Azərbaycan Premyer Liqasının XXIII turunda “Sabah” Bayıl təmsilçisi “Səbail”in müqavimətini qıra bilmədi və tərəflər qolsuz heç-heçəyə razılaşdılar. “Bayquşlar”ın futbolçusu Anatoli Nuriyev Globkom.info – a müsahibə verdi.

- Son oyunlarda az  şans qazanırsan bu nə ilə bağlıdır?

- Bu mənə ünvanlanan sual deyil. Baş məşqçimiz nə vaxt şans versə, o zaman da çıxıb oynayacam. Mənim üçün vacib olan formada olmağımdır.

- Son turda komandanız “Səbail”in müqavimətini qıra bilmədi. Həmin görüş barədə nə deyərdin?

- Çətin matç oldu. “Səbail” bütün rəqiblərinə qarşı müqavimət göstərən komandadır. Hər iki tərəf  90 dəqiqədə fərqlənmək üçün fürsətləri olsa da, onu qola çevirə bilmədi. “Dənizçilər”lə qarşıdurmada iki xal itirdik.

- Hazırda həm Premyer Liqada, həm Kubokda işləriniz pis getmir. Hər iki cəbhədə sizin üçün uğurlu sonluq olacağına inanırsanmı?

- İndidən nəsə demək çətindir. Amma biz sona kimi hər iki cəbhədə yaxşı mübarizə aparmağa fokuslanmışıq. Məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır.

- Berezutskinin məşqçilik prinsiplərini və futbol fəlsəfəsinə adaptasiya oluna bilmisizmi?

- Baş məşqçimizin verdiyi taprışıqları dinləyir, meydanda da oyunumuzla göstərməyə çalışırıq. Oyundan-oyuna daha yaxşı çıxış etməkdə maraqlıyıq.

ABDULLA İSMAYILOĞLU

Globkom.info