
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vətəndaş Manafov Aslan İkram oğluna qarşı kobud qanun pozuntusuna yol verib.
Globkom.info - a Vətəndaş Hüquqlarının Müdafiəsinə Dəstək Müstəqil Həmkarlar Birliyinin daxil olan məlumata görə güya Şamaxı şəhər sakini Manafov Aslan İkram oğlu 23.10.2019-cu il tarixdə Əmək və Əhalinin Sosial Təminat Nazirliyinin (ƏƏSTN) işsizlər üçün təşkil etdiyi peşə kurslarına müraciət edib. Bir qədər sonra isə həmin kurslardan birinə qoşulub. Kurs müddətində adı çəkilən vətəndaşın kart hesabına 507 manat təqaüd ödənilib. Bir neçə gün əvvəl isə vətəndaş Manafov Aslan İkram oğluna ƏƏSTN-dən məktub gəlib. Həmin məktubda tarix 11 iyun 2024-cü il göstərilsə də, vətəndaşa 8 ay sonra çatdırılıb. Həmin məktubda qeyd edilir ki, işsiz kimi nazriliyin təşkil etdiyi kursa daxil olandan sonra bəlli olub ki, (4 il sonra) adınıza əkinə yararlı torpaq payınız olub. Belə olduqda, siz işsiz kimi qeydiyatda olsaz da, sizə nə maddi yardım, nə iş üçün kurs keçdiyiniz dönəmində təqaüd ödənilməsi qanunda göstərilməyib. Odur ki, peşə kursu zamanı sizə ödənilən 507 manatlıq təqaüdü geri qaytarmalısız. Vətəndaş Manafov Aslan İkram oğlu isə heç vaxt ƏƏSTN-nə müraciət etmədiyini və həmin dövlət qurumunun təşkil etdiyi kurs(lar)da heç vaxt iştirak etmədiyini vurğulayaraq onun kart hesabına heç bir pul daxil olmadığını deyir. Həmçinin Şamaxı sakini adı çəkilən nazirliyə heç bir pul ödəməyəcəyini də vurğulayır. Belə olduqda isə ƏƏSTN-i vətəndaşı sıxma-boğmaya salır. Vətəndaş isə hüquq-mühafizə orqanlarından baş verən bu özbaşınalıqlarla bağlı ölçü götürməyə çağırış edir.
Globkom.info