
Bəxtiyar Vahabzadənin 100 illik yubileyi ilə əlaqədar olaraq bu ilin “Bəxtiyar Vahabzadə İli” elan olunmasına, keçiriləcək silsilə tədbirlər planının hazırlanmasına görəsən, həqiqətənmi ehtiyac var?
Bəxtiyar Vahabzadəyə ədəbi prizmadan yanaşsaq onun yazdıqlarının mahiyyətinin necəliyi ilə bağlı düşüncələrimi öncəki yazılarımda bölüşmüşəm. Bu öz yerində...
Qayıdım məsələnin məğzinə... Bəxtiyar Vahabzadə zamanında kifayət qədər təbliğ olunub, nəşr olunub, haqqında tədbirlər, verilişlər hazırlanıb... Bəs deyilmi?
Üz tutun istedadlı çağdaşlara... Onları təbliğ edin, onları dərc edin... Prezidentin bu tip sərəncamlarına qoy, onlar təqdim olunsun.
Yaxşı, “Bəxtiyar Vahabzadə İli”ndən yekunda nə qalacaq? Formal tədbirlər, fotolar və müəyyən maliyyə xərclərinin hesabatı.Vəssalam!
Mənim sözümün canı Bəxtiyar Vahabzadənin yubileyinin keçirilməsinə qarşı deyil. Bircə gün yubiley tədbiri keçirtmək də kifayətdir. Daha bu qədər təmtərağa nə hacət?
DİGƏR TƏRƏFDƏN, 21 – ci əsrdən artıq 25 il keçir, HƏLƏ BU 25 İL ƏRZİNDƏ ölkə rəbərinin yazıçı – şairlərlə BİRCƏ DƏFƏ DƏ OLSUN görüşü olmayıb, onları dinləməyib. Mən Şuşada tələbə kimi Prezident qarşısında çıxış edib, şeir deyənləri, o tip ayaqüstü görüşləri nəzərdə tutmuram.
Ədəbiyyatın, sənətin, dövrü nəşrlərin... problemlərinə söykənən, mədhdən, məddahlıqdan uzaq olan bir görüşü nəzərdə tuturam.
... və yenə təkrar edirəm, “Bəxtiyar Vahabzadə İli”nə həqiqətənmi ehtiyac var?
Emil Rasimoğlu
Globkom.info