
Sıraha gün Azərbaycan yığması beynəlxalq yoldaşlıq oyunları çərçivəsində doğma divarlar arasında Belarus millisini qəbul etdi. Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsiylə başa çatdı. Matçdan sonra rəqib komandanın futbolçusu Aleksey Qavriloviç Globkom.info – a danışdı
- Oyunla bağlı təəssüratların maraqlıdır...
- Hər iki tərəf müdafiədə oturmayıb, hücum futbolu sərgilədi. Həm bizim, həm də meydan sahiblərinin qol vurmaq üçün imkanları oldu. Maraqlı, intensiv matç alındı. Düşünürəm ki, azarkeşlər 90 dəqiqədən zövq aldı.
- Qələbəyə inanırdızmı?
- Əlbəttə, başqa cür də ola bilməz.
- Ölkəmizə gələnə qədər Tacikistan üzərində 5:0 hesablı qələbə qazanmışdız. Əvvəlki rəqib ilə Azərbaycan yığması arasında hansı fərqləri qeyd edərdin?
- Tacikistanla heç də asan oyun alınmamışdı, xüsusən də ilk yarıda çox əziyyət çəkdir, orda süni qazonda onadıq, burda isə təbii ot örtüklü stadionda çıxış etdik. Masazırdakı stadionun şəraiti əlverişli olduğundan daha yaxşı oyun sərgilədik. Əlbəttə ki, Azərbaycan millisi Tacikistan seçməsində daha peşəkar, güclüdür.
- Azərbaycan çempionatı ilə yığması haqqında fikirlərin maraqlıdır...
- Çempionatınızı izləmirəm, amma “Qarabağ”ı yaxşı tanıyırıq, onlar avrokuboklarda bizə rəqib ola bilərdilər. Ona görə də “Qarabağ”ın avrokubok matçlarını izləyirəm. Millinizə gəlincə, fərdi olaraq keyfiyyətli, güclü olan oyunçularınız var. Texniki, sürətli futbolunuz ilə seçilirsiz. Ümumi götürəndə yaxşı komandanız var.
ABDULLA İSMAYILOĞLU
Globkom.info