Britaniya alimləri enerjisi min illərlə tükənməyəcək almaz batareyası yaratmağa müvəffəq olublar. Yeni tip akkumulyator 5700 ilədək fasiləsiz olaraq avadanlıqları enerji ilə təmin etməyə qadirdir.

Təfərrüatlar:

— Karbon izotopuna əsaslanır. Enerji sürətlə hərəkət edən elektronları buraxan radioaktiv parçalanma nəticəsində əmələ gəlir;

— Alimlər aşkar ediblər ki, almazla birləşdirildikdə birləşmə öz xüsusiyyətlərini 5700 ilə qədər saxlayır.

Sadə dillə desək:

— Artıq batareyalara enerji yükləmək tələb olunmayacaq: batareya ilə ilə işləyən aparatlar, dronlar, mobil cihazlar fasiləsiz işləyəcək və ən kritik anlarda sönməyəcək;

— Batareya ən ekstremal şəraitdə belə işləyə bilər: hündürlükdə, kəskin temperaturda və gərginlikdə qəfil dəyişikliklər olduqda;

- Min illər keçsə belə, batareya gücünün yarısını saxlayacaq.

Batareyanın materialında radiaktiv tullantılardan istifadə edilməsi onun təhlükə yaradacağı ehtimalını gücləndirir. Üstəlik belə batareyalar zəif enerji verə bilər ki, bu da bir çox cihazlarda effetkli olmayacaq. Hələlik, yeni ideya üzərində işlər davam edir.

İlk belə batareya bir neçə ildən sonra buraxıla bilər.

GlobKom.Info