Biz bunu deyəndə bizi istehza ilə konspiroloq adlandırılır, fb isə bizə qarşı sanksiyalar tətbiq edirdi.

İndi artıq bu rəsmi etiraf edilib.

Bu ABŞ Konqresinin Nümayəndələr Palatasının COVID-19 üzrə xüsusi araşdırma komissiyasının hesabatında öz əksini tapıb.

Hesabatdan seçmələr:

-Çinin Vuhan Virusologiya İnstitutunda (WIV) virusların, o cümlədən koronovirusların funksiyalarının (yolxuculuğunun, ölümcüllüyünün) gücləndirilməsi üzrə tədqiqatlar aparılırdı.

-WIV-dəki tədqiqatları ABŞ maliyyələşdirirdi. Amerikanın EcoHealth Alliance, Allergiya və İnfeksion Xəstəliklər üzrə Milli İnstitut, milli sağlamlıq institutları patogenin insanlara yoluxması mexanizminin araşdırılmasını gizli maliyyələşdirirdilər.

-2019-cu ilin payızında ABŞ uçan siçanlarda koronovirusun öyrənilməsini maliyyələşdirirdi. Alimlər patogenin uçan siçandan insana keçməsini test edirdilər. Bu test zamanı bir neçə alim koronavirusa yoluxdular.

-Virusun sızmasında təhlükəsizlik qaydalarını pozan WIV əməkdaşları günahkardırlar.

Hələlik sübut olunub ki:

-Virus laboratoriyada yaradılıb;

-Virusun yaradılması ABŞ təşkilatları tərəfindən maliyyələşdirilib;

-Karantin və məcburi peyvəndləmə tədbirləri xeyirdən çox ziyan gətirib;

- KİV qəsdən və planlı şəkildə panika yayıb. https://www.facebook.com/share/v/1B6AaSFwiZ/

Lakin hələ etiraf olunmayıb ki, virus bilərəkdən yayılıb. Bunu da yaxın zamanlarda ya sübut, ya da etiraf edəcəklər. Nahaq yerə əvvəlcədən məşq edilməzdi: https://www.facebook.com/share/v/19cu8MCzxq/

İndi də yeni pandemiya oyunu başlamaq istəyirlər: https://www.facebook.com/share/p/128oueG2jxG/

Yeni virusu da hazırlayıblar, yəqin. Çünki ona qarşı peyvənd də hazırlanır. Virus özü yoxdursa, peyvənd necə hazırlana bilər?!

Məncə, yeni virus artıq “təsadüfən sızmalı” və yeni pandemiya elan olunmalı idi. Bunun üçün hər şeyi hazırlamışdılar: https://www.facebook.com/share/p/1B71iecbiD/

Sadəcə, buna Ukraynadakı müharibə mane olur. Rusiya və bir çox ölkələr Pandemik razılaşmanı imzalamadılar. Dünyanın güc mərkəzlərini razılaşdıra bilməsələr, yeni pandemiya elanı mənasız olacaq. Buna görə də belə planlaşdırılıb ki, Ukrayna müharibəsini 2025-ci ilin ortalarınadək bitirsinlər. Rusiya ilə “dil tapsınlar” və yeni pandemiya elan etsinlər. Bu səbəbdən “The Economist” jurnalının növbəti il üçün ənənəvi proqnoz kollajında iynə (peyvənd) simvolu yer alıb.

İnanmıram ki, ÜST 2019-2021-ci illər aferasını bir daha təkrarlaya bilər. Buna nə Rusiya, nə də Tramp ABŞ-ı razı olacaq. Çox güman ki, ÜST yavaş-yavaş ləğv ediləcək və ya səalhiyyətləri azaldılacaq... Artıq BRİCS-in Kazan bəyənnaməsində ona alternativ təşkilat yaratmaq barədə müddəa yer alıb.

 

ZƏRURİ SİTAT

Pfizer vaksinləri sonsuzluğa səbəb olur - Pfizer-in vitse-prezidenti Maykl Yeadon (15/08/2023)

“Peyvəndlərdə istifadə olunan molekulların makrodaşıyıcıları olduqca xoşagəlməz bir xüsusiyyətə malikdir. Bu xüsusiyyət yumurtalıqlarda toplanmasıdır. Əgər belədirsə, bunun məhsuldarlığa və doğum nisbətlərinə təsir edəcəyi proqnozlaşdırılır. Və dünyada nə baş verir? Diri doğulanların sayında 10-15% azalma. Hara baxırsan, baş verənlər budur"- Yeadon deyib.

Və nəhayət...

ABŞ Respublikaçılar Partiyasının Florida bölməsi Covid üçün “mRNA peyvəndi”ni “bioloji silah” olaraq elan edib və ştatda mRNA Covid-19 peyvəndinin tətbiqini qeyri-qanuni edən qanun layihəsi təqdim edib.

Asif Şəfəqqətov