
Tanınmış onkopsixoloq həkim, Beynəlxalq Sistemologiya Akademiyasının müxbir üzvü İbrahim Əsədli Yaponiyada beynəlxalq elmi simpoziumda iştirak edir. O, Tokio şəhərindəki məzarlıqda əfsanəvi qəhrəman, dünya şöhrətli Sovet kəşfiyyatçısı, bakılı Rixard Zorgenin və onun silahdaşı Odzaki Hodzuminin məzarlarını ziyarət edib, qəbirlərin üzərinə gül dəstələri düzüb.
Yaponiyada olarkən bu şəxsi ziyarət etmək istəyənlər üçün məzarlığın yerləşdiri ərazinin xəritəsi əlavə olunur. Zorgenin məzarı 10-cu kvartal, 10-cü çərgədə yerləşir.
Qeyd edək ki, Yaponiyada fəaliyyət göstərən, SSRİ rəhbərliyinə Böyük Vətən Müharibəsinin başlanacağı vaxtı əvvəlcədən dəqiqlikdə xəbər verən əfsanəvi kəşfiyyatçı Bakıda doğulub, böyüyüb. Rixard Zorgenin şərəfinə onun doğulduğu şəhərdə- Bakıda abidə qoyulub.
GlobKom.İnfo