Region Liqasında iddialılığı seçilən “Çinar-Zəngilan” bağlı yenilik reallaşdı. Ötən mövsümdən fərqli olaraq bu il komanda sponsor dəstəyi ilə mübarizə aparacaq. Zəngilan təmsilçisindəki dəyişikliklər, qarşıya qoulan hədəflərlə bağlı klubun prezidenti və baş məşqçisi Anar Dünyamalıyev Globkom.info – a danışdı.

“Mövsümün startından əvvəl “Trend İmpuls” şirkətilə tərəfdaşlıq müqaviləsi imzaladıq. Adı çəkilən şirkət Komandamızın qidalanması, nəqliyyat xərcləri, oyunçulara əmək haqqı və digər bu kimi nüansları üzərinə götürür. Ev oyunlarımızı “ASK Arena”nın əsas medançasında keçirəcəyik. Heyətimizdə peşəkar futbol oynamış Ruslan Poladov, Eltun Hüseynov, Asim Bağırov, İlkin Mikayılov, Nicat Abbasov və digər ounçularla güclənmişik. Ruslan Poladov həm kapitanımız, həm də ən təcrübəli futbolçumuzdur. O, 45 yaşında olmasına rəğmən nəinki,  90 dəqiqə, 120-180 dəqiqə medanda mübarizə aparmaq gücündədir. Arxada qalan 4 oyunda maksimum nəticə qazanmış, rəqib qapılarında 25 top keçirib, əvəzində 6 qol yemişik. Bu il məqsədimiz çempion olmaq və II Liqaya vəsiqəni təmin etməkdir. Bunun üçün əlimizdən gələn hər şeyi edəcəyik”.

ABDULLA İSMAYILOĞLU

Globkom.info