Azərbaycan Yazıçılar Birliyini (AYB) sərt tənqidləriylə tanınan və ədəbiyyatın tamamilə müstəqil, liberal olmasını vurğulayan Emil Rasiomoğlu bu dəfə yazıçı Anarı hədəf alıb. İddialı yazar AYB-in rəhbərinin absurd qaydalara əsasən imkansız qələm nümayəndələrinə ev verməkdə qınayıb. Emil Rasimoğlunu feysbuk profilindəki statusunu olduğu kimi təqdim edirik.

Yanlış addımlar ölüm kimidir... Hər an sahibinin “yaxasından” yapışa bilir... necə ki, yapışa bilib. TƏSƏVVÜR EDİN, yazıçılara təqdim edilən evlərin hansı prinsiplər əsasında verilməsi ilə bağlı jurnalistin dönə – dönə təkrarladığı suala Anar çıxılmaz halda QAYIDIR Kİ;

“Kim daha yaxşı inandırırsa ki, mənim imkanım zəifdir, evi ona veririk...”

Cavabın “mahiyyətini” təsəvvür edirsinizmi? Sanki AYB-də bölgü inanclar sistemi ilə aparılır...

Cavaba, cavabdakı çarmıxa çəkilmiş ədalətə, nəticədə “xurafata” baxın...

Adam hansı “həddə” çatmalıdı, hansı dərəcədə yanlışlıqların müəllifi olmalıdı ki, necə deyərlər, sualdan canını qurtarmaq üçün bu tərzdə cavab versin?

Guya, Anarın öz “idarəçiliyindəki” diktatorluğundan xəbəri yoxdumu...

Emil Rasimoğlu

Globkom.info