
Vyetnma xalqı XX əsrdə ən çox faciə yaşamış xalqlardandır. Buna rəğmən onlar əllərində silah imperialistlərə qarşı milli-azadlıq mübarizə apararaq, milyonlarla qurbanlar verərək istiqlaliyyətlərini qazanıb, ərazi suverenliyini təmin etməyə müəssər olublar. Onlar 1945-54-cü illərdə fransızlara qan udduraraq ölkələrindən qovdular. 1964-73-cü illərdə ABŞ-ı işğalçılığına qarşı mətanətlə, əzmlə savaşaraq yankiləri biabırçı məğlubiyyətə uğratdılar. 1976-cı ildə isə rəsmi Vəşinqton tərəfindən Vyetnamın cənubunda qurulan marionet Sayqon hökümətini Vyetnam Demokratik Respublikasının ordusu devirərək Şimal ilə Cənubi Vyetnamın birləşməsinə və Vyetnam Xalq Respublikasının yaranmasına nail oldular.
GlobKom.İnfo olaraq zəhmətkeş, azadlıqsevər və döyüşkən Vyetnam xalqının bəzi atalar sözlərini diqqətinizə çatdırırıq.
Pis generallar olmasa, yaxşılar da olmazdı;
Fil olmayan yerdə öküz də böyükdür;
Ölü onu çiynində daşıyanı söyür;
Bal azdı, qarışqa çox;
Kasıba gülmə, varlıya bel bağlama;
Yüz yol - min səhvdir;
Ağıllı qadın qalanı da fəth edər;
Ağıllı adam tez qocalır;
Ac ağlayır, tox gülür;
Qarın aclıqda, kürək soyuqda;
Müqəddəslər də pulu sevir;
Qız ağıllı ər axtarır, oğlan isə gözəl arvad;
Axmaq qadın da ağıllı uşaq doğa bilər;
Fillər nadirən doğur, amma hər balası azmandır;
Ənənələrə hörmət asan, əməl etmək çətindir;
Bir fincan düyü əldə etmək üçün bir fincan tər tökməlisən;
İşsiz yaraşıqlı görünməyə çalışır, axmaq ağıllı sözlər deməyə çalışır;
Əgər gəncliyində aclıq çəkirsənsə, şikayətlənməyə tələsmə. Gənc ikən varlısansa, sevinməyə tələsmə;
Kiçik bacı yıxılanda böyük bacı onu qaldırır. Böyük bacı yıxılarkən kiçi bacı gülür;
Ayaqqabılar olmasaydı gözəl ayaqlar olmazdı, sırğalar olmasaydı qəşəng qulaqlar olmazdı.
ABDULLA İSMAYILOĞLU
Globkom.info