Məlum olduğu kimi, Rusiyada kruiz sürəti 360 km/saat, maksimal sürəti isə 400 km/saat olan yeni nəsil yüksək sürətli sərnişin qatarı yaradılır. "Belıy Kreçet" adlı sürət qatarları  “Uralskie Lokomotivı” zavodunda istehsal olunacaq. Zavod Rusiyanın müxtəlif regionlarında fəaliyyət göstərən yeni elektrik qatarlarının seriyalı istehsalı ilə məşhurdur. Burada onlar istehsal olunan avadanlığın lokallaşdırılması ilə fəal məşğul olurlar, onun tərkibindəki yerli komponentlərinin payını tədricən maksimuma çatdırırlar.

Yeni qatar ümumi tutumu 454 sərnişin olan 8 vaqondan ibarət olacaq (16 vaqonlu versiya da ola bilər). Belə qatarların hərəkət edəcəyi ilk marşrut Moskva-Sankt-Peterburq yüksək sürətli dəmir yolu olacaq (səyahətin cəmi 2 saat 15 dəqiqə çəkəcəyi bildirilir). Bundan əlavə, perspektivli yüksək sürətli dəmir yolu şəbəkəsinin inkişafı ilə Moskva-Kazan və Moskva-Adler marşrutları əlavə olunacaq.

Yeni qatarın başqa bir xüsusiyyəti onun ən sərt iqlim anomaliyalarında- mənfi 40 ilə müsbət 40 dərəcə Selsi arasında işləmək üçün uyğun olmasıdır dır. Mövcud yüksək sürətli dəmir yolları üçün dünyada belə analogiya yoxdur- onların hamısı planetin daha rahat iqlimi olan ərazilərində fəaliyyət göstərir.

GlobKom.İnfo