Kapitalizmlə sosializm tam əks qütblərdə yerləşdiyindən, müasir gənclər sosializmi görmədikləri üçün onun necə bir sistem olduğunu bilmək üçün mediada yazılan və internet resurslarında yerləşdirilən saxta məlumatlara inanmaq əvəzinə sadəcə bu gün yaşadıqları kapitalizmdə gördüklərinin tam əksini düşünsələr hər şeyi anlarlar.

Məsələn:

 1. Kapitalizmdə işləyənlərə daha rahat istismar edib soymaq üçün bilərəkdən və qəsdən yeni iş yerləri açmır və mövcud iş yerlərinin də sayını imkanları çatdığı qədər azaldırlar. Belə olduqda muzdlu çilər ən ağır şərtlərə belə razı olaraq işləməyə məcbur olurlar.

Sosializmdə isə istənilən vaxt işindən çıxa və heç bir çətinlik çəkmədən evinə ən yaxın məsafədə yeni iş tapa bilərdin. Bütün müəssisə və təşkilatlarda həmişə tələbdən artıq boş iş yerləri olurdu.

2. Kapitalizmdə insanların ən təməl haqqı olan adi təhsil alma hüququ yalnız sözdədir, reallıqda isə elə şərait yaradılır ki, uşaq heç məktəbə gəlməmiş valideyn onun təhsili üçün harasa, kimlərəsə pul ödəməli olur. Təhsil 1-ci sinifdən doktoranturaya qədər çox böyük miqdarda pul ödəmək hesabına başa gəlir. Bu soyğunçuluq çənbərindən yalnız müəyyən qism insanlar qismən azad ola bilər.

Sosializmdə isə təhsil üçün nəinki 1 manat olsun xərc çəkilmirdi, əksinə dövlət bütün səviyyələrdə təhsil alanlar üçün hər şəraiti, təhsil şəraiti, yataqxana, tələbə təqaüdü ilə tam təmin, gediş, yemək haqqının 50%-ni, bəzən isə daha çox təmin edirdi. Məsələn, cəmi 9 manata yerli həmkarlar hesabına 1 aylıq yemək kartı almaq olurdu.

3. Kapitalizmdə insanların 150-200 minə aldıqları təmirsiz mənzilləri sosializmdə tam hazır şəkildə ən çoxu 5-8 il növbə gözləməklə tam pulsuz bütün işləyənlərə verilirdi.

4. Kapitalizm insanların sağlamlığını qorumaq adı ilə tibbi sığorta deyib insanları soyur, əsaslı müalicəyə ehtiyac yarandıqda isə xəstə ya ölməli, ya da müalicə haqqını on qat bahasına ödəməli olur.

Sosializmdə isə vətəndaşların tam tibbi sığortasını, xəstəxana yatmaq, tam sağalana qədər bütün müalicə və dərman xərclərini, gündə 3 dəfə ekoloji təmiz qidalanma  xərclərini dövlət ödəyirdi.

5. Kapitalizmdə dövlət insanları təbəqələrə və səviyyələrə bölərək fərqli səviyyələrdə maaş və təqaüd təyin edir. Bu da çox böyük ədalətsizlik yaradır.

Sosializmdə isə insanların işindən, vəzifəsindən asılı olmayaraq bütün vətəndaşlar eyni qanunlarla müəyyən olunmuş şəkildə əmək haqqı və pensiya ilə təmin olunurdular. Üstəlik, işləyənlər bir qəpik olsun belə pensiya sığortası ödəmirdilər.

6. Kapitalizmdə insanlar daimi işini itirmək, evsiz və pulsuz qalmaq stressi altında sürünür, istirahət haqqında düşünməyə belə zaman tapmırlar. Pensiyaya isə elə yaşda çıxarırlar ki, heç bir çox insan o “şərəfə” çata bilmir. Çatanlar belə hər tərəfi yonulmuş düşük pensiya ilə yalnız quru çörəyi və kommunal haqqlarını zorla ödəyir.

 Yazmaqdan yoruldum, fərqlər qurtaran deyil. Lənət olsun kapitalizmə, onu dəstəkləyənlərə də.

Abbas Şıxlı