rusiya ilə rəqabətə girəcək ölkə yoxdur. Arktikada hər hansı əməliyyat aparmaq üçün buzqıran gəmilərin olması zərurətdir. Rusiya dünya buzqıran gəmilərinin, təxminən, yarısına sahibdir.
Rusiyadan fərqli olaraq, Britaniya buzqıran gəmilərin statistikasında bütün növ gəmiləri (xilasedici, yedək, təchizat, hərbi, elmi-tədqiqat və s.) nəzərə alır. Bu təsnifat üzrə hazırda azı 1 buzqıran gəmisi olan 24 ölkə var.
2024-cü ilə istismarda olan buzqıran gəmilərinin sayına görə ölkələrin siyahısı belədir;
1. Rusiya – 84 gəmi
2. Kanada – 24 gəmi
3. Finlandiya – 11 gəmi
4. Çin – 8 gəmi
5. ABŞ – 7 gəmi
6. Qazaxıstan – 6 gəmi
7. İsveç – 6 gəmi
8. Almaniya – 3 gəmi
9. Estoniya – 3 gəmi
10. Yaponiya – 3 gəmi
Britaniya, Fransa və Norveçin hərəyə 2 gəmisi var. Avstriya, Argentina, CAR, Cənubi Koreya, Çili, İtaliya, Latviya, Niderland, Polşa, Türkmənistan və Ukraynanın isə hərəyə 1 gəmisi var.
Siyahı Britaniya mənbələrindən götürülüb.
Bundan başqa, Rusiya atom (nüvə reaktorlu) buzqıran gəmisi olan yeganə ölkədir. Bu gəmilərin üstünlüyü onların gücündə (60 MVt-a qədər), davamlılığında və yanacaq doldurmaq üçün əlavə infrastruktura ehtiyacının olmamasındadır. Hazırda Rusiyanın istifadəsində 7 belə gəmi var, daha 5 isə tikilmənin müxtəlif mərhələsindədir.
Atom buzqıran gəmi tikintisi texnologiyası hələ ki Rusiyadan başqa heç bir ölkədə yoxdur. Bu tip gəmilər yalnız Rusiyada tikilir. Ötən il Çin Rusiya layihəsi əsasında atom buzqıran gəmisi tikmək niyyətini bəyan edib.
Asif Şəfəqqətov