Hökümətlər öz sinfi miraslarını layiqincə qoruyur. Bu özünümüdafiə instinkti də hesab edilə bilər. Çünki düşmən yatmır, tətikdə olmaq lazımdır. Qəribəsi budur ki, hələ də hər hansısa müstəvidə olan çaxnaşmanı, qarşıdurmanı ümumi maraqlar səviyyəsinə endirənlər var. Hələ də hansısa boşboğaz hayqırır, “fəxr etməliyik ki, Messi və Ronalda ilə eyni əsrdə yaşayır, onların oyununlarını izləyərək zövq alırıq. Tərəf tutmaq boş şeydi.” Tərəfszilərə isə hər birimiz nifrət edirik. Nə isə bu başqa yazının mövzusudur. Bu dəfə sinfi qəhrəmanların yaşadılmasından yazacayıq. Daha dəqiq Hacı Zeynalabiddin Tağıyev və onun Çar qulu görkəmində təsvir olunmuş layiqli postamentsiz heykəli haqqında söhbət açacağıq.

Yaddaşıma etibar edirəm həmçinin onun qayğısına qalıram. Onu lazımsız təffərruatlarla, uydurma məlumatlarla doldurmamağa səy göstərirəm. Bir sözlə onun qədrini bilirəm. Yaddaşımdan ona görə söz açdım ki, bu yazıda qeyd ediləcək tarixi dəqiq xatırlamıram. Qeyd etmək istədiyim tarix mənim yaddışma yazılacaq qədər əhəmiyyətli deyil. Söhbət hansı tarixdən gedir? Hacı Zeynalabiddin Tağıyevin Çar qulu görkəmində təsvir olunmuş layiqli postamentsiz heykəlinin İçərişəhər metrostansiyasının qarşısında Əliyevin iştirakı ilə açılışının tarixindən. Bu tarixi xatırlamıram, lakin belə bir hadisə baş verib. Oturduğu yerdəcə neftxuda olan Tağiyev fəhlə-kədli inqilibı ilə tarixin tozlu səhifələrinin arasına qərq olmuşdu. Gözlənilən “azadlığ”ın gəlişi ilə isə o və onunkimilər yenidən hər yerdə - küçədə, televizyada, sosial şəbəkədə və digər məkanlarda peyda oldular. Bəs kimdi bu Tağiyev?

Tağıyev 1873-cü ildə Bibiheybətdə icarəyə yer götürür çox keçmədən icarəyə götürdüyü toraqdan neft fontan vurması ilə bir anda palçıqçı Zeynalabiddin çevrilib olur milyonçu Hacı Zeynalabiddin Tağıyev. Əlbəttə bu əlaltı milyonçu maarifə, elmə, milli özünü dərkə, islamı dəyərlərin mühafizəsinə canla başla yatırım edir. Ondan ötrü ki, labüd inqilab bu müftxorun da canına vəlvələ salmışdı. Onu necəsə yubatmaq istəyirdi. Təbii ki, Tağiyevin boynunun borcu olan xeyriyyə işlərinin siyahısını bura sıralamayacam. Bunları tez-tez bizə onsuz da xatırladırlar. Unutmamalı olduğumuz həqiqət isə sinfi qarşıdurmada Tağiyevkimilərin obrazının ilk toxunuşdaca partlayacaq qədər çox şişirdilməsidir. Bu böyüklük sünidir.

Qayıdaq, heykəl söhbətinə. Unudulmuş tarixdə qoyulan Tağiyev heykəlinin açılışın heç bir həftəsi tamam olmadan, iki vətəndaş bilərəkdən ya bilməyərəkdən onun təsbehini qırdılar. Burjua mətbuatı sözsüzki bu “faciədən” bəs deyincə yazdılar, intellektual yaltaqlar tarixin artıq kiflənmiş səhifələrini ələk vələk etdilər, bəziləri iddia elədilər ki, Tağiyev zəhmətkeşlərin belindən qazandığı milyardlara tam layiq idi, hələ çox xeyriyyəçilik edib ki, milləti  qudurdub, gərək biraz xeyriyyəçiliyin dozasını azaldardı. Nəticə nə oldu?

İki “vandal” “xalq düşməni” həbs edildi. Onlara bu gün hökm oxundu. “İnqilab və azadlıq” yenə öz uşaqlarını yedi.

Yusif Bidan

Globkom.info