1. Hər gun azı 1-2 litr ciy su içməyə vərdis edin. Səhər yuxudan duran kimi azı 200 qram su için. Yeməkdən 20 dəqiqə əvvəl, yeməkdən  1 saat sonra su içmək olar. Böyük şəhərlərdə yaşayan şəxslər birbaşa evə verilən sudan yox, filtrlərdən keçirilmiş və ya dükandan alınmış sulardan istifadə etməlidirlər. Qaynanmış su ölü sudur, tərkibində xlor və ağır metallar var.

2. Xəstələnərkən qida qəbul etməyin. Şüursuz saydığımız heyvanlar belə xəstələndikdə qida qəbul etmirlər. Orqanizm bütün qüvvələrini toplayıb xəstəliklə mübarizə edir, təmizləmə işi aparır bu vəziyyətdə onun enerjisini qidanı həzm etməyə xərclətmək pis nəticə verir.

3. Yalnız aclıq hiss edəndə yeyin. Tam doymamış yeməyi bitirmək lazımdır. Tez-tez acırsınızsa, hər acanda əvvəlcə 1-2 stakan su için. Yemək azı 20-30 dəqiqə ərzində yeyilməli, ümumi kütləsi 500 qramdan artıq olmamalıdır. Sürətlə yemək məsləhət deyil, qida ağız suyu ilə təmasdan sonra mədəyə getməlidir. Bütün yeməkləri ümumiyyətlə çox çeynəmək lazımdır. Unutmayın- mədənin dişləri yoxdur!

4. Sağlamlığın 3 ağ düşmənindən (şəkər və duzla birlikdə) biri də ağ çörək və ağ undur. Qara çörək istifadə edin, aşağı sort kəpəkli undan, çovdar çörəyi, daha yaxşı olar ki, drojsuz bişirilən.

5. Soyuq ickiləri içmək və soyuq xörəkləri yemək mədədə həzmedici şirələrin fəaliyyətini dondurur. Dondurma yemək mədəyə və dişlərə böyük zərər vurur. Çox isti çay içmək və çox isti xörək yemək olmaz, mədə zədələnir. Dişləriniz də bundan ziyan çəkir.

7. Kofe, çay, şokalad, kakao, kolbasa, hisə verilmiş ətlər qəbul etməyin, onlar bədəndə yüksək dərəcədə sidik turşusu yaradırlar. Mağazalardakı dadlı qidalardan aralı durun, hamısına MSG adlı təhlükəli kimyəvi maddə vurulur. Yadda saxlayın, mağazalarda qida ümumiyyətlə yoxdur, rəflərdə gördükləriniz qida deyil, süni, kimyəvi qatqılarla dolu olan təhlükəli sintetik məshullardır. Qida birbaşa təbiətdən süfrənizə gələn, emala məruz qalmamış natural məhsula deyilir.

8. Qızartma və yağlı yeməklərdən uzaq durun. Ət kababı zərərli qidadır, tərəvəz və meyvə kababı isə xeyirli. Buxarda və suda bişən yeməklər daha faydalıdır. Quru yemək az istifadə edin, daha çox yumşaq və sulu yeməklərə üstünlük verin.

9. Yeməkləri qarışdırmayın. Bir neçə növ xörəyin və ya qida məhsulunun eyni vaxtda qəbul edilməsi həzmolmanı çətinləşdirir. Monoton qidalanma daha xeyirlidir. Hər meyvəni, tərəvəzi yalnız öz təbii mövsümündə qəbul edin.

10. GMO ərzaq məhsullarından istifadə etməyin. Qurdlu, əyri-üyrü, üstü xallı, hərəsi bir boyda, çox böyük olmayan meyvələrə üstünlük verin. Meyvə-tərəvəzi mağazadan almaq olmaz, yalnız bazardan.

11. Emal sənayesi məhsullarının istifadəsini minumuma endirin. Qida təbii və təzə olmalıdır. Gündəlik qida həcminin azı üçdə ikisi çiy ərzaqlar olmalıdır. Paket südlərdən və süd məhsullarından istifadə etməyin.

12. Həftədə azı 2-3 diş sarımsaq, gündə 1-2 dilim limon (qabığı 10 dəfə daha zəngindir), gündə 1 çay qaşığı evdə hazırladığınız alma sirkəsi, 1-2 stakan çiçək çayı, hətftədə 1-2 qaşıq təbii bal  istifadə etsəniz, bütün xəstəlikləri məğlub edə bilərsiniz, sağlamlığınızı və immunitetinizi möhkəmləndirə bilərsiniz.

13. Yağlardan mümkün qədər az istifadə edin. Yadda saxlayın, yağlar həzmolmanı yubadır, mədə-bağırsaqda cürümə törədir. Xüsusilə, qızartma yeməklərdə yağlar çox zərərli olur. Yalnız təbii nehrə yağı, gözünüzün qabağında çəkilmiş soyuq sıxım bitki yağı və quyruq yağı istifadəsi zərərsizdir.

14. Qara çay əvəzinə yaşıl çay için, fərqli çiçək çaylarından istifadə edin, itburnu onların ən güclüsüdür, bundan başqa, çökə çiçəyi, kəkotu, sarıçiçək, yarpız, heyva budağı, nar qabığı və s-dən hazırlanmış çaylar hər dərdə dərmandır. Fabrik şirələri əvəzinə evdə hazırladığınız təbii kompot və ya meyvə şirəsi için. Qazlı sudan, energetik içkilərdən, yüksək alkoqollu içkilərdən aralı durun. Spirtli içkilərin içində ən az zərərlisi çaxırdır, o da gündə 200 qramdan artıq olmamaq şərtilə.

15. Körpələrə heç bir halda süni uşaq qidaları vermək olmaz. Süni qidalar uşaqların sağlamlığına və psixologiyasına ciddi zərbələr vurur. Əgər ana südü yoxdursa, keçi və ya inək südündən, meyvə-tərəvəz şirələrindən, düyü, manna və yulaf kaşalarından istifadə edə bilərsiniz.

16. Orqanizmə vaxtaşırı istirahət verin, buna sanitar saatı deyilir. Yaxşı olar ki, həftədə, iki həftədə və ya heç olmasa ayda 1 gün tamamilə ac qalasınız. Bu vaxtda orqanizm özünü təmizləməklə məşğul olur və bütün toksinləri atır.

17. Broyler toyuğu və yumurtası qətiyyən istifadə etməyin. Qırmızı əti minimum endirin, onun yerinə balıq (süni göllərdə yetişdirilən yox) və kənd toyuğu istifadə edin. Əgər qırmızı ətdən əl çəkə bilmirsinizsə heç olmasa keçi ətinə üstünlük verin. Mal əti zərərli, qoyun əti faydalıdır- az yemək şərtilə. Heyvan nə qədər böyükdürsə əti o qədər çətin həzm olunur.

18. Şəkər tozundan imtina edin. Çayı xurma, meyvə quruları ilə için. Mürəbbə az istifadə edin, mürəbbəyə şəkər tozunu isə mümkün qədər az qatın. Şirniyyat istifadəsini azaldın yalnız evdə hazırladığınız və çox az şəkər qatdığınız şirniyyatı yeyin.

19. Qidada xörək duzunun miqdarını azaldın. Yalnız emaldan keçməmiş qaya duzu istifadə edin. Gündəlik norma 5-6 qramdır.

20. Fast-fud qidalardan imtina edin. Ayaqüstü yemək və su içmək olmaz. Axşam 8-dən sonra yeməyin. Yuxudan oyandıqdan yarım saat sonra, yatmazdan azı 3 saat qabaq qida qəbul etmək olar.