
Qırğızıstanda OŞ şəhərində Vladimir Leninin heykəli sökülüb.
Globkom.info tengrinews.kz-a istinadən bildirir ki, proletar liderinin 25 metrlik heykəli iyunun 7-si OŞ şəhər merinin qərarı ilə sökülüb.
Xatırladaq ki, Vladimir Leninin Qırğızıstanın OŞ şəhərindəki abidəsi 1975-ci ildə ucaldılıb və Mərkəzi Asiya ölkələrində proletar rəhbərinə ən böyük heykəli hesab olunurdu.