Özünü “yazıçı”, “filosof”, “tərcüməçi”, “tarixçi”, adlandıran Əlisa Nicatın natamamlıq kompleksindən və unudulmaq fobiyasından əziyyət çəkdiyindən,  kimlərinsə hesabına özünə şöhrət qazanmaq eşqinə düşüb. Belə şan-şöhrətli titullara malik adamı ölkəmizin heç 1 % - də tanımır. Ona görə də özünü tanıtdırmaq üçün Səməd Vurğunu, Mirzə İbrahimovu və ümumilikdə Azərbaycan Sovet ədəbiyyatını aşağılamaq, lənətləməklə ucuz şöhrət qazanmaq arzusuna düşüb. Deyim ki, o, istəyinə nail oldu. Əlisa Nicat  dediyinə görə 20 cildlik külliyyatın müəllifidir. Amma 10 milyonluq xalqımızın bu “ziyalı”nı seçilmiş əsərləriylə tanımır. Yəni, külliyatı ilə populyarlaşa bilməyən Əlisa Nicat, ölməz şairimizə yaltaq “yarlığ”ı yapışdırmaqla son üç gündə arzuladığı “məşhur”luq qazana bildi.

 

Şəkildə gördüyünüz özünə “filosof” deyən Əlisa Nicatın “Müdriklik məbədi” adlı kitabcığıdır. Onun bu “tədqiqat əsərinin mündəricətinə göz gəzdirək. Mündəricətin “Azərbaycan filosofları” bölməsində - 292-ci səhifədə o, özünü “filosof” kimi təqdim edib. Yəni, müəllifi olduğu kitabında özündən bəhs edir! O, bunu yəqin müdriklik hesab edir, mən isə bir oxucu olaraq bunu sərsəmlik adlandırıram. İllər əvvəl jurnalist Ləman Əşrəfqızı telekanalların birində “filosof” Əlisa Nicatın etdiyi tərcüməyə görə onu ələ salmış, biabır etmişdir. Hamını yaltaq hesab edib, özünü “cəngavər” sayan Əlisa Nicat, xalqın hansı problemini ictimai şəkildə qabartmısız? Bu gün ölkədə mövcud olan minlərlə özbaşnalıq, məmur harınlığı, sosial, iqtisadi problemlərin və digər dilə gətirmətidiyim naqisliklərin  hansı birini qınamış, onun aradan qaldırılması üçün səylər göstərmiş və ya bu istiqamətdə tənqidi əsərlər yazmısız?! Ancaq dünyasını dəyişmiş görkəmli şəxsiyyətlərə mənfur dilinizi uzadırsınız. Bu ahıl vaxtınızda hələ dərk etməmisinizsə ki, ölənlərin arxasınca danışmazlar, deməli, nadan olaraq qalmısınız! Görünür hiss etmisiniz ki, zamanla sizi heç kim xatırlamayacaq, ona görə öz kitabınızda özünüzə fəsil ayırmısınız. Bu isə lovğalıq və nadanlıqdır!

Məktəbli vaxtlarımdan Səməd Vurğunun şeirləri, pyeslərini böyük maraqla oxumuşam. 45-50 yaşımda  “Xalq şairi”nin 9 cildlik külliyyatından təkrar oxudum. Bu dəfə mərhum ədibimizi sadəcə şeir aludəçisi kimi yox, elmi yanaşaraq mütaliə etdim və belə qənaətə gəldim: “Səməd Vurğunun yaradıcılığında Vətən mövzusu qırmızı xətlə keçir. Ədəbiyyatımızda Vətən mövzusuna bu qədər geniş yer verən ikinci şair görməmişəm. Səməd Vurğunu okenlarda üzən nəhəng balinalara bənzətdim: balinalar heç nədən qorxmayaraq istənilən səmtə maneəsiz üzdükləri kimi, Səməd Vurğun üçün də mövzu qəhətliyi və heç bir hürkü hissi olmayıb". 

Allah dahi şairimizə rəhmət eləsin!

P.S İtlər hürsələr də karvan öz yoluna davam edib!

Texnika elmləri namizədi, dosent Zakir Məhərrəmov

Globkom.info