
Tanınmış ictimai xadim, Son Ümid Hərəkatının rəhbəri Ramil Əliyev azərbaycanlı həkimin metastaz vermiş xərçəng şişini 3 aya sağaltdığı ilə bağlı qeyri-adi bir fakt açıqlayıb. Statusu oxucularımıza təqdim edirik...
Hörmətli Onkoloq İbrahim Əsədliyə təşəkkür edirəm !
Dostlar, bu mövzu barədə yazmaq çox çətindir.Səhiyyəmiz həqiqətən də bərbad vəziyyətdədir.Ölkədə qida sektoru konkret ter*orla məşğuldur.Gündəlik təlabat məhsulları o qədər keyfiyyətsizdir ki, insana xəstəlikdən başqa birşey bəxş etmir.
Marqarin, Palma yağını Kərə yağı adı ilə marketlərdə satışa buraxıb insanların genini assimilyasiya etməklə məşğul olan monopolistlərin sayəsində "Xərçəng" xəstəliyi tüğyan edir.
Hələ digər ət və ət məhsullarını demirəm.
Onkoloji xəstəliyin meydan suladığı ölkədə bir nəfər normal onkoloq tapmaq mümkün olmur ki , bu xəstəlikdən canını qurtarasan.Onkoloji mərkəzimiz isə ancaq soyğunçuluqla məşğuldur.
Ximya edilməsinə ehtiyac duyulmayan onkoloji xəstələri sırf pula görə bədbəxt edib bu prosesi həyata keçirirlər.
Bu xəstəliyə tutulan insanlar, bahalı dərmanlar almağa, müalicə, müayinə prosesi keçməyə məcburdurlar.
Belə olan halda isə qaniçən, cəlladların əlinə düşdünsə həm sağalacağın şübhə altına düşür, həm də müflis olursan.
Vicdanlı həkimlərimiz var, onlara da işləməyə imkan vermirlər.
Belə həkimlərimizdən biri hörmətli Onkoloq İbrahim Əsədlidir.
Doktor İbrahim Əsədlinin sayəsində artıq üç aylıq müalicə prosesim uğurlu alınıb, nəticə verməkdədir.
Nəhayət, həyati təhlükəni adlatdım.
Belə vicdanlı həkimlərimiz var, amma çox azdır.
Metostaz vermiş bir xəstəliyi üç ay ərzində sıfıra endirmək tam bir möcüzədir.
Özü də qəpik-quruşla.
Hörmətli doktorumuz İbrahim Əsədli və onun timsalında bütün vicdanlı, əqidəli əsl peşəkar həkimlərimizə təşəkkür edirəm.
Bəzən məni qınayanlar, sizlərə də təşəkkür edirəm.Sayənizdə ayaqda dayanıb daha da möhkəm olmağı bacardım.
Həm daxili, həm xarici mübarizə aparmaq elə bilirsiniz asandır ?!
https://www.facebook.com/photo?fbid=1540155050704661&set=a.303038954416283