
Ukraynada ilk AES 1977-ci ildə tikilib (Çernobıl AES). Ukrayna SSRİ-nin ən inkişaf etmiş sənaye respublikalarından biri olduğundan Sovet dövləti burada 9 AES tikməyi planlaşdırmışdı. Sovet İttifaqı dağılanadək onlardan 5-i tikilmişdi:
- Çernobıl AES (4 blok + 2 blok tikintidə),
- Roven AES (4 blok),
- Xmelnitski AES (2 blok + 2 blok tikintidə),
- Cənubi Ukrayna AES (3 blok),
- Zaparojye AES (6 blok).
1986-cı il qəzasından sonra Çernobıl AES konservasiya olundu. Müharibə başlayanda Ukraynada 4 AES üzrə 15 enerji bloku fəaliyyət göstərirdi. Ümumilikdə 13,8 GVt gücə malik bu stansiyalar Ukraynanın enerji istehsalında 50% paya malik idi. 2-3-ü istisna olmaqla bütün enerji blokları nüvə yanacağı ilə "Rosatom" təmin edirdi. Hətta indiyədək (müharibəyə baxmayaraq) Ukraynanı nüvə yanacağı "Rosatom" ilə təmin edir.
Hazırda Rusiyanın nəzarətində olan Zaparojye AES-i Avropanın ən güclü (6 GVt) stansiyasıdır. Bu stansiya Donbas sənaye aqlomerasiyasını fasiləsiz və ucuz enerji ilə təmin etmək üçün tikilmişdi. Stansiyanın işləməsi, hətta işləməməsi üçün də elektrik enerjisi tələb olunur. Sovetlər dövründə bu enerji stansiyaya Ukraynanın indi rusların nəzarətində olmayan vilayətindən gəlirdi. Buna görə də Ukrayna ZAES-in ona qaytarılmasını tələb edir, əks halda onun işləməsinə imkan verməyəcəyini bəyan edir.
Rusiya ZAES-i heç bir halda Ukraynaya qaytarmayacaq. Çünki Rusiyanın əldə etdiyi yeni əraziləri inkişaf etdirmək üçün ZAES-ə kəskin tələbatı var. Buna görə də ZAES-ə alternativ eneji xətləri çəkir. Stansiyanın işləməsi üçün Rusiya Kaxov su anbarını da nəzarətinə götürməlidir.
ZAES-lə bağlı amerikanların və ingilislərin də iştirak etdiyi çoxlu qaranlıq məsələlər var, amma mövzunu dəyişməyək deyə onlara toxunmuram.
18 mart Tramp-Putin telefon danışıqlarından əvvəl Tramp bir neçə dəfə mətbuat qarşısında ZAES-ə sahib olmaq istədiyini bildirdi. Düzdür, bu ideyanı ona Zelenski vermişdi. O istəyirdi ki, Tramp ZAES-i Rusiyadan alıb Ukraynaya qaytarsın. Tramp isə Avropanın ən böyük AES-inə özü sahib olmaq istədi. Danışıqlar zamanı, təbii ki, Tramp Putindən ZAES-i ala bilmədi. Lakin...
Danışıqlardan sonra Tramp və komandası Ukraynanın qalan 3 AES-nə sahib olmaq istədiklərini bildirdilər. Artıq bu istəklərini Ukraynaya rəsmi şəkildə bildiriblər. Bunu belə əsaslandırırlar ki, əgər stansiyalara ABŞ sahib olarsa, Rusiya onlara heç vaxt zərbə endirməz, onların fəaliyyəti üçün təhlükə yaranmaz. Gülünc arqumentdir, çünki Rusiya onlara zərbə endirmək istəsəydi, bunu çoxdan edərdi. Belə zərbə nüvə partlayışına səbəb ola bilər deyə Rusiya bunu etməyib.
Bəs Trampın yeni istəyinin arxasında nə dayana bilər? İlk ağla gələn– ABŞ-a pul qazandırmaq. AES-lərin ucuz istehsal etdiyi enerjini enerjiyə böyük tələbatı olan Avropaya baha qiymətə satmaqla milyardlar qazanmaq olar. Amma məsələnin Putinlə danışıqlardan sonra yarandığını nəzərə alaraq başqa ehtimal da irəli sürmək olar.
Rusiya Ukrayna hakimiyyətində olan radikalların "küncə sıxıldıqca" nüvə partlayışı törətməkdən çəkinməyəcəklərindən ehtiyat edir. Bunun üçün onlar AES-lərdən azı birini partlada və ya nüvə tullantılarından "çirkli bomba" düzəldib, istifadə edə bilərlər. Əvvəllər Ukrayna nümayəndələri bir neçə dəfə bunu edəcəklərini dilə gətiriblər (bu haqda Aleksey Arestoviç də danışıb- videoya aşağıdakı linkdən baxa bilərsiniz).
https://www.facebook.com/share/v/1QNj2UtxwL/
Kursk AES-i ələ keçirmək istəyəndə də məqsəd Rusiyaya qarşı nüvə şantajı etmək idi. Zaparojye AES-nə qarşı da eyni planlar olub. Bu planlar həmişə Britaniya və Fransa xüsusi xidmətləri tərəfindən hazırlanırdı...
Məncə, Rusiya istəyir ki, ABŞ həmin AES-ləri indidən öz nəzarətinə götürsün və onların Ukrayna radikalları (Britaniya, Fransa) tərəfindən şantaj vasitəsinə çevrilməsinin qarşısını alsın. Sülh müqaviləsi bağlanandan sonra isə, yəqin ki, Rusiya onları ABŞ-dan yaxşı pula alacaq. Onsuz həmin stansiyaları "Rosatom"suz işlətmək mümkün deyil (həm hüquqi, həm də praktiki cəhətdən).
Tarixdən misal: https://www.facebook.com/share/p/1HK3s4t2Ze/
Asif Şəfəqqətov