
Diqqət etdim ki, abort tərəfdarlarının hamısı artıq doğulmuş insanlardır - Ronald Reyqan
ABŞ-ın 40-cı Prezidenti bu ifadəni ölkəsində abortun hər səviyyədə qanuniləşdirilməsi və kütləviləşdirilməsinə etiraz olaraq bildirmişdir. Amma rəsmi Vaşinqton nəinki, amerikalılar arasında abort qətllərini azaltdı, əksinə bütün dünyada abortun çiçəklənməsini təbliğ-təlqin etməyə davam etdi. Elə Azərbaycanda da “ağ xalatlı”lar tərəfindən həyata keçirilən cinayətin, soyqrım durmadan inkişaf etməkdədir. Bəli, məhz soyqrım. Çox qəribədir, dünyada və ölkəmizdə az qala heyvanların, qatı cinayətkarların, homosesksualların, pedofillərin, narkomanların və bunlar kimi başqalarının hüquqlarını qorumaq naminə az qala Yaradana və təbiətə də müxalif çıxan qüvvələr var. O zaman ortaya sual çıxır, məgər bətndəki canlının – dünyaya göz açmaq, yaşamaq hüququ yoxdurmu?!
Bu məqamda rus siyasətçisi Sergey Mixeyevin fikirləri yada düşür:
“Əgər aborta icazə verilirsə, niyə də iti öldürməyəsən? Doğum haqqında şəhadətnamə almağa vaxtı olmadığına görə bətndəki canlıya döl deyərək onu aborta məruz qoyurlar. Bu zaman onun kəlləsini maşa ilə sındırırlar, ayaqları ilə qollarnı qoparırlar, daxili orqanlarını əzirlər. Bətndəki uşağı bu cür öldürüb bədbəxt ananın bətnindən parça-parça çıxarırlar. Onun yeganə günahı odur ki, ərizə verə bilmir. Əgər bu normal və məqbul hesab edilirsə, niyə iti öldürmək olmaz? İnsanı öldürə bilirsənsə, bəs niyə itə işgəncə verə bilmirsən? İtin də sənədi yoxdur, o da bu balaca adamla eynidir, tam gücsüzdür, səni məhkəməyə verməyəcək. Ana olmalı olan gənc qadınlara aşılanır ki, prinsipcə özünü rahat hiss etmirsənsə uşağı öldürməyin problem deyil. Əgər birisi öz uşağını öldürə bilirsə, buna haqqı varsa və daxilən bu əməlinə bəraət qazandırırsa, siz onun itə və ya pişik balasına yazığı gəlməsini gözləyirsiz? Adamı güldürməyin...”
Bəzi zavallılar, miskinlər, insanlıqdan çıxmışlar həm rus politoloqunu, həm də məni dindar, axmaq hesab edə bilər və məsələ heyvani instinktlərlə yanaşaraq, qadınların ali, suveren hüquqlarını əlindən alan biri kimi də xarakterizə edə bilər. Hərçənd eyş-işrətlə, azadlıq adı altında min hoqqadan çıxıb və miniylə də şəhvət yaşayan uzun saçlıların finalını abortla yekunlaşdırması sadəcə insanlığın faciəsi və fiziki repressiyasıdır.
2018-ci ildə “Yeni Sözçü” qəzetində müxbir çalışdığım vaxtda abortla bağlı araşdırma aparmağa başladım. Ölkədə abortların sayının həndəsi silsiləylə inkişafını müşahidə edirdim. Sonda bu gedişata etiraz olaraq “Cırtdan Malta və abort: Azərbaycana nümunə” adlı məqalə qələmə aldım (https://sozcu.info/problem/6684-cirtdan-malta-ve-abort-azerbaycana-numune.html). Həmin yazımda təbii su ehtiyatı olmayan və əlverişli coğrafiyada yerləşməyən cırtdan ada dövləti Maltada 1854-cü ildən abortun qadağan olmasından, eləcə də 18 yaşdan aşağı hamilə qalan qadınlara dövlət tərəfindən psixoloji, mənəvi və maddi dəstəyin verilməsindən söhbət açmışam. Həmçinin Azərbaycanda son 5 ildə (2012-17-ci illərdə) həyata keçirilən abort cinayətlərinin sayını– 185 133 qeyd etmişəm. Göstərilən rəqəm rəsmi statistikadır. Bunun üzərinə statistikaya alınmayan abortları da əlavə etsək minimum rəqəm 300 000 olacaq (hərçənd bu rəqəmin 2-3 dəfə çox olmasıda mümkündür).
Yazdığım təhlil üzərindən 7 il keçib. Amma görünən odur ki, abort cinayətləri durmadan artmaqdadır. Son 7 ilin statistikasına nəzər - yetirək:
2018-ci il – 36 141
2019-cu il – 37 308
2020-ci il – 34 719
2021-ci il – 46 877
2022-ci il – 57 999
2023-cü il – 73 816
2024-cü ilin ilk 6 ayı ərizndə 42 039 min abort qeydə alınıb.
Göründüyü kimi bətndəki körpədən imtina artma şkalası üzrə inkişaf edir. Cəmi 328 899 abort qeydə alınıb (statistikaya düşməyən rəqəmləri nəzərə almadan).
2020-ci ildə 44 günlük müharibədə 2914 (onlar arasında 6-sı itkin düşən idi) vətəndaşımız şəhid olubsa, elə həmin ildə 34 719 abort həyata keçirilib. Yəni, müharibə, təbii fəlakət və digər bu kimi ekstremal şərait olmadan 12 dəfə çox insan həyatına son qoyulub.
Ən böyük faciə isə odur ki, abort adı altında həyata keçirilən repressiya, soyqrım nə təəccüb, nə etiraz doğurur. Ancaq murdar feministlərin, seksistlərin hərdən haya düşüb qız uşaqlarına qarşı zorakılıq şüarı altında iyrənc məqsədlərini həyata keçirərkən selektiv abortlardan dəm vuranda abort məvhumu yada düşür. Bəzən də hansısa molla, axund qiyamət əlamətlərindən və cənnət-cəhənnəm utopiyalarından danışanda abortun böyük günah olması xatırladılır. Qalan hallarda bu mövzudan demək olar danışanlar yoxdur. Halbuki, düşmən Ermənistanda hökümət illərdi demoqrafiq problemləri həll etmək, selektiv və ümumi abortları pisləyərək uşaq pulunun artırılması və hayları çoxuşaqlığa çağırış etməklə məşğuldur. 19 aprel 2023-cü ildə Ermənistanın Səhiyyə naziri Anait Avanesyan hesabatında bunları dedi:
“Son 30 ildə Ermənistanda selektiv abortları nəticəsində 80 min qız doğulmayıb. Bu dəhşətli rəqəmdir. Sağlam, stabil cəmiyyətə sahib olmaq və heç bir süni müdaxilə olmadan bizə oğlan ilə qız uşaqları arasında təbii nisbətin olması lazımdır. Biz digər ölkələrin demoqrafik fəlakətini görür, bu nəticələrin ölkəmizdə təkrarlanmasını istəmirik”.
Onu da qeyd edim ki, 1990-2000-ci illərdə Ermənistanda 120 oğlan uşağına nisbətən 100 qız dünyaya gəlirdi. Hazırda bədnam qonşumuzda bu nisbət 108/100-dir. 2024-cü ilin yanvar-noyabr aylarında Ermənistanda 30 196 körpə doğulub ki, bu da 2023-cü ildəki doğumla (33 514) müqayisədə 7,8 % aşağıdır. Buna görə hökümət narahatlıq keçirir. Bizdə isə abort, boşanma artım dalğası davam etməkdədir. Hələ abortun qadın orqanizminə, psixologiyasına nə qədər zərər vurmasını demirəm. Bu çox geniş mövzudur. Abort yalnız əhalinin demoqrafiq tənəzzülü deyil, həm də sosial tərkibini və xalqın milli mənəvi dəyərlərini də məhv edir. Məsələn, selektiv abort iki məsələdə özünü qabarıq göstərir:
- Qadın çatışmazlığı sayəsində, kişilərin çoxu evlənməyə əks cins tapmır. Belə olduqda kişilər arasında qadına sahiblənmək uğrunda mübarizə başlayır. Bununla da paliyandriyanın (çoxərliliyin) və ya çox portnyorluğun “populyarlaşma”sı qaçılmazdır.
- Qadınların azlığı sayəsində homoseksuallığa, biseksuallığa meyil artır.
Bu məqamda sosioloq Elçin Bayramlının selektiv abortlarla bağlı ifadəsini də qeyd etməyi özümə borc bilirəm:
“Qızlarınızı abort elətdirin, nəticədə 20 il sonra oğlanlarınızı bir-biriylə evləndirəcəksiz”
Kütləvi abort isə millətin içindən potensialı böyük, yaradıcı insanların çıxmasına, işçi qüvvəsinin azalmasına və ölkənin iqtisadiyatın böhranına gətirib çıxarır. Sovet İttifaqqında işsizlik problemi yox idi. Qırmızı imperiyada uşaq pulu, sosial təminat yüksək olmasına, ailə dəyərlərinin qorunması, çoxuşaqlılığın təbliğə baxmayaraq yenə də böyük çoğrafiya sahib ölkə işçi çatışmazlığından əziyyət çəkirdi. Bəlkə də SSRİ-də əhalisi Çin Xalq Respublikasında yaşayanların 50% qədər olsaydı ölkənin iqtisadi vəziyyəti daha güclü olardı. İstər tənəzzüllü, istərsə da stabil iqtisadiyyata malik dövlətin əsas güc ünsürü insan faktorudur. İnsanların mütləq əksəriyyəti də fiziki əmək tələb edən işlərdə çalışdığından əhalinin sayının daim artması (doğuşun çox olması) mütləqdir.
Təbii ki, Azərbaycanda iqtisadi və sosial durum ürək açan deyil. Ölkədə Sovet dövründəki gözəl dəyərlər, o cümlədən uşaq pulu, pulsuz mənzil, kommunal xidmətlərin qəpik-quruş olması, pulsuz-keyfiyyətli səhiyyə, iş bolluğu və s. bu kimi məsələlərin olmaması insanları bir çox problemlərinin olmasına gətirib çıxarır. Maddi imkansızlığa görə körpəni ana bətnində qətl edilməsinə haqq qazandırmaq olmur, amma böyük ölçüdə də qınaq obyektinə də çevirmək də obyektivlik deyil. Amma bugünkü reallıq odur ki, məmləkətimizdə abortların mütləq əksəriyyəti heç də maddi yoxsulluğa görə baş vermir. Həmişəki kimi kasıblar çoxuşaqlı, zənginlər isə azuşaqlıdır.
Seks yaşamaq üçün evlənənlər, bir-birini tamamlamayan şəxslərin ailə həyatı qurması, qonşudan geri qalmayıb uşaq “əkib-doğmaq” eşqinə düşənlər, intim dünyamızın məhdudluğu, seks zamanı hamiləlikdən qorunmamaq, dini məzhəblərin şüarları, reallıqları nəzərə almamaq, xarici qüvvələrin əsas da “Qərb demokratiya”sının, liberal-faşizmin geniş təbliğatı və s. bu kimi nüanslar sayəsində abort vulanını söndürmək mümkün deyil.
Şəxsi qənaətim budur:
Bəşəriyyətin və insanlığın yox olmaması üçün monoqom ailə institunun müqəddəscəsinə və sarsılmazcasına qorunmalıdır. Bir məsələni xüsusi vurğulayım ki, evlənmək ilə ailə həyatı qurmaq sinonimlik təşkil etsə də, bir o qədər də bir-birinə zidd anlayışlardır. Hər evlənən şəxslər ailə həyatı qurmur. Normal cütlük bir dəfə həyat bağlarını bağlayaraq möhkəm ailə qurar və bu ittifaq ölən günə kimi davam edər. Evlənmək isə "n" qədər ola bilər. Odur ki, hər heteroseksual şəxslərin ailə həyatı qurmasına şərait yaradılmalı deyə bir şey yoxdur. Ana-ata olmaq instinktlərindən məhrum və övlad məsuliyyətinin daşımayan şəxslərin nikahına, nəsil artırmasına imkan verilməməlidir. Nikah, ailə, uşaq və boşanma ilə bağlı qanunlarda əsaslı və radikal dəyişiklər olunmalıdır. Ailə həyatı qurmaq ilə boşanma son dərəcə çətinləşdirilməlidir. Bu dəyişiklər zatən avantürist evliliklərin, abortun sayının xeyli azalmasına gətirəcək. Yalnız mənəvi və fiziki baxımdan sağlam insanlardan təşkil olunan cəmiyyətlərdə istisna hallar xaric, aborta yer verilmir. Dövlətin abortu qadağan etməsi hüquqi baxımdan yaxşı haldır. Amma hər bir xalq şüurlu olaraq aborta nifrət etməlidir. Bunun üçün sağlam münasibətlər qurulmalı, mənəvi yoxsulluğu uşaq əkib-doğmaqla kamuflyaj edən düşüncələrdən uzaq durulmalıdır. Yeni evlilərə subsidiyalar verilməli, uşaq pulu bərpa olunmalı, uşaqların sağlam böyüməsi, təhsili, formalaşması dövlətin strateji marağı olmalıdır. Bununla yanaşı vətəndaş nikahıda bərpa olunmalıdır.
Məhz vətəndaş nikahları sayəsində kimlərin ailə həyatı, kimlərin seks portnyorluğu üçün münasibət qurmaları daha aydın olacaq. Həmçinin unutmamalıyıq ki, XXI əsrdə yaşayırıq. Artıq ailə həyatı qurmağa qərar vermiş şəxslər əvvəlcə tanışlıq dövrü keçməli, sonra portnyor münasibətində olmalı, ardınca sevgili-sirdaş olmalı, sonda ailə həyatı qurmalıdırlar. Onsuz da dünya artıq bu təcrübəyə keçməkdədir. Bizdə də bu ənənə var. Sadəcə onu həyata keçirənlər haya düşənlər, özlərini ortaya qoyanlar, əxlaqsızlar, boşananlar və digər bu kimi naqis insanlardır. Bu məsələ ya nizamla həyata keçirilməli, ya da azğınlar, mənəviyyatsızlar bunu sel kimi şaxələndirəcəklər, necə ki, edirlər. Dəyişikliklər mütləqdir, əks təqdirdə dövlət nikahı altında hamını birləşdirməklə xəyanət, ailə daxili şiddət, tərəflər arasında qarşıdurma, travmalı uşaqların doğulması, abortların çiçəklənməsi, qətllər və digər bu kimi faciələrin daha da artmasını müşahidə edəcəyik.
ABDULLA İSMAYILOĞLU
Mənbələr:
https://sozcu.info/problem/6684-cirtdan-malta-ve-abort-azerbaycana-numune.html
https://arka.am/news/society/v-armenii-za-11-mesyatsev-2024-goda-na-7-8-snizilas-rozhdaemost/