«Bizdən nələri gizlədirlər» silsiləsindən...

 

Arabir dünya mətbuatında «Yaxın gələcəkdə hamımız telepat və poliqlot olacağıq» kimi optimist xəbərlər oxuyuruq. Elə bil ki, alimlərin telepatiyanın mexanizmini anlaması artıq hamının telepat olması deməkdir. Amma onlar iddia edir ki, hər kəsi fikir oxuma metodikasına öyrədə bilərlər. Beyinin ultrasəs müayinəsi aşkar edib ki, insan yaddaşının küncündən, çoxdan unutduqlarını xatırlayıb çıxara bilir. Bu da alimlərə yaddaş xəritəsi yaratmağa imkan verdi. Az keçməmiş alimlər insan nəyisə dilinə gətirməmişdən əvvəl onun bütün fikirlərini bildiklərini iddia etdilər. Bir hadisəni izah etmək mümkündürsə deməli ondan yararlanmaq olar.

 

İnsan heç nəyi unutmur

 

Təcrübələrdən biri belə baş verirdi: Şon Polin iştirakçılardan 90 müxtəlif obyektləri xatırlamağı xahiş edirdi. Obyektlər Tac-Mahal kimi tarixi abidə, ya da Gim Kerri kimi məşhur aktyor və məişətdə istifadə etdiyimiz boşqab, yaxıd tibbi maqqaş da ola bilərdi. Bu obyektin şəkli iştirakçılara nümayiş edilirdi. «Siz Cim Kerrini bəyənirsinizmi?», yaxud «Maqqaşdan istifadə edirsiz?» kimi suallar verilirdi. Bu zaman elektrik ötürücülər beyinin fəaliyyətini qeydə alırdı. «Biz fikirlərin yaddaşdan necə baş qaldırdığını az qala görürdük. Kiminsə pis xatırlamasının səbəbləri də çox aydın görünür. İnsanlar adətən heç nə unutmur. Bütün bunlar yaddaş çarxına yazılır. Bəzi kadrlar daha dərində yata bilər, amma uyğun assosiasiya olan kimi ani olaraq baş qaldıracaq. Bunu anlayandan sonra yaddaşını itirmiş Alsgeymer sindromundan əziyyət çəkənlərə kömək etmək mümkün olacaq» deyə doktor Polin təcrübələri şərh edir. Bütün bunlarla belə biz alimlərin insan yaddaşına müdaxiləsinə ehtiyatla yanaşırıq.

Telepat olub, olmadığını hər kəs daha yaxşı bilər. Bəzən içində sanki daxili bir səs «dur bir filankəsin nömrəsini yığ» deyir. Zəng edirsən, telefonun o biri tayında kimsə heyrətindən atlanıb düşür: «Lap indicə səni düşünürdüm və əlimi telefona uzadanda sən zəng elədin». Ya da 20 il əvvəl ucqar bir kənddə evində qonaq olduğun bir adamı qəfil xatırlayırsan. Qapı döyülür, görürsən ki, adını güclə yada saldığın bu adam sizə qonaq gəlib. Bundan sonra telepatiyaya necə inanmayasan? Nədənsə elmin tapantılarıyla korlanmamış adamlar telepatiyanın mövcudluğuna daha rahat inanır.

 

Moskvanın beyin kolleksiyası

 

Növbəti mərhələlərdə telepatiya fenomenini bu dəqiqliklə öyrənmək nəzərdə tutulub. Əslində biz hamımış bir qədər telepatıq. Hamının başına gələ bilər, bir uzaq tanışını xatırlayırsan, o isə həmən gün təsadüfən qarşına çıxır. Yaxud nəyisə fikirləşirsən, amma ağzını açmamışdan əvvəl başqası eynən həmin fikri səsləndirir. Hamı bunun nə üçün belə olduğunu bilmək istəyir. Telepatiya fenomeni ilə bəlkə də 100 ildən artıq məşğul olurlar. Amma o vaxtlar beyin siqnallarını ötürə biləcək həssas qurğular hələ yox idi, amma «Beyin radiosu varmı?» sualı hamını narahat edirdi.

Hazırda Moskvada Beyin İnstitutu fəaliyyət göstərir və onların aldığı nəticələr mətbuatda qətiyyən işıqlandırılmır. Hələ keçən əsrdən bu institut paronormal bacarığı olan adamları elm naminə Moskvaya dəvət edib müxtəlif aparatlarda tədqiq edirdilər. Onlar üçün fenomenal yaddaşı, yüksək intellekt göstəricisi olan adamlar telepat və öncəgörmələr qədər maraqlıdır. Həmyerlimiz Maya Bədəlbəyli dəfələrlə bu institutda normadan kənar imkanları olan beynini tədqiq edib. O, kosmosdan informasiya alır və avtomatik yazı yolu ilə onu vərəqə köçürür. O, kvant fizikası və sair əlçatmaz mövzularda mənasını özü də anlamadığı distur, tənliklər yazır və yazılarının öyrənilməsini alimlərə etibar edir. O, Moskvada yaşayır və Azərbaycanda belə tip adamlara diqqət və qayğı olmadığından Rusiya dövlətinin maraqlarına xidmət edir.

 

Bağlı qapılar arxasında

 

Keçən əsrin əvvəllərində Leninqrad Beyin İnstitutunda akademik Bexterev, mühəndis Bernard Kajinski pararlel olaraq beyin imkanlarını öyrənirdi. Onların aldığı nəticələr üst-üstə düşdü və telepatiya istiqamətində daha əsaslı tədqiqatlara başlamağa əsas verdi. Biz bağlı qapılar arxasında nə baş verdiyini yəqin ki, heç vaxt bilməyəcəyik. Amma arabir alimlər «Etiraf etmək lazımdır ki, iki orqanizm arasında laqə yaradan nəsə fiziki agentin mövcudluğu müşahidə olunur» kimi inqilabi fikirlər deyilirdi. Çünki bu günün alimləri heç bunu da dillərinə gətirmirlər. Bu günün alimləri «beynin şüalandığı zaman nəsə elektromaqnit və başqa tip sahə əmələ gəlir ki, orqanizm bunu tutub şifrələyə bilir» kimi qaranlıq şərhlər verirlər. Ola bilər insan beyni ətrafın səs-küyündən bəzi siqnalları ayırmağı bacarır.

Telepatiyanın sistematik öyrənilməsi 1882-ci ildə Böyük Britaniyada başlayıb. Alimlər qrupuna Kembric universitetinin professoru Q. Sidjuik, kimyaçı U. Kruks, fizik U. Barret və O. Loc, bioloq A, Uolles və riyaziyyatçı A. Morqan daxil idi. Tədqiqat oöyekti kimi telepat Smit və onun köməkçisi Blekbern seçilmişdi. Bu iki nəfər üzərində təcrübələr iki il ərzində böyük uğurlu keçirdi. Amma az sonra onların mistifikator olduğu aşkar edildi. 1911-ci ildə Blekbern qəzetə məktub yazıb zarafat etdiyini rəsmən böyünuna aldı: «Bu təcrübələr iki gəncin özünü göstərmək istəyindən yarandı. Biz elm adamlarını aldatmaq istəyimizdən və bacarığımızdan ləzzət alırdıq». Bu boyda elmi nüfuzu olan dəstəni 2 gənc aldadandan sonra telepatiya üzrə təcrübələrə qoşulanlar ruhdan düşməliydi. Amma bu baş vermədi. Həm də telepatiyanı sübuta yetirə biləcək elmi baza yetişməyə başlayırdı. 1926-cı ildə Vasilyev «İnsan psixikasınnı sirləri» kitabında telepatiyaya bütöv bir bölmə ayırdı. O, insan kəlləsi ətrafında elektromaqnit sahənin olduğunu müşahidə etsə də onu qeydə ala bilmədi, çünki cihazlar kifayət qədər həssas deyildi. Amma bu imkan bu günün alimlərini əlində var.

Sovet alimləri 1919-1927-ci illərdə telepatiya ilə xüsusi məşğul olurdu və yaxşı nəticələr əldə etmişdilər. Paralel olaraq xaricdə professor Benk Reynin təcrübələr qoyulurdu. Bu da Sovet alimlərini daha inadla bu mövzunu araşdırmağa məcbur edirdi. 1932-ci ildə telepatiyanın rəsmi tədqiqatı elan edildi və sifariş hərbçilər tərəfindən olduğundan cizli qrfii altında aparılırdı. Yenə də sonunda «2 orqanizm arasında nəsə bir bağlantı olduğu aşkar edildi» kimi heç nəyi izah etməyən açıqlama verildi.

60-cı illərdə akademik Zeydmanın rəhbərliyi altında 241 nömrəli yeşik adlandırılmış gizli laboratoriya fəaliyyət göstərirdi. Burda 12 müxtəlif peşəli alim çalışırdı. Təcrübələr həm adamların, həm də heyvanların üzərində qoyulurdu. Amma özünü parapsixolq adlandıranlar içində fırıldaqçılar da az deyildi. Onlardan ən ən çox nəticə göstərəni Vladimir Rud adlı telepat idi. O, qonşu otaqda yerləşdirilmiş 100 əşyadan 90-nını tapa bilmişdi. Amma sonradan məlum oldu ki, o, divarda deşik açıbmış və təcrübə zamanı onu otaqda tək qoymağı tələb edirmiş.

Heyvanlar üzərində təcrübələr heç bir nəticə vermirdi. Həmin laboratoriyanı bir neçə ildən sonra bağlayırlar. Amma təcrübələrn arası kəsilmir. Bu dəfə uzaq məsafələrə fikir ötürmək üzrə yaxşı nəticələr alınır. Amma qəbul olunan siqnallar arasında lazımsız obrazlar daha çox olurdu. Uğurlu sayıla biləcək təcrübələrdən Liverpul universitetinin qoyduğu təcrübəni xatırlayırlar. Onun iştirakçısı Xeyli Blekleci qırmızı işıqla işıqlandırılmış otağa yerləşdirib gözünü pinq-ponq şarı ilə bağlayırlar. Onun qulağındakı qulaqcıqda sakit vızıltı səslənirdi. Küçənin o biri səkisindəkai binada daha bir iştirakçı kompüteri qoşub qarşısına çıxan ilk fotonu seçib fikir vasitəsilə təcrübə altında olana ötürməliydi. Uşan şar rəsmini eynilə təsvir edən Bleklenc tam dolğun cavab verə bilmişdi.

1971-ci ildə Amerika «Apollon- 14» gəmisi ilə yer arasında keçirilmiş telepatik seans barədə mətbuata açıqlama verdi. Gəmi kosmosda olarkən astronavt Mitçell ay orbitindən Yerə qayıdankən telepatik əlaqəyə girib. Yerə qayıdandan sonra o dəqiqləşdirdi ki, ona göndərilmiş 200 informasiyadan 51-ni tapıb. Dünyada yüzlərlə telepatik təcrübələr qoyulub. Elə şəraitlər nəzərdə tutulub ki, orda elektromaqnit və cəzbetmə sahələrinin telepatiyaya təsiri ola bilməsin. İnformasiyanın daha bir, insanın vacib saymadığı bioinformasiya kanalları ilə baş verdiyi artıq tez-tez deyilir. Bu kanal ilə insan bitkilər və heyvanlarla da ünsiyyətə girə bilir. Bəzi təcrübələrdə bitkilər informasiyanı ötürə biləcək vasitəçi rolunu da oynayır. Bəzən bir ağacın ağrısını ətrafdakı nəinki bitkilər, insanlar da hiss edir.

 

«Alimlər telepatiya yoxdur!» deyir

 

Elm inkişaf etdikcə alimlərin telepatiya barədə dedikləri daha da kasadlaşır. Xüsusilə də fiziklər ötürülən siqnalların ətraf mühitin siqnallarından dəfələrlə zəif olduğunu iddia edərək telepatiyanın mümkünsüzlüyünü deyir. Bəziləri isə fikrin insan beyninin yaratdığı xüsusi sahə olduğunu deyir: «Beyin neyronlarının sonsuz sayda sinapsları öz aralarında 3 ölçülü maqnit sahəsi yaradır və bu sahə beyindən kənarda, sanki vertual törəmə kimi mövcud ola bilir». Fikir elə bir struktur yaradır ki, başqa bədənləri, əşyaları rahat keçə və işığı özündən keçirə bilir deyə insanın gözü ilə gbrünmür.

Biz bilirik ki, telepatik əlaqə qohumlar, ruhən yaxın insanlar, ana-övlad, sevgililər arasında daha tez baş verir. Ailələrdə qarşılıqlı anlaşma varsa uzaq məsafələrə baxmayaraq adamlar heç ağzını açmadan bir-birinin istək və arzularını rahat oxuyur. Əslində telepatiya həmişə insanla birgə yaşayıb. Belə olmasaydı ana ağlayan uşağının yemək, yoxsa su istədiyini bilməzdi. Bununla belə rəsmi qaydada telepatiya yoxdur deyirlər.

 

Hər kəs öyrənə bilərmi?

 

Müasir insan telepatiya termini ilə yaxından tanışdır. Axtarış verib 2 saniyəyə telepatiyanın nə olduğunu bitdə-bitdə başa salan saytlardan tutmuş telepatiyanı evdən çıxmadan öyrətməyi vəd verən təlim məktəblərinin artıq illər uzunu işləyən metodikaları çıxır. Amma bu telepatların sayını nə artırır, nə də azaldır.

Telepatiyanı 2 növə ayırırlar: fikir telepatiyası, və duyğu telepatiyası. Duyğu telepatiyası odur ki, telepat qarşısındakının keçirdiyi emosiyaları, duyğuları onunla yanaşı yaşayır, amma ola bilər ki, hal-hazırda onun nə düşündüyünü deyə bilməz. Fikirləri xəbər lenti kimi oxumaq daha yüksək səviyyədir.

Hər kəs telepatik imkanını aça və lazımi istiqamətdə kökləyə bilər. Bununçün Pentaqonun laboratoriyalarına ehtiyac yoxdur. Qəribəsi isə odur ki, insan texnogen sivilizasiyadan nə qədər uzaq olarsa, təbiətə yaxın həyat tərzi sürərsə onun telepatik imkanları daha aydın hiss olunur. Yəni telepatiya insanın başına gələn bir hadisə deyil, onun əqli fəaliyyətinin bir növü də sayıla bilməz. Bu imkan hər kəsə anadangəlmə verilib. Bəlkə də ona görə fenomeni ağıl və faktlarla dərk etməyə çalışan alimlər bu məsələdən çox uzaq düşüblər.

 

Planetar yaddaşın dediklərindən

 

Daha bir anlayış da var ki, ona planetar yaddaş deyirlər. Bu planetdə yaşamış hər canlı özündən sonra informasiya qoyur. Dünya bizim inlamımız üçün qapalıdır. Etiraf etməliyik, insan kosmos tarixində epizodik rol daşıyır və gəldi gedən hadisədir. Ona görə də dünyanı ağılla deyil, duyğularla dərk edənlər səhv etmir. İstər intellektual, istər cismani ləzzətlərlə dolu həyat yaşamış hər bir canlı iz qoyur və bu izlər toplaşıb Kainatın yaddaşını təşkil edir. Ekstrasensor qabliyyətli adamlar bu yaddaşa daxil olaraq çox-çox əvvəl baş vermiş hadisələri sanki televizorda görürmüş kimi təsvir edir və duyurlar. Bu yaddaş kabus şəklində, işıqlı obrazlar, ya da xatirələr şəklində adi insanların da gözünə görünə bilir. Planetar yaddaşa daxil ola bilən insan böyük bir informasiya seli qarşısında aciz görünür. Nədənsə bu fikri ucadan səsləndirməyin özü də adamı dəhşətə gətirir...

 

Gülnarə Rəfiq