
Nepallılar hind-ari irqinə məxsu xalqlar qrupuna aiddir. Tarixi qanaqlarda onların adı kxassalar, paxarilər, parbattiyalar kimi keçir. Bu ifadələrindən mənası dağlı, dağlılar deməkdir. Dünyada nepallıların sayı 31 milyondur ki, onların 26 milyonu Nepalda (rəsmi adı Federativ Demokratik Respublika Nepal) yaşayır. Adı çəkilən xalq Nepal dilində danışır. Nepallıların təqribən 80% hinduizm dininə etiqad edir. Nepallıar ənənəvi məşğuliyyəti əsasən əkinçilik, qismən isə heyvandarlıq olub. Onlar qardalı, düyü, buğda əkməklə və kəl, keçi, zebu (donqarlı öküz) kimi heyvanlar yetişdirilməklə diqqət çəkib.
Globkom.info nepallılar məşhur atalar sözləri və deyimlərini diqqətinəz çatdırırıq.
- Bekarın ağzı həmişə atalar sözləriylə doludur;
- O kəsin ki, pulu var, cəhənnəmdə də dondurma yeyəcək;
- Axmaq qonşudan odda götürmə;
- Görünüşüylə kasıbdır, amma fildən və atlardan danışır;
- Məşuqə həmişə cəlbedicidir;
- Çaqqal belə gəncliyində cəlbedicidir;
- Cinayətkarın ruhunda həmişə qorxu var;
- Qoca pişik tülküyə çevrilir;
- Acgözün qarnı həmişə boşdur;
- Harda arzu varsa, orda yol var;
- Sözlər davanın toxumudur;
- Hər sadə adam üçün bir fırıldaqçı tapılar;
- Başqalarını öyrətmək özünü satmaqdır;
- Ölmək çətindir, amma yaşamaq da asan deyil
ABDULLA İSMAYILOĞLU
Globkom.info