Xəbərlərdə deyilir ki, rayonların birində (deyəsən Ağdaşda) "musiqiçi”lər bıçaqlaşıblar. 60 yaşlı “müğənni” 53 yaşlı “manıs-gitaraçı” bir-birini didişdiriblər. Hələ bunlar Sovet dövründə böyüyüblər, amma kapitalizm mühitinin zir-zibilini bizim camaat çox tez mənimsəməkdədir. Əlbəttə ki, onlar rus sektorunda deyil- ana dilində təhsil alıblar.

Nə hikmətsə, Azərbaycanın bütün çuşkaları "azsektordan" çıxıb. Məhz belələri də hər gün Rus sektorunun bağlanmasını anqırırlar!

Bu arada hörmətli prezidentimiz Moskvaya - 9 May Qələbə paradına getməyəcək. Rəsmi açıqlamaya görə, may ayında Azərbaycanda ancaq mərhum Heydər Əliyevin ad gününün təntənəli keçirlməsi qalıb.

Ölkə başçısının 9 May tərbirinə qatılmaması xəbəri Azərbaycanda faşistlərin, Qərbin tulalarının və antisovetçi ünsürləri çox sevindirib. “Məşhur” siyasi “ekspert” Natiq Cəfərov bu qərarına görə prezidenti alqışlayıb və əlavə edib ki, “İlham Əliyev  çox düz edib Moksvaya getməyib. Bu qələbəni ruslara, Rusiyaya vermək olmaz, "bütün post-sovet xalqların qələbəsidir..."

Yəni, Natiq bəy növbəti məkrli qebbelsvari söz oynatmasına əl atıb. Qələbəni post-sovet xalqlar deyil - SOVET XALQI qazanıb. Postsovet xalqlarından Natiq Cəfərov kimi çox sayda faşist var ki, bu SSRİ xalqlarının tarixi Qələbəsinə qətiyyən sevinmir. Kapitalistlərin və imperialistlərin bu tulası Hitlerin SSRİ üzərində qələbə qazana bilməməsi və Kremldə “zəfər paradı” keçirə bilmədiyi üçün rəssam ola bilməyən avtsriyalı yefreytoru hələ də qınayır və təəssüf keçirirlər.

Natiq bəyin növbəti şərinin, yalanın, təhrifinin arxasında məhz SSRİ-nin 9 May Qələbəsinə kədərlənməsidir. Onun əsas uydurması ondan ibarətdir ki, guya Rusiya və ruslar o Qələbəni özəlləşdiriblər, mənimsəyiblər. Halbuki, Rusiya əhalisi, dövlət, siyasi, ictimai xadimləri,  xüsusilə də kommunistlər, solçular, tarixçilər qeyd edir ki, bu zəfər bütün Sovet xalqlarının Qələbəsidir. Çox nadir halda "rus xalqının qələbəsidir" deyən hansısa parabaş rus millətçisiniə rast gələrsən. Şəxsən mən son illərdə buna heç rast gəlmirəm.

Natiq Cəfərov və onun kimi tarixi həqiqətlərdən bixəbər, vicdan, ədalət hissini itirənlər 9 Mayı qeyd etmir, istəyir ki, Rusiya da qeyd etməsin. Çünki zəfərin  qeyd edilməsini rəsmi Kremlin mənimsəməsi kimi “qanır”.

Bəs Belarus Respublikası?! Bu dövlətdə da 9 May hər il çox təntənəli qeyd edilir, o zaman belaruslar bu təqvimi da mənimsəyib?! Rusiya neyləsin ki, bütün post-sovet respublikaları bu Qələbəni təntənəli, paradla qeyd etməkdən imtina edib? Litva, Latviya, Estoniya ümumiyyətlə  qeyd etmirlər. Tam tərsi, bu ölkələrdə nasistlərə xidmət etmiş satqınlar, fahişələr və onların və nəvələri parad keçirirlər.

Gürcüstan hələ Saakaşvilidən qabaq bu zəfərə iqnorlar edirdi. Ukrayna da 2014-cü ilə qədər Belarusdakı kimi 9 May ilə bağlı çox təntənəli, paradlar həyata keçirirdi. Amma, bu dövlət nasistlərin əlinə keçəndən sonra onlar da yuxarıda adları çəkilən dövlətciklərin sırasına qoşuldu. Orta Asiyada ən təntənəli Qırğızstan, qismən də Qazaxstan bu zəfəri keçirir. Vəssalam.

Azərbaycanda da nasist Almaniyasına xidmət etmiş musavatçıların dövlət bayrağı olmuş üç rəngli bayrağı ilə hər 9 Mayda 5-10 veteran yığarlar ki, ölkə rəhbərliyi onlarla salamlaşsın, bir az söhbət etsin. Bu yazıq qocalara əslində onların da 1941-1945-də Azərbaycanın müstəqilliyi uğrunda vuruşduqlarını deyirlər, 10-15 dəqiqəyə dağılışırlar və mərasim qurtarır. Keçən il heç bu da olmadı.

Rusiya SSRİ üzvlərindən yeganə respublikadır ki, SSRİ-dən imtina etmədi..

Vladimir Putin də bütün burjualar kimi Qələbəni və öz xalqının Sovet sevgisini istismar edir. Lenin mavzoleyinin qabağını fanerkalayırlar. O, Qələbənin təməlini atan şəxsiyyəti yoxdan sayırlar. Qələbəyə rəhbərlik etmiş Stalinin adını çəkmirlər, layiq olduğu kimi çəkmirlər. SSRİ bayrağından əvvəl vlasovçu bayrağı meydana daşıyırlar...

Hazırda Moskvada Azərbaycan hərbçiləri artıq parada hazırlaşırlar. Özü də Nasist Almaniyası tərəfində vuruşan Azərbaycan legionunun bayrağıyla. Halbuki orda Sovet Azərbaycanının bayrağı olmalıydı. Bu hazırkı dövlətin barağını aşağılamaq deyil, qələbədə həqiqi pay sahibi olan Azərbaycan SSR-in rəmzini dalğalandırmaqdır. Dəhşətdir! Məğlublar Qələbəni qeyd edirlər. Burdakı Natiq Cəfərov kimi keçmişinə tüpürənlər 9 May zəfərinə görə çox pis olur.

İmperialistlərin digər tulası Vladimir Zelenski isə 9 May tədbirində Moskvaya zərbə endirəcəyini hayqırır. Bəlkə də bizim prezidentin son anda Qələbə paradından iştirakdan imtina etməsinin arxasında hansısa təhlükəsizlik tədbirləri dayanır.

 

Avropadakı müttəfiq liderlər gəlməkdən imtina etdilər, amma Moskvaya gedənlər çoxdur, bu isə narkoman, gədə, fahişə Zelenskinin eqosunu cırır. O, 9 Mayda iştirak edən xarici ölkə liderlərini, xüsusilə Çinin rəhbərini öldürərsə, Rusiya Kiyevi taktiki nüvə silahı ilə vura bilər. Zelenskinin də ən çox arzuladığı budur.  Axı, onsuz da ona heç nə olmayacaq.

A.Sultanov

Globkom.info