
Qonşunun 11-ci sinifdə oxuyan oğlu deyib ki, sinfimizdə bir nəfər də təmiz, ağıllı, tərbiyəli qız yoxdur. Dediyinə görə, hamısının porno videosu var. Hətta Teleqram kanalda yayılanı da olub. 12 qız içərisində cəmi biri haqda müsbət nəsə demək olar ki, o da zahirən elə görünür. Daxilini bilmir. Bir də dediyinə görə, həmin "ağıılı" qızın heç bir gözəlliyi yoxdur...
Sinif yoldaşlarından hicablı bir xanım ona öz sirrini də etibar edib. Deyib ki, "Həzi Aslanov" metrosu ərazisində yaşlı bir kişi onu zorlayıb. Qız qışqırsa da, harayına çatan olmayıb...
Sonra Həzi Aslanov, pardon, qızı zorlayan yaşlı kişi “T-34”-ə minərək aradan çıxıb...
Hələ bu, hicablısıdır...
Bizim bəzi aktivistlər də deyir ki, qızları niyə erkən ərə verirlər?.. Həmişə demişəm, yenə təkrar edirəm: kişi, erkək istəyən qızı fahişəlikdən qorumağın ən optimal üsulu onu elə ərə verməkdir ki, uşaq doğub, nəsil artırsın. Evdə ərinə qulluq etsin. Düzdür, indiki şəraitdə və mühitdə bunu təmin etmək də asan deyil. Amma mümkündür. Yoxsa bir azdan nə nəmuslu qadın qalacaq, nə də normal ailə...
Avropaya çox da uymayın. Orada tamamilə başqa mentalitet və mədəniyyətdir. Üstəlik, onlarda proses iqtisadi-mədəni tərəqqiyə adekvatdır. Yəni Avropa insanı çoxpartnyorluğa elmi-texniki, iqtisadi, mədəni tərəqqi fonunda keçib. Onlar seksdən başlamayıblar, Azad seksə iqtisadi-mədəni tərəqqi nəticəsində keçiblər. Onlarda ailə namus, sədaqət faktoruna yox, daha çox iqtisadi mövcudluğa və ənənəyə formal sadiqliyə əsaslanır.
Qızı zorla repetitor yanına, hansısa universitetə, kollecə göndərmək ölkədəki fahişələrin sayını artırmaqdır. Yalnız həvəsi, qabiliyyəti, istedadı olanlar oxumalıdır. Qalanları öncə evdarlıq öyrənməli, ərə getməlidir. Yalnız sonradan ehtiyac duyulacağı təqdirdə qısamüddətli kurslar vasitəsilə müəyyən ixtisaslara yiyələnə bilərlər ki, ailəni saxlamaqda həyat yoldaşlarına dəstək ola bilsinlər. Bunun üçün heç kursa getmək də vacib deyil. İnternet elə başdan ayağa kursdur.
Ölkənin gənc oğlanları çox narahatdırlar. Onlar deyir ki, artıq evlənməli, həyat yoldaşı olaraq qəbul etməli qız, demək olar ki, qalmayıb. Çox vahiməli bir durumdur. Bizi gözümüz görə-görə məhv edirlər və səsimizi çıxara bilmirik.
Mən, əlbəttə, oxumağa, elmə, ictimai fəaliyyətə həvəsli, daxilən hazır, ciddi, ağır xarakterli xanımları bu kateqoriyaya aid etmirəm. Amma onların sayı çox azdır. İctimai sferada karyera yüksəlişinə nail olanların, "uğur" qazananların çoxu da buna bilik, ağıl, qabiliyyət, istedad sayəsində deyil, seksual xidmətləri ilə nail olur, ən yaxşı halda aksesuar rolu oynayırlar.
Ən pisi də odur ki, onlar bir çox mühüm vəzifələrdə başqalarının, hətta biz kişilərin yerini tuturlar.
Nadir Qocabəyli
Globkom.info