
Azərbaycan kapitalistlərinin istehsal etdiyi və satdığı ərzaqların heç biri SSRİ dövlət standartlarına uyğun deyil və həmin dövrdəki yeyinti məhsullarının keyfiyyətini vermir.
Dərd orasındadır ki, kapitalist Azərbaycanın ərzaq-qidası kapitalist Avropanın, hətta Gürcüstanın, Ermənistanın, Rusiyanın ərzağından keyfiyyətsizdir. Belarusu heç demirəm.
Müasir (kapitalist) Azərbaycanda da əlbətdə qanuni bir standartlar var. Bu standart şübhəsiz ki, beynəlxalq kapitalizmin qanunlarından kopyalanıb, Azərbaycanda qanunvericiliyində yaradıcı yanaşma yoxdur...
Tənzilə “bəy” kimilərin, parlamentdə əyləşənlərin buna istedadı çatmaz. Çatışmayan, istedadsızları da millətçi-faşist populizmi ilə konpensasiya edirlər.
İstehsal edilən və satılan ərzaqların mövcud standartlara uyğunluğuna nəzarət qənaətbəxş deyildir. Gərək Gürcüstan qonşusu Azərbaycanın bütün ərzaqlarını öz laboratoriyalarında yoxlasın. Təkcə ərzağı da deyil. Dövlətimizin qaz-su-elektrik sayğaclarını da Gürcüstanda yoxlatdırmaq lazımdır. Çünki Azəriqazın, Azəriişığın nümayəndəsinə deyirsən ki, qardaş, sizin bu sayğac çox sürətlə fırlanır, cavabları bu olur ki, laboratoriyamızda yoxlayıblar, düz işləyir, şikayətəniz varsa, ərizə ilə müraciət edin, laboratoriyamız yoxlasın. Yəni, eyni laboratoriya öz işini yoxlayıb, öz işində qüsur tapmalıdır...
A.Sultanov
Globkom.info